Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1135/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı Aftandil qızının iştirakı ilə, İddiaçı Aftandil qızının Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Aftandil qızı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahlarından doğulmuş 18.11.2011-ci il tarixdə anadan olmuş X1, 24.10.2011-ci il tarixdə anadan olmuş X2 və 08.11.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması və mediasiyaya ödənilmiş 50 manat xidmət haqqının 50 faizini, yəni 25 manatını onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddaçı İddiaçı Aftandil qızı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə 2010-cu il tarixdə faktiki olaraq ailə qurmuş, nikahlarını 30.03.2011-ci il tarixdə rəsmiləşdirmişlər və onların birgə nikahlarından 18.11.2011-ci il tarixdə X4, 24.10.2011-ci il tarixdə X5 və 08.11.2017-ci il tarixdə X6 adlı 3 uşaqları anadan olmuşdur. Onların ailə münasibətləri ilk vaxtlar normal olmuş, lakin son vaxtlar cavabdeh ailəsi və uşaqları ilə maraqlanmaması səbəbindən onların ailə münasibətləri pisləşmişdir. Cavabdeh işləmir, uşaqların saxlanmasında ona heç bir köməklik göstərmir. O, və uşaqları onun anasının maddi köməkliyi hesabına dolanırlar. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Aftandil qızıməhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 30.03.2011-ci il tarixdə X10 tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İsmayılova (Süleymanova) Gülmira Aftandil qızının nikahları 30 mart 2011-ci il tarixdə 86 saylı akt qeydi ilə bağlanmışdır. 21.11.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsitərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Aftandil qızının birgə nikahlarından 08 noyabr 2017-ci il tarixdə X6 anadan olmuşdur. 03.12.2013-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Aftandil qızının birgə nikahlarından 24 oktyabr 2013-cü il tarixdə X5 anadan olmuşdur. 01.12.2011-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Aftandil qızının birgə nikahlarından 18 noyabr 2011-ci il tarixdə X4 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, Cavabdeh 18.11.2011-ci il tarixdə anadan olmuş X1, 24.10.2011-ci il tarixdə anadan olmuş X2 və 08.11.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 30.03.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin, 50 manat xidmət haqqının 50 faizini, yəni 25 manatı tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18.11.2011-ci il tarixdə anadan olmuş X1, 24.10.2011-ci il tarixdə anadan olmuş X2 və 08.11.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 30.03.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment və mediasiya xidməti üçün ödənilmiş 25 manat tutularaq, İddiaçı Aftandil qızına verilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1135/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1135/2022
23.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver