Məhkəmə qərarları › İş №2(044)-1024/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-1024/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1024/2021 15.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4953.00 manat sığorta ödənişi, 500 manat işlərin görülməsi xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 5843.00 tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC-ti ilə X24 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Göygöl rayonu, Zurnabad yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Chevrolet Niva” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə və X6 yüngül zərər, X2 yüngül zərər, X3 yüngül zərər, X5 yüngül zərər, X1 ağır zərər vurmuşdur. Qeyd olunana zərərin aradan qaldırılması üçün «xxxx» ASC tərəfindən “Chevrolet Niva” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması 453.00 manat, X6 dəymiş zərərin aradan qaldırılması üçün 750.00 manat, X32 oğlunun sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün 750.00 manat, X3 zəymiş zərərrin aradan qaldırılması üçün 750.00 manat, X5 dəymiş zərərin aradan qaldırılması üçün 750.00 manat, X1 dəymiş zərərin aradan qaldırılması üçün 1500.0 manat, cəmi 4953.0 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Göygöl RPŞ İQ-dən ünvanlarına xx.xx.2019-cu il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında Qərar daxil olmuş, Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanmış və qərarda İsmayılov X29 hadisə yerindən yayındığı qeyd olunmuşdur. Göygöl Rayon Polis X21 «xxxx» ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 163-24938-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı «xxxx» ASC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı «xxxx» ASC-nin Sığorta hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru T.Ə.Fərzillayev tərəfindən məhkəməyə daxil olmuş ərizədə iş həcminin çox olması səbəbindən iştirakları olmadan keçirilməsini və cavabdehin iştirak etmədiyi halda işə qiyabi icraat qaydasında baxılması xahiş olunmuşdur. Məhkəmə iddiaçı «xxxx» ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçının nümayəndəsi cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiq ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli PAA-********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X18 məxsus “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilinin sığortalanması barədə «xxxx» ASC ilə X24 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli AS-SHTD-20/515 saylı geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, «xxxx» ASC tərəfindən Cavabdeh zərərin aradan qaldırılması üçün ödənilmiş 4953.00 manat sığorta ödənişi məbləğinin, 500.00 manat işlərin görülməsi xərcinin, cəmi 5453.00 manat sögorta ödənişi məbləğinin 10 gün müddətində «xxxx» ASC-nə ödənilməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixli 20-01021/02/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə «xxxx» ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “CHEVROLET NİVA” markalı 99HM929 qeydiyyat nömrə nişanlı avtomobilinə dəymiş 453 manat məbləğində sığorta ödənişi X23 ödənilmişdir. xx.xx.2019-cu il tarixli 19-12127/12/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə «xxxx» ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X14 dəymiş 750.00 manat məbləğində sığorta ödənişi X9 ödənilmişdir. xx.xx.2019-cu il tarixli 19-12128/12/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə «xxxx» ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X15 dəymiş 750.00 manat məbləğində sığorta ödənişi X10 ödənilmişdir. xx.xx.2019-cu il tarixli 19-12106/12/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə «xxxx» ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X9 dəymiş 1500.00 manat məbləğində sığorta ödənişi X9 ödənilmişdir. 20-00064/01/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə «xxxx» ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X19 dəymiş 750.00 manat məbləğində sığorta ödənişi X19 ödənilmişdir. xx.xx.2020-ci il tarixli 20-00063/01/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə «xxxx» ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X25 dəymiş 750.00 manat məbləğində sığorta ödənişi X25 ödənilmişdir. xx.xx.2020-ci il tarixli 000504 saylı ödəniş tapşırığının surətindən görünür ki, «xxxx» ASC tərəfindən X19 750.00 manat sığorta ödənişi olmuşdur. xx.xx.2019-cu il tarixli 018921 saylı ödəniş tapşırığının surətindən görünür ki, «xxxx» ASC tərəfindən X10 750.00 manat sığorta ödənişi olmuşdur. xx.xx.2019-cu il tarixli 018952 saylı ödəniş tapşırığının surətindən görünür ki, «xxxx» ASC tərəfindən X10 750.00 manat sığorta ödənişi olmuşdur. xx.xx.2020-ci il tarixli 000493 saylı ödəniş tapşırığının surətindən görünür ki, «xxxx» ASC tərəfindən X25 750.00 manat sığorta ödənişi olmuşdur. xx.xx.2020-ci il tarixli 002361 saylı ödəniş tapşırığının surətindən görünür ki, «xxxx» ASC tərəfindən X23 453 manat sığorta ödənişi olmuşdur. xx.xx.2019-cu il tarixli 018954 saylı ödəniş tapşırığının surətindən görünür ki, «xxxx» ASC tərəfindən X10 1500.00 manat sığorta ödənişi olmuşdur. xx.xx.2019-cu il tarixli ƏN-V021756 saylı etibarnamənin surətindən görünür ki, X24 tərəfindən Cavabdeh “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair 4 il 6 ay 16 gün müddətinə etibarnamə verilmişdir. xx.xx.2019-cu il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2019-cu il tarixli 2006-saylı ekspert rəyinin surətindən görünür ki, 2019-cu il təvəllüdlü azyaşlı X13 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ bud nahiyəsinin dərialtı hematoması – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlanmlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət vurmaya aid edilir. X13 bədəni üzərində müəyyən edilmiş xəsarətin hərəkətdə olan avtomaşının aşması nəticəsində əmələ gəlməsi istisna edilmir. xx.xx.2019-cu il tarixli 2005-saylı ekspert rəyinin surətindən görünür ki, 2017-ci il təvəllüdlü X12 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ bud oynağı nahiyəsinin dərialtı hemotoması – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlanmlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət vurmaya aid edilir. X12 bədəni üzərində müəyyən edilmiş xəsarətin hərəkətdə olan avtomaşının aşması nəticəsində əmələ gəlməsi istisna edilmir. xx.xx.2019-cu il tarixli 1990 saylı ekspert rəyinin surətindən görünür ki, 1992-ci il təvəllüdlü X8 bədəni üzərində müəyyən edilmiş xəsarətlər qapalı kəllə-beyin travması, sağ gicgah, sag almacıq, sag orbitanın yan və alt divarlarının, sag əng sümüyünün yerinidəyişmiş sınıqları, sağ ağciyərin kontuziyası, sağ ərəfli hemopnevmotoraks, sağ İİ,İİİ,İV,V,Vİ, Vİİ, Vİİİ qabırğaların yerini dəyişmiş sınıqları, sag qaş nahiyəsinin əzilmiş yarası, sag gözün ağlı qişasına qansızma – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, xx.xx.2019cu il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Qocayev Niyaməddin Niyazi oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlərin hərəkətdə olan avtomaşının aşması nəticəsindsə əmələ gəlmələri istisna edilmir. xx.xx.2019-cu il tarixli 28676 saylı məhkəmə ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 21214” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikaıs Qanunun 51-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa tekniki imkanı olmuşdur. Sürücü İsmayılov toqquşmadan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü İsmayılov avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “VAZ 21214” markalı avtomobildə texniki xarakteriastikasında nəzərdə tutulduğundan artıq sayda (üçü azyaşlı olmaqla səkkiz sərnişin) sərnişin daşıdığından, sürücü İsmayılovun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Chevrolet Niva “ 212300 markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X20 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. xx.xx.2019-cu il tarixli 1907 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, 1995-ci il təvəllüdlü X22 məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən onun bədənində aşkar edilmiş xəsarət – alın, təpə, burun nahiyələri əzilmiş yaraları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilən tarixdə, xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərlər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. xx.xx.2019-cu il tarixli 97 saylı ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X17 meyidinin müayinəsi zamanı onun bədəni üzərində - sol ağciyərin və qaraciyəri cırılması, döş sümüyün İİİ qabırğa səviyyəsindən sınması; İİ, İİİ bel fəqərələrin sınığı; döş qəfəsinin sol tərəfində Vİİ-X qabırğaların məmə xətti üzrə sınması; baş beyinin yumşaq qışasına sol ənsə nahiyəsinə, başın yumşaq toxumalarına sol ənsə-təpə nahiyəsinə qansızma. Kəskin daxili qanitirmə; daxili orqanların azqanlı olması. Sol təpə nahiyəsinin hematoması, alt çənə nahiyəsinin və sağ qulaq sırqalığının yarası, sağ yanaq nahiyəsinin və sağ döş vəzinin qançırları, sol çiyin-körpücük nahiyəsinin sıyrığı, bu xəsarətlər həyatidir, bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X7 ölümünə səbəb olan döş qəfəsinin, qarının qapalı küt travması nəticəsində sol ağciyərin və qaraciyərin cırılmasından əmələ gələn kəskin daxili qanitirmə olmuşdur. X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə hərəkətdə olan avtomobilin aşması nəticəsində əmələ gələ bilər. xx.xx.2019-cu il tarixli 1996-cı il tarixli ekspert rəyindən görünür ki, 1973-cü il təvəllüdlü X16 bədənində aşkar edilmiş xəsarətlər – sol açıq-bədən baldır oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan sıl baldır nahiyyəsindin yumşaq toxumalarının hematoma halında əzilməsi, əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, xx.xx.2019-cu il tarixdə əmələ gələ bilər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə hesab edir ki, Cavabdeh 4953.00 (dörd min doqquz yüz əlli üç) manat sığorta ödənişi, 500 (beş yüz) manat işlərin görülməsi xərc manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4953.00 (dörd min doqquz yüz əlli üç) manat sığorta ödənişi, 500 (beş yüz) manat işlərin görülməsi xərc və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 5843.00 (beş min səkkiz yüz qırx üç) manat tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qiyabi qətnamədən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar