Məhkəmə qərarları › İş №2(044)-1083/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1083/2022

12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1083/2022 12.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahlarından doğulmuş 04.04.2005-ci il təvəllüdlü X2 və 26.11.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılması və mediasiyaya ödənilmiş 50 manat xidmət haqqının 50 faizini, yəni 25 manatını onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddaçı İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə 2003-cü ildə faktiki nikaha daxil olaraq ailə qurmuş, nikahları rəsmiləşdirilməmiş və onların birgə yaşadıqları müddətdə 18.03.2004-cü ildə X4, 04.04.2005-ci il tarixdə X5 və 26.11.2013-cü ildə X6 adlı üç uşaqları anadan olmuşdur. Cavabdeh uşaqlarına atalıq vermişdir. Onlar ailə qurduqları ilk vaxtlar ailə münasibətləri normal olmuşdur. Lakin sonradan xasiyyətləri uyğun gəlmədiyi səbəbindən ayrılmışlar və o, uşaqlarını da götürüb kirayəyə çıxmışdır. Ayrıldıqları müddətdə cavabdeh nə onunla, nə də uşaqları ilə maraqlanmamış, könüllü olaraq uşaqlarına maddi yardım göstərməmişdir. Cavabdeh avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olur, onun kifayətb qədər qazancı var və cavabdeh normal məbləğdə aliment ödəmək iqtidarındadır. Onun adına bir ev və təxminən 3 ədəd avtomobili var, cavabdeh uşaqların saxlanması üçün istənilən həddə aliment ödəyə bilər. Buna baxmayaraq, o, mediasiya sesiyasına gəlsə də cəmi iki uşağa görə, hər uşağa 130 manat, cəmi 260 manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Hazırda boyük qızı 18.03.2004-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatmasına az qaldığı üçün böyük uşağına görə aliment tələb etmir. Bundan əlavə olaraq ikinci uşaqlarının yetkinlik yaşına çatmasına cəmi bir il qalmışdır. O, heç yerdə işləmir, buna görə də uşaqların saxlanmasında çətinlik çəkir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, uşaqlarının hazırlıq kurslarının pulunu ödəyir, uşaqlarına maddi yardım göstərir və bundan sonra da uşaqlarına maddi və mənəvi yardım göstərəcəkdir. O, hər ay hər uşaq üçün 140 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 18.06.2015-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 26 noyabr 2013-cü il tarixdə X8 anadan olmuşdur. 24.05.2005-ci il tarixdə Belqrad şəhər Dzerjinskiy İnzibati VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 04 aprel 2005-ci il tarixdə X7 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, Cavabdeh 04.04.2005-ci il tarixdə anadan olmuş X2 və 26.11.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17.03.2022-ci il tarixdən başlayaraq hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04.04.2005-ci il tarixdə anadan olmuş X2 və 26.11.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17.03.2022-ci il tarixdən başlayaraq hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment və 50 manat dövlət rüsumu tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar