Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-935/2020 05.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x6 iclas katibliyi, iddiaçı x3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəmdə olan 13.08.2013-cü ildə anadan olmuş x1 və 11.05.2015-ci ildə anadan olmuş x7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əmək haqqının və başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 21.09.2012-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onunla birgə nikahlarından iki uşağları vardır: 13.08.2013-cü il təvəllüdlü x4 və 11.05.2015-ci il təvəllüdlü x11, onlar evlənən gündən normal ailə münasibətləri qura bilməmişlər. Cavabdeh daim onu incitmiş, onunla kobud rəftar etmiş, söymüş, dəfələrlə onu döymüşdür. Axırıncı dəfə 12.01.2020-ci il tarixdə gecə yarı onu döyərək evdən qovmuşdur. O, nənəsinin yanına sığınmışdır, maddi dəstəyə ehtiyacı var. Özü heç bir yerdə işləmir, uşaqlarının saxlanması üçün aliment tələb etmək məcburiyyətindədir. Cavabdeh Məmmədov x2 şəhərində yerləşən N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edir, özünün deməsinə görə aylıq maaşı 920,00 manatdır. Ona görə də cavabdehdən iki uşağının saxlanması onun aylıq əmək haqqının və başqa gəlirlərinin üçdə biri məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdəfiə edərək onun dəlillərinə uyğun izahat verib, Cavabdeh aylıq ümumi qazanc və gəlirinin 1/3 (üçdə bir) hissəsinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Mingəçevir şəhərində yerləşən hərbi hissədə müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edir, daimi əmək haqqı olmaqla hər ay 1000 manat əmək haqqı alır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, AZ-İ 788450 nömrəli nikah haqqında şahadətnamənin surətindən görünür ki, Cavabdeh ilə x8 arasında 21 sentyabr 2012-ci il tarixdə nikah bağlanmış, nikahdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında AZ-İİİ 368272 nömrəli və AZ-İV 012063 nömrəli şəhadətnamələrdən görünür ki, x5 13 avqust 2013-cü il ildə və x11 isə 11 may 2015-ci ildə doğulmuşlar və onların atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə olunmuş AD ******* nömrəli vəsiqənin sürətindən görünür ki, Cavabdeh müddətdən artıq hərbi xidmət hərbi qulluqçusudur. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah qeyd etdirməklə evlənmişlər və onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşamaqla nikahları pozulmamış, uşaqla atalarından ayrı anaları ilə birlikdə yaşayırlar. Cavabdeh uşaqların saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinəəsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.1.2.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görəhər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu, iddiaçının tələb etdiyi aliment məbləğini və azyaşlı uşağa baxmaqla işləmək imkanlarının məhdudluğunu, cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, 13.08.2013-cü il təvəllüdlü x1 və 11.05.2015-ci il təvəllüdlü x7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, Cavabdeh aylıq qazanc və gəlirinin 1/3 (üçdə bir) hissəsində aliment tutularaq, İddiaçı ödənilməlidir. İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan çox olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 22 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2.-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 13.08.2013-cü il təvəllüdlü x1 və 11.05.2015-ci il təvəllüdlü x7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, Cavabdeh aylıq qazanc və gəlirlərinin 1/3 (üçdə bir) hissəsində aliment tutularaq, İddiaçı ödənilsin. Aliment tutulması 22 yanvar 2020-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x16 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-935/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-935/2020
05.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver