Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1058/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il taruixli 2(044)-516/2020 saylı qətnaməsinə əsasən cavabdehin xeyrinə xx.xx.2010-cu il tarixdə anadan olmuş qızı X1 üçün tutulan alimentin miqdarının azaldılması və cavabdehin xeyrinə ondan xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 üçün hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-516/2020 saylı qətnaməsinə əsasən cavabdehin xeyrinə xx.xx.2020-ci il tarixdən tutulan alimentin məbləği artırılaraq, xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 160 manat məbləğində tutulması qət edilmişdir. Aliment təyin edilən zaman heç bir daimi iş yeri olmadığından Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmışdır.Lakin Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarında məhkəmə tərəfindən aliment təyin edilərkən onun maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərəalınmamışdır. Belə ki, Cavabdeh iki dəfə alimentin artırılması üçün məhkəməyə iddia ərizəsi vermiş və nəticədə onun heç bir qazancı və maddi imkanı olmadığı halda məhkəmə Nigar Əsgərovanın hər iki iddiaərizəsini təmin edərək aylıq ödənilən alimentin məbləğini 80 manatdan 160 manatadək qaldırmışdır. O, dəfələrlə məhkəmə proseslərində bildirmişdir ki, Nigar Əsgərova əmək qabiliyyətlidir və uşaq 10 yaşında olduğu üçün işləyə bilər. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz üşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə tərəfindən aliment təyin edilən zaman bu hal nəzərə alınmamışdır. Heç bir maddi imkanı və qazancı olmadığına görə sabit pul məbləğində təyin edilmiş aylıq alimentləri vaxtında ödəyə bilmədiyi üçün 2366 manat cavabdehə borcu yaranmışdır. O, Gəncə şəhəri Psixiatriya xəstəxanası üzrə xx.xx.2001-ci il tarixli 57-K saylı əmrlə əmək müqaviləsi əsasında təsərrüfat heyətinin bərbər vəzifəsinə 1.0 ştat vahidi olaraq işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdən bərbər vəzifəsində işləyir, aylıq vəzifə maaşı 325.20 manatdır. Gün ərzində bütün iş saatını xəstəxanada olur və öz vəzifəsini yerinə yetirir, vəzifə maaşından əlavə heç bir gəliri yoxdur. O, yenidən ailə həyatı qurmuş və çox çətinliklə yaşayır, onun əmək haqqında tutulmalar çıxdıqdan sonra ona cəmi 119.0 manat pul qalır və həmin məbləğlə də yaşayış xərclərini ödəyə bilmir. Onun əmək haqqından tutulan aliment vəzifə maaşının əlli faizindən çox hissəsini təşkil edir və ona görə də maaşından yerdə qalan hissəsi ilə yaşayışını və maddi vəziyyətini təmin edə bilmir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-4793/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx xxxx 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxx 2017-ci il tarixdən başlayaraq, cavabdeh İddiaçı hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı həqiqətən Gəncə şəhəri Psixiatriya xəstəxanasında bərbər vəzifəsində işləyir və onun aylıq əmək haqqı 325.20 manat təşkil edir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-516/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-3036/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx xxxx 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həmdə borcudur. İddiaçı oğlunun bir uşağa görə ödədiyi 160 manat miqdarında alimentin azaldılması məqsədəmüvafiq deyildir. Məhkəmə hesab edir ki, bir uşağa görə müəyyən edilmiş 160 manat miqdarında alimentin miqdarının azaldılması azyaşlı xx xxxx 2010-cu il tarixdə anadan olmuş X2 fiziki, əqli və mənəvi cəhətdən sağlam inkişaf etməsinə heç də kifayət qədər yetərli olmaz və uşaqların sağlam böyüməsinə çox ciddi təsir göstərər. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin azaldılmasına» dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1058/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1058/2021
18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver