Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1169/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh Cəfərova (Bayramova) Asimə Rakif qızına qarşı «alimentin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cəfərova (Bayramova) Asimə Rakif qızına qarşı «alimentin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh xx.xx.2020-ci il tarixinə kimi olan 6240 (altı min iki yüz qırx) manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, cavabdeh Cəfərova (Bayramova) Asimə Rakif qızı ilə 2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş X4, xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 adlı iki uşaqları var. Onların ailə münasibətləri pozulması səbəbindən ayrılmışlar, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-4320/2018 saylı qətnaməsinə əsasən ondan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması, daha sonra isə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-4322/2018 saylı qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. Lakin nikahın pozulması haqqında qətnamə çıxdıqdan sonra cavabdehin ona məxsus olan evdə onun valideynləri ilə birlikdə yaşaması barədə razılığa gəlmişlər. Həmin vaxtdan da xx.xx.2020-ci il tarixinə kimi cavabdeh uşaqları ilə birlikdə ona məxsus evdə yaşamış və uşaqlarının bütün maddi ehtiyacları onun tərəfindən ödənilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh evi tərk etdikdən sonra isə hər ay ödəməli olduğu alimenti vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq cavabdeh hazırda ondan evində yaşadığı dövr üçün 6240 manat məbləğində alimenti tələb edir. Sözügedən icra sənədinin mövcudluğundan isə o, sonradan xəbər tutmuşdur. Cavabdeh uşaqları ilə birlikdə onun evində yaşayan zaman uşaqlarının və cavabdehin bütün ehtiyacları onun tərəfindən artıqlaması ilə ödənilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Cəfərova (Bayramova) Asimə Rakif qızı məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə birgə yaşamaları mümkün olmadığından məhkəmə qətnaməsinə əsasən ayrılmışlar və iddiaçıdan uşaqların saxlanması üçün hər ay iki uşaq üçün onun xeyrinə 260 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, hazırda uşaqların maddi tələbatlarının təmin olunmasında çətinlik çəkir, uşaqların xərclər artmışdır. İddiaçının hazırda 6240 manat məbləğində alimenti borcu vardır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları xx xxxxx 2019-cu il tarixdə pozulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-4322/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010cu il il tarixdə X7 487 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılmaları qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(044)-355/2020 saylı qərarın surətindən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həmdə borcudur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmənin qənaətinə görə iddiaçı iddianın əsasını təşkil edəcək sübutlara malik deyildir. Bu halda iddiaçı subyektiv hüquqa malik olan şəxslər kimi hazırkı iddia tələbini irəli sürməkdə haqlı deyildir. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cəfərova (Bayramova) Asimə Rakif qızına qarşı «alimentin silinməsinə» dair ddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Cəfərova (Bayramova) Asimə Rakif qızına qarşı «alimentin silinməsinə» dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1169/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1169/2021
30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver