Məhkəmə qərarları › İş №2(043)-982/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-982/2020

02.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-982/2020 02.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X3 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxx 2009-cu il tarixdə X4 və xx xxxx 2014-cü i təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.20006-cı ildə nikah bağlamışdılar. Birgə nikahdan xx xxxxxx 2009-ci il tarixdə X4 və xx xxxx 2014-cü il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Bir müddətdir ki, onların nikahı artıq pozulmuş və hər iki uşaq onun himayəsindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya heç bir köməklik etmir. İddiaçı uşaqları saxlamaqda çox çətinlik çəkir. Uşağı saxlamaq valideynlərin borcu olduğu halda, cavabdeh bu valideynlik borcunu yerinə yetirmir. Buna görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. İkinci qrup əlil olmaqla əmək qabiliyyəti olmadığı üçün heç yerdə işləmir. Sadəcə olaraq dövlət tərəfindən müəyyən olunmuş 200 manat məbləğdə hər ay pensiya alır. Aldığı pensiya məbləğinin 100 manatını uşaqlarına xərcləyir, 100 manatını isə öz dolanışığına sərf edir. Bu səbəbdən də uşaqları üçün hər ay 400 manat aliment ödəməyə imkanı yoxdur. Nə indi, nə də ki, gələcəkdə də onun həmin məbləğdə alimenti ödəməyə imkanı olmayacaqdır. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cu il tarixdə doğulmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasının müayinə barədə məlumat sənədindən görünür ki, Cavabdeh 2-ci qrup əlil olmaqla, əmək qabiliyyəti yoxdur. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz Rayon şöbəsinin xx.xx.2020-cı il tarixli arayışından görünür ki, Cavabdeh İİ qrup əlilliyinə görə 200 (iki yüz) manat məbləğində sosial müavinət alır. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz Rayon şöbəsinin xx.xx.2020-cı il tarixli arayışından görünür ki, X5 18 yaşınadək sağlamlıq imkanının məhdudluğuna görə xx.xx.2021-ci il tarixədək ayda 150 manat və sağlamlıq imkanı məhdud uşağa qulluğa görə 50 manat prezident təqaüdü təyin edilərək qanuna müvafiq ödəniş aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, tərəflərin nikahından iki uşağın olmasını və uşaqların iddiaçının yanında olmalarını, eyni zamanda uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən yetkinlik yaşına çatmamış uşaqların saxlanması üçün aliment tutulmalıdır. Alimentin miqdarı ilə bağlı məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdehin əmək qabiliyyəti yoxdur və yeganə gəliri dövlət tərəfindən ona əlilliyə görə ödənilən pensiyadır. İddiaçı cavabdehin əlavə gəlirləri və ya qazancının olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda cavabdehdən 400 manat alimentin tutulması obyektiv olaraq onun imkanları ilə uzlaşmır və ədalətli deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə cavabdehin əlilliyə görə200 manat məbləğində pensiya almasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilməlidir. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar