Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1167/2021 17.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh qızının iştirakı ilə, İddiaçı cavabdeh Salmanova ( bundan sonra Məmmədəliyeva) Aygün Aydın qızına qarşı aliment məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü Nümayəndə İlyas oğlunun saxlanılması üçün ondan tutulan alimentin xx.xx.2018-ci ildən hal-hazıra kimi yığılmış məbləğin silinməsi və cavabdehdən himayəsndə olan xx.xx.2007-ci il təvəllüdlü Nümayəndə İlyas oğlunun saxlanılması üçün hər ay 150 manat məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2006-cı il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü Nümayəndə İlyas oğlu, xx.xx.2011-ci il təvəllüdlü X9 doğulmuşdur.Məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Nümayəndə ilyas oğlu xəstə olduğu üçün xx.xx.2018 ci ildən onun himayəsindədir. Nümayəndə İlyas oğlu xx.xx.2018-ci ildən hal hazıra kimi onun himayəsindədir. Ona görə də 2018-ci ilin iyun ayının 27-dən hal-hazıra kimi ondan tutulub iddiaçıya ödənilməli olan alımentin məbləği bütünlüklə silinməlidir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-521/2020 saylı qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh qızı arasında xx.xx.2006-cı il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən 169 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra 14.06. 2007-ci il təvəllüdlü Nümayəndə İlyas oğlunun atası İddiaçı, xx.xx.2011-çi il təvəllüdlü X5 Cavabdeh qızının himayəsində saxlanılması, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(044)-6374/2017 nömrəli alimentlə bağlı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 125 manat məbləğində aliment tutularaq Cavabdeh qızına ödənilməsi qət edilmişdir; Samux şəhər 3 saylı tam orta məktəbi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 45 nömrəli arayışdan görünür ki, Nümayəndə İlyas oğlu 2018/2019cu dərs ilində Samux şəhər 3 nömrəli tam orta məktəbin V sinfində təhsil alıb; Samux şəhər 3 saylı tam orta məktəbi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 44 nömrəli arayışdan görünür ki, Nümayəndə İlyas oğlu 2019/2020-ci dərs ilində Samux şəhər 3 nömrəli tam orta məktəbin Vİ sinfində təhsil alıb; Samux rayon İcra hakimiyyəti başçısının Samux şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Nümayəndə İlyas oğlu 2018-ci ilin iyun ayından haı-hazıradək babası Nümayəndə himayəsində yaşayır; Samux rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli məktubdan görünür ki, borclu İddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən təyin edilmiş aliment borcundan xx.xx.2018-ci il tarixdə 900 manat və xx.xx.2018-ci ildə isə 850 manat pul vəsaiti ödəmişdir.Həmin qətnamə üzrə borclunun 7500 manat aliment borcu vardır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh X3 iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçının Nümayəndə İlyas oğluna münasibətdə ödənilməmiş 4250 manat məbləğində aliment borcu qalmışdır. Məhkəmədən həmin hissədə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iddia tələbində göstərilənləri iş materiallarında olan iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-521/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı ilə Cavabdeh qızı arasında xx.xx.2006-cı il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən 169 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra 14.06. 2007-ci il təvəllüdlü Nümayəndə İlyas oğlu İddiaçı, xx.xx.2011çi il təvəllüdlü X9 anası Cavabdeh qızının himayəsində saxlanılması, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(044)-6374/2017 nömrəli alimentlə bağlı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan İddiaçıdan xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 125 manat məbləğində aliment tutularaq Cavabdeh qızına ödənilməsi qət edilmişdir. Məhkəmə onu qeyd edir ki, Ailə Məcəlləsinin Beşinci bölməsi ailə üzvlərinin aliment öhdəliklərini nəzərdə tutur. Bu Məcəllənin 49.1- 49.3-cü maddələrinə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Qeyd olunan Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Nümayəndə İlyas oğlu həqiqətən də 2018-ci ilin iyun ayından anasının yanında qalmamış, bu müddət ərzində atası, babası Faiq və nənəsi onun maddi və sair xərclərini qarşılamışdır. Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənətə gəlir ki, iddiaçının aliment borcunun 4250 manatı Nümayəndə İlyas oğlunun faktiki olaraq babasının yanında olduğu müddətdə yaranmış, həmin müddər ərzində Nümayəndə İlyas oğluna atası və babası tərəfindən maddi yardım göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2018-ci ildən hazırki dövrədək yaranmış aliment borcunu ödəməkdən qismən azad edilməlidir. Belə ki, Samux Rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2021-ci il tarixli məktubundan da müəyyən edilir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən borclunun 7500 manat borcu qalmışdır.Məhkəmə bu qənaətə gəlir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış aliment borcunun 3250 manat hissəsi silinməlidir. Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirib, iddia tələbi üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, bir illik aliment borcu 500 manatdan çox olduğundan, iddiaçının ödədiyi 30 manat məbləğində dövlət rüsumu düzgün ödənilmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)- 6374/2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin 3250 manat hissəsini ödəməkdən azad edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-1167/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1167/2021
17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver