Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1046/2021 05.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Cavabdeh LPO “xxxx” ASC-nin nümayəndəsi X4 və AR ƏMDK-nin 3 saylı Ərazi idarəsinin nümayəndəsi Quliyev İsmayıl Rüzgar oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər LPO “xxxx” ASC-yə, Gəncə şəhəri 3 saylı Notariat ofisinə və AR ƏMDK-nin 3 saylı Ərazi idarəsinə qarşı «xxxx ASC ilə xx.xx.2013-cü il tarixdə bağlanmış 19 saylı ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İddiaçı cavabdehlər LPO “xxxx” ASC-yə, Gəncə şəhəri 3 saylı Notariat ofisinə və AR ƏMDK-nin 3 saylı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək LPO “xxxx” ASC ilə xx.xx.2013-cü il tarixdə cavabdeh xx.xx.2006-cı il tarixdə cavabdeh Gəncə şəhəri 3 saylı Notariat kontorunda bağlanmış 010 saylı sonrakı ipoteka müqaviləsinə xitam verilməsi, DƏDRX-nin 3 saylı Ərazi İdarəsində ipotekanın dövlət qeydiyyatının ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-4590/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən hal-hazırda ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 47855.16 manat əsas, 5643.87 manat faiz 150 manat cərimə, cəmi 53649.03 manat məbləğində pulun tutulub ona verilməsi və tutmanın ipoteka predmetləri olan fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alandan sonra Gəncə şəhər İcra İdarəsinin sifarişi əsaında ona məxsus Gəncə şəh, Nizami ray, Bayan küçəsi 170 saylı fərdi yaşayış evi AR Xammal və X13 Mərkəzi “Külək” tərəfindən hərraca çıxarılmışdır. Hərrac mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubun məzmunundan müəyyən edilir ki, hərracın baş tutmaması barədə xx.xx.2017-ci ildə tələbkara məlumat verilmişdir. Dörd ilə yaxın vaxt keçməsinə baxmayaraq bank tərəfindən fərdi yaşayış evi balansa götürülməmiş, əmlakın bankın mülkiyyətinə keçməsi ilə bağlı çıxarış əldə olunmamışdır. Ona görə də, LPO “xxxx” ASC ilə xx.xx.2013-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə xitam verilməli və ipotekanın dövlət qeydiyyatı ləğv olunmalıdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış xx xxxx 2013-ci il tarixli 019\13 saylı kredit müqaviləsinə əsasən cavabdehə fərdi yaşayış evinin təmiri məqsədilə istifadə etmək üçün 24 ay müddətinə illik 20% ödəmək şərtilə 100000 (yüz min) məbləğində, xx xxxx 2014-cü tarixli 010/14 saylı kredit müqaviləsinə əsasən fərdi yaşayış evinin təmiri məqsədilə istifadə etmək üçün 24 ay müddətinə 22% ödəmək şərtilə 40000 (qırx min) manat məbləğində kredit verilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-4590/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı xx xxxx 2013-cü il tarixli 019\13 saylı kredit müqaviləsinə əsasən 47855.16 manat məbləğində əsas borc, 5643.87 manat məbləğində faiz borcu, 150 manat dəbbə pulu, ümumilikdə isə 53.649.03 manat məbləğində borc, xx xxxx 2014-cü il tarixli 010/14 saylı kredit müqaviləsi üzrə 31578.43 manat əsas, 4670.1 manat faiz, 150 manat dəbbə pulu, cəmi 36.398.53 manat məbləğində kredit borcu (hər iki müqavilə üzrə ümumilikdə 89.747.56 manat), iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqı alınaraq «xxxx» ASC-nın xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi cavabdeh İddiaçı məxsus olan və tərəflər arasında ilkin olaraq 165.000 manata qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 170 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə hər iki müqavilə üzrə 89.747.56 manat kredit borcu, iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqının ödənilməsinin təmin edilməsi, qalan vəsaitin isə İddiaçı qaytarılması, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra İddiaçı, digər cavabdehlər X10, X2 və X6 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılmaları qət edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(104)-112/2020-ci il tarixli qərardadından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli, 2(044)-4590/2015 saylı icra sənədinin geri qaytarılmasına dair Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli “icra sənədinin geri qaytarılması haqqında”qərarı ləğv edilmiş və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilməsi qərara alınmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər LPO “xxxx” ASC-nin nümayəndəsi X9 və AR ƏMDK-nin 3 saylı Ərazi idarəsinin nümayəndəsi X5 izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər cavabdeh Gəncə şəhəri 3 saylı Notariat ofisin nümayəndəsi müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarıını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından da görünür ki, iddiaçı “xxxx” ASC ilə xx xxxx 2013-cü ildə bağlanmış 19 saylı ipoteka müqaviləsi və xx xxxx 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə xitam verilməsini və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsini xahiş etməklə, tələbini onunla əsaslandırır ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)- 4590/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Gəncə şəhər İcra İdarəsinin sifarişi əsaında ona məxsus Gəncə şəh, Nizami ray, Bayan küçəsi 170 saylı fərdi yaşayış evi AR Xammal və X13 Mərkəzi “Külək” tərəfindən hərraca çıxarılmışdır. Hərrac mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubun məzmunundan müəyyən edilir ki, hərracın baş tutmaması barədə xx.xx.2017-ci ildə tələbkara məlumat verilmişdir. Dörd ilə yaxın vaxt keçməsinə baxmayaraq bank tərəfindən fərdi yaşayış evi balansa götürülməmiş, əmlakın bankın mülkiyyətinə keçməsi ilə bağlı çıxarış əldə olunmamışdır. Göründüyü kimi iddiaçı İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka müqavilələrinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə ipoteka müqavilələrinə xitam verilməsinə dair iddia tələbini əsaslı hesab etmir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, ipoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 48.1-ci maddəsinə görə, ipotekaya aşağıdakı hallarda xitam verilir: (1) ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; (2) əsas öhdəliyə xitam verildikdə; (3) tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; (4) ipoteka predmeti məhv olduqda; (5) bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin “Öhdəliklərə xitam verilməsi” adlı 27-ci Fəslinə aid olan “Müddətin keçməsinə görə öhdəliyin xitamı” adlı 5-ci Paraqrafında təsbit edilmiş 550-ci maddəyə görə, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, müddətin keçməsi öhdəliyə xitam verilməsinin, əsas öhdəliyə xitam verilməsi isə ipotekaya xitam verilməsinin əsasıdır.Lakin hazırki işdə ipoteka müqaviləsinə xitam verilməsinə səbəb olacaq hər hansı hallar mövcud deyildir. Məhkəmə iddia tələbinin ipoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka müqavilələrinə xitam verilməsinə dair dəlilə də hüquqi qiymət verərək onu qeyd edir ki, həmin qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(104)-112/2020-ci il tarixli qərardadından görünür ki, Borclunun satılmamış əmlakının tələbkar tərəfindən əldə edilməsi barədə hər hansı sənəd iş materiallarında olmadığından Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli, 2(044)-4590/2015 saylı icra sənədinin geri qaytarılmasına dair Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli “icra sənədinin geri qaytarılması haqqında”qərarı ləğv edilmiş və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə “icra sənədinin geri qaytarılması haqqında”qərar ləğv edildikdən sonra hansı icra hərəkətlərinin aparılmasından məlumatsız olduğunu bildirmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 23.1.4-cü maddəsinə əsasən tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə icra sənədi icra sənədini vermiş məhkəməyə qaytarılır. Göründüyü kimi “icra sənədinin geri qaytarılması haqqında”qərar ləğv edildikdən sonra iddiaçı tələbkarın icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtinasına dair yeni halın mövcudluğuna dair sübutlar təqdim etməmişdir. Odur ki, iddia tələbinin ipoteka müqavilələrinə xitam verilməsinə dair hissəsi əsassızdır. Məhkəmə tərəfindən iddia tələbinin qeyd edilən hissəsinin əsassızlığı nəticəsinə gəlindiyindən iddia tələbinin ikinci hissəsinin, yəni ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinə dair hissəsinin də əsassız olması qənaətindədir.Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halları təsdiq edən sənədi təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçı tərəfin öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər LPO “xxxx” ASC-yə, Gəncə şəhəri 3 saylı Notariat ofisinə və AR ƏMDKnin 3 saylı Ərazi idarəsinə qarşı «xxxx ASC ilə xx.xx.2013-cü il tarixdə bağlanmış 19 saylı ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gənçə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-1046/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1046/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver