Məhkəmə qərarları › İş №2(043)-943/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-943/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-943/2020 16.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, cavabdeh “X14” X12 nümayəndəsi X3 və mübahisə predmeti barədə müstəqil tələb sürməyən üçüncü şəxs Gəncə Regional «ASAN» Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Maarif oğlunun cavabdehlər Cavabdeh2, “xxxxxxx” KB ASC-yə və Gəncə Regional «ASAN» Xidmət Mərkəzinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin ipotekadan azad edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Maarif oğlunun cavabdehlər Cavabdeh2, “xxxxxxx” KB ASC-yə və Gəncə Regional «ASAN» Xidmət Mərkəzinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə “xxxxxxx” KB X17 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 009 mki/14 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, Bayraq (keçmiş Tağı Arani) küçəsi, 1-ci döngə, ev 7, mənzil 30 saylı ünvanda yerləşən mənzilin girovdan azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxxxxx” KB ASC cavabdehlər olaraq Cavabdeh2, X9, Mahmudov Maarif Əlövsət oğluna, X2, Mahmudova Sevinc Əlövsəd qızma, İddiaçı Maarif oğluna və X18ma qarşı “borc və kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X7 xx.xx.2014-cü il tarixli, 009mk/14saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 009mk-l/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas borca görə 29.806,98 ABŞ dolları, faiz üzrə 2990,15 ABŞ dolları, cərimə məbləği üzrə 1268 ABŞ dolları olmaqla cəmi 34065,13 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq “xxxxxxx” KB ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Bayraq (keçmiş Tağı Arani) küçəsi, 1-ci döngə, ev 7, mənzil 30 saylı ünvanda yerləşən mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına tələbin təmin edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 48000 (qırx səkkiz min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Bayraq (keçmiş Tağı Arani) küçəsi, 1ci döngə, ev 7, mənzil 30 saylı ünvanda yerləşən mənzilinə tutma yönəldildikdə və o satıldıqdan ən geci 1 ay sonra həmin yaşayış sahəsindən Cavabdeh2, Mahmudov Maarif Əlövsət oğlunun, X1, Mahmudova Sevinc Əlövsəd qızının, İddiaçı Maarif oğlunun və X10 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsi xx xxxxxxx 2016-cı il tarixli 2(043)-5656/2016 saylı qətnaməsi ilə iddiam qismən təmin edərək, cavabdehlər Cavabdeh2 və X7 xx.xx.2014-cü il tarixli 009 mk-1/14 saylı əlavə kredit müqaviləsi üzrə 29806,98 ABŞ dolları əsas borc, 2990,15 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə məbləği olmaqla cəmi 32997,13 (otuz iki min doqquz yüz doxsan yeddi dollar on üç sent) ABŞ dolları ödəniş anma manata məzənnə ilə manat ekvivalentində və məhkəmə xərcləri qismində məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq iddiaçı “xxxxxxx” KB ASC-yə ödənilməsinə, tutmanı Cavabdeh2mülkiyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Bayraq (keçmiş Tağı Arani) küçəsi, 1-ci döngə, ev 7, mənzil 30 saylı ünvanda yerləşən mənzilə yönəldilməsinə, ipoteka predmeti açıq hərracda satılaraq satışından əldə olunmuş pul vəsaiti hesabına tələbin təmin edilməsinə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 48000 (qırx səkkiz min) manat məbləğində müəyyən edilməsinə, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh2, Mahmudov Maarif Əlövsət oğlu, X5, Mahmudova Sevinc Əlövsəd qızı, İddiaçı Maarif oğlu və X16 yaşayış evindən ən geci bir ay ərzində yaşayış evi boşaldılmaqla yaşayış evindən çıxarılmalarına dair qətnamə çıxarılmışdır. Cavabdeh2 ilə “xxxxxxx” KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 009 mk/14 saylı kredit müqaviləsi əsasında “xxxxxxx” KB ASC-nin Kəpəz fılalından 45000 ABŞ dolları kredit götürərək cavabdehlə birgə nikah dövründə əldə etdikləri Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Bayraq (keçmiş Tağı Arani) küçəsi, 1-ci döngə, ev 7, mənzil 30 saylı mənzilin ipoteka ilə yüklü edilmişdir. Lakin sonralar baş vermiş iqtisadi böhranla bağlı cavabdehin maddi durumu pisləşmiş, müqavilə öhdəliklərini yerinə yetirə bilməmişdir. Belə ki, Cavabdeh2 onun qeydiyyatda durduğu və yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Bayraq (keçmiş Tağı Arani) küçəsi, 1-ci döngə, ev 7, mənzil 30 saylı ünvanda yerləşən mənzili ipotekaya qoyması barədə ona və digər ailə üzvülərinə məlumat verməmiş, Gəncə Regional «ASAN» Xidmət X4 razılığı olmadan belə bir addım atmış və onun hüquqlarını pozmuşdur. Cavabdeh2, ona heç bir məlumat vermədən birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə razılaşmayaraq yuxarı instansiya məhkəməsi olan Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti etmişdir. Bu barədə o 10 gün olar ki, yaxın qohumlarından xəbər tutmuşdur. Kreditin gecikdirilməsi və tələbin grova yönədilməsi barədə onun xəbəri olmamışdır. Azərbaycan Respublikası Respublika Xammal və X23 Mərkəzi “xxxxx” MMC-nin hərracın keçirilməsi barədə bildirişini xx.xx.2020-ci il tarixdə Cavabdeh2 ona göstərəndən sonra məlum olmuşdur ki, Cavabdeh2, ondan xəbərsiz bankla yenidən kredit müqaviləsini təzələyib və bu barədə nə ona, nə də evdə qeydiyyatda olan digər şəxslərə məlumat verməmişdir. Onun birinci instansiya məhkəməsinin qətnamsindən, eləcədə cavabdeh “xxxxxxx” KB ASC və Cavabdeh2 arasında bağlanan birinci və ikinci kredit müqaviləsindən xəbəri olmamışdır, ona görə də məlumatsızlıqdan o vaxtında kreditin girova yönədilməsi ilə bağlı məhkəmə qətnaməsini almamışdır və həmin qətnamədən şikayət ərizəsi yaza bilməmişdir. Onun və ailə üzvülərinin daimi yaşadığı ünvanda yerləşən mənzilin ipoteka predmeti olaraq ipotekaya qoyulmasından xəbərləri olmamışdır. Bu barədə notariusda hər hansı əlavə razılıq ərizəsi yazmamışdır. Ona görə hesab edir ki, bu dözülməz hərəkətlərə son qoymaq, onların yaşayış yerlərindən mərhum etməmək, ədaləti bərpa etmək üçün Gəncə şəhəri, Kəpəz rayonu, Bayraq (keçmiş Tağı Arani) küçəsi, 1-ci döngə, ev 7, mənzil 30 saylı ünvanda yerləşən mənzilin ipotekaya qoyulmasına dair “xxxxxxx” KB X17 ilə Cavabdeh2 arasında, Gəncə şəhəri, Kəpəz rayonu, Bayraq (keçmiş Tağı Arani) küçəsi, 1-ci döngə, ev 7, mənzil 30 saylı ünvanda yerləşən mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli 009 mki/14 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməli mülk əvvəlki vəziyyətinə qaytarılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Cavabdeh “xxxxxxx” KB ASC-nin nümayəndəsi mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh2 və Gəncə regional “ASAN” Xidmət Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən “xxxxxxx” ASC-nin nümayəndəsi X20 izahat verib bildirmişdir ki, Cavabdeh2 Məbdud oğlu ilə “xxxxxxx” KB ASC-nin “Gəncə” filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas mövcud deyildir. Belə ki, ipoteka müqaviləsi qanunun tələblərinə uyğun olaraq bağlanmış, ipoteka müqaviləsi bağlanarkən iddiaçının o, cümlədən Cavabdeh2 Məbdud oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Tağı Arani küçəsi, 1-ci döngə, ev 7, 30 nömrəli mənzildə qeydiyyatda olan şəxslərin müvafiq razılğı alınmışdır. Buna görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Gəncə Regional «ASAN» Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin nümayəndəsi X13 izahatında bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. İpoteka müqaviləsi bağlanarkən iddiaçı yetkinlik yaşına çatmamış şəxs olduğundan onun razılıq ərizəsi notarius tərəfindən alınmamışdır. Müqavilə təsdiqlənərkən qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 Məbdud oğlu ilə “xxxxxxx” KB ASC-nin “Gəncə” filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə ilə Cavabdeh2 Məbdud oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Tağı Arani küçəsi, 1-ci döngə, ev 7, 30 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-5656/2016 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və X7 xx.xx.2014-cü il tarixli, 009mk-1/14 saylı kredit müqaviləsi üzrə 29806.98 ABŞ dolları əsas borc, 2990.15 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 32997.13 ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində və məhkəmə xərcləri qismində məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dğvlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq, iddiaçı “xxxxxxx” KB ASC-yə ödənilməsi, tutma Cavabdeh2 Məbdud oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Tağı Arani küçəsi, 1-ci döngə, ev 7, 30 nömrəli mənzilə yönəldilməsi, İpoteka predmeti açıq hərrac yolu ilə satılaraq, satışdan əldə edilmiş vəsait hesabına tələb təmin edilməsi, İpoteka predmetinin açıq hərracda ilkin satış qiyəti 48000 manat məbləğində müəyyən edilməsi və fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh2 Məbdud oğlu, İddiaçı Maarif oğlu və X16 yaşayış evindən ən geci bir ay ərzində yaşayış evi boşaldılmaqla, yaşayış evdin çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş X10 notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, Tağı Arani küçəsi, 1-ci döngə, ev 7, 30 nömrəli mənzilin “xxxxxxx” KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə razılıq verməklə, həmin mənzilə tutma yönəldildikdə və satıldıqda mənzili tərk etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli razılıq ərizələrinin təsdiq olunmuş surətindən görünür ki, Mahmudov Maarif Əlövsət oğlu, X5, Mahmudova Sevinc Əlövsət qızı və X6 şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi, 1-ci döngədə yerləşən 7 saylı evin 30 saylı mənzil ipoteka ilə yüklü edilməsinə etiraz etməmiş, həmin mənzilə tutma yönəldildikdə onu dərhal tərk etməyi öhdəsinə götürmüşlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” xx.xx.2000-ci il tarixli 167 nömrəli təlimatın təsdiq edilməsi barədə qərarın 49-cu bəndinə əsasən yaşaylş evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərgən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və ya bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatan bütün ailə üzvlərinin razılığını alır. İş materiallarında oln iddiaçının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Maarif oğlu xx xxxxxx 1998-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Göründüyü kimi notariat ofisində ipoteka müqaviləsi bağalanan zaman (2014-cü il) iddiaçı yetkinlik yaşına çatmamış və bununa da onun razılığının alınmasına zərurət olmamışdır. Beləliklə ipoteka müqaviləsinin təsdiq edilməsi zamanı hər hansı qanun pozuntusuna, o cümlədən “Notariat hərəkətlərinin aparılması haqqında” Təlimatın tələblərinin pozulmasına yol verilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının razılığının alınıb-alınmaması müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. İddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün başqa hər hansı əsasa istinad etməmiş, müqavilənin etibarsızlığını təsdiq edən hər hansı hal məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilə bilməz. İddiaçı əmlakın yüklülükdən azad edilməsini əqdin etibarsız hesab edilməsinin hüquqi nəticəsi kimi tələb etdiyindən və əqdin etibarsız olması öz təsdiqini tapmadığından həmin hissədə də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440, 443, 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar