Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-876/2021 12.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış xx xxxxxxxx 2017-ci ildə Gəncə “ASAN” Xidmət mərkəzinin qeydiyyat şöbəsində 1783 nömrəli qeyd ilə bağlanmış nikahın pozulması, həmin nikahdan doğulmuş xx xxxxxx 2018-ci il təvəllüdlü X3 və xx xxxxxx 2021-ci il təvəllüdlü X2 onun himayəsində qalması və yetkinlik yaşına çatmayan xx xxxxxx 2018-ci il təvəllüdlü X3 və xx xxxxxx 2021ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər onların hər biri üçün hər ay 100 manat olmaqla, cəmi 200 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə “ASAN” Xidmət mərkəzinin qeydiyyat şöbəsində 1783 nömrəli qeyd ilə rəsmiləşən nikahla Cavabdeh ilə ailə qurmuşlar. Həmin nikahdan xx xxxxxx 2018-ci il təvəllüdlü X5 və xx xxxxxx 2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Evliliklərinin ilk vaxtlarında mehriban yaşasalar da bir qədər sonra həyat yoldaşının xasiyyətində ciddi dəyişikliklər müşahidə etməyə başlamışdır. Artıq xeyli vaxtdır ki, onlar ər-arvad kimi yaşamırlar. Həmin vaxtdan bu yana cavabdeh bir dəfə də olsun uşaqları ilə maraqlanmayıb, onların heç bir ehtiyacını ödəməyib. Hesab edir ki, bundan sonra ər-arvad kimi yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyri mümkündür. Cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək uşaqlarının qeydinə qalmır.Buna görə də uşaqlarının onun himayəsində qalması onların gələcəyi, sağlamlığı və tərbiyəsi üçün daha məqsədəmüvafiqdir. O, ikinci uşağının azyaşlı olmasına görə işləyə bilmir. Həmçinin uşaqların ana nəvazişindən başqa digər maddi məsrəflərə də ehtiyac vardır. Belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o təkbaşına edə bilməz. Uşaqlarının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Cavabdehdən uşaqların saxlanması üçün alimentin tutulması qanuna uyğundur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o iddianı tam həcmdə qəbul edir. Nikahın pozulmasına, uşaqların analarının yanında qalmasına və uşaqların hər birinə 100 manat olmaqla, 200 manat aliment ödəməyə razı olduğunu bildirdi. İş materiallarına əlavə olunmuş AZ-İİ 219593 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanılmış, nikahın bağlanması akt qeydləri kitabında 1783 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx xxxxxx 2018-ci il təvəllüdlü X3 və xx xxxxxx 2021-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşaması və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.2.1 və 22.2.2-ci maddələrnin tələbinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər hər ikisi nikahın pozulmasına razıdır. Hazırda tərəflərin nikahından doğulmuş uşaq iddiaçının himayəsindədir. Cavabdehin nikahın pozulmasına və nikah pozulduqdan sonra uşağın anasının, yəni iddiaçının yanında qalmasına heç bir etirazı yoxdur və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment ödəməyə razıdır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflər nikahın pozulması, nikahdan sonra uşağın hansı valideynin yanında qalması və ödəniləcək alimentin miqdarı barədə razılığa gəldiklərindən, tərəflərin bu razılığı uşaqların mənafelərinə zidd olmadığından İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci il tarixdə, 1783 akt qeydi ilə bağlanılmış nikah pozulmalı, tərəflərin nikahından xx xxxxxx 2018-ci il təvəllüdlü X5 və xx xxxxxx 2021-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmalı, onların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləği ilə 100 manat olmaqla, cəmi 200 manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Gəncə “ASAN” Xidmət mərkəzinin qeydiyyat şöbəsində 1783 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin nikahından doğulmuş xx xxxxxx 2018-ci il təvəllüdlü X5 və xx xxxxxx 2021-ci il təvəllüdlü X4 İddiaçı yanında qalsın. xx xxxxxx 2018-ci il təvəllüdlü X3 və xx xxxxxx 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, 200 (iki yüz) manat sabit pul məbləği ilə aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-876/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-876/2021
12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver