Məhkəmə qərarları › İş №2(043)-881/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-881/2021

05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-881/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh oğlunun iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək himayəsində olan xx.xx.2019cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin Cavabdeh oğlundan tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı Cavabdeh oğlu ilə nikahlarını xx xxxx 2018-ci il tarixdə rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə evlilikdən xx xxxxxx 2019cu il təvəllüdlü X4 olmuşdur. Bir müddət normal yaşasalar da, sonradan aralarında ciddi narazılıqlar yaranmağa başlamışdır. Narazılığın həcmi günü-gündən artmış və ailələrinin dağılmasına səbəb olmuşdur. Bir il müddətdir ki, İddiaçı evladı ilə birgə atasının himayəsində yaşayır. Bu müddət ərzində cavabdeh övladı ilə maraqlanmamış, heç bir maddi yardım göstərməmişdir. Ona görə də aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh oğlu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsində böyük yanğınsöndürən vəzifəsində işləyir. Aylıq əməkhaqqı 553 manatdır. Hazırda kirayədə yaşayır və 80 manat kirayə haqqı verir, bundan başqa hər ay əməkhaqqından 330 manat kredit borcu tutulur. Qeyd olunanları nəzərə alaraq alimentin aşağı miqdarda tutulmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh oğlu ilə İddiaçı arasında xx xxxx 2018-ci il tarixdə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Qənbərov, arvada Qənbərova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx xxxxxx 2019-cu il təvəllüdlü X2 atası Cavabdeh oğlu, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1..1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün məhkəmə tərəfindən hər ay onların valideynlərindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqarında aliment tutulur. İddiaçı cavabdehin qazancının dörddə bir hissəsi miqdarında aliment tələb etmiş, cavabdeh isə aylıq qazancının 553 manat olmasını bildirmişdir. Məhkəmə heab edir ki, cavabdehin qazancının dörddə bir hissəsi miqdarında alimentin tutulması tərəflərin maddi vəziyyətinə və uşağın mənafeyinə uyğun olduğundan iddia təmin edilməlidir. Alimentin tutulmasının əvvəli ərizənin məhkəməyə verildiyi xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi aliment alınması ilə bağlı olduğundan iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. İddianın qiyməti bir illik ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 500 manatdan artıq olduğundan ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh oğlundan xx xxxxxx 2019-cu il təvəllüdlü X1 üçün hər ay qazancının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar