Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-118/2022 03.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı və nümayəndəsi - vəkili Vəkil, Cavabdeh3 QSC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə şəhəri 2 saylı Notariat ofisinə, Gəncə şəhəri 3 saylı Notariat ofisinə və Cavabdeh3 QSC-yə qarşı “ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi və ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin qismən ipotekadan azad edilməsi” tələbinə dair mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 saylı qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması barədə 15 aprel 2011-ci il tarixli 06M000000628 nömrəli ipoteka müqaviləsinin və Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşıyış evinə onun ½ payının müəyyən edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 saylı qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması barədə 15 aprel 2011-ci il tarixli 06M000000628 nömrəli ipoteka müqaviləsininn və Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşıyış evinin ipotekaya qoyulması barədə 26 aprel 2011-ci il tarixli 06M000000636 nömrəli ipoteka müqaviləsinin qismən, yəni 1/2 hissədə etibarsız hesab edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 saylı qeyri-yaşayış sahəsinin və Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşıyış evinin 1/2 hissəsini ipotekadan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(044)-920/2017 saylı qətnaməsi ilə Quliyev Hüseynağa Mütəllim oğlu, X5 və X3 müştərəkqaydada 83756.03 ABŞ dolları əsas borc, 17254.68 ABŞ dolları faiz borcu, 10.000 ABŞ dolları dəbbə pulu, cəmi 111010.71 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının alınaraq iddiaçı Cavabdeh3 QSC-yə ödənilməsi, tələbin Quliyev Hüseynağa Mütəllim oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 saylı qeyri-yaşayış binasına və Quliyev Hüseynağa Mütəllim oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşıyış evinə yönəldilməsi, həmin qeyri-yaşayış binası və fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 106010.71 ABŞ dolları məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının həmin əmlakların satışından əldə olunan vəsait hesabına Cavabdeh3 QSC-yə ödənilməsi, ipoteka predmetləri Quliyev Hüseynağa Mütəllim oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 saylı qeyri-yaşayış binasına və Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşıyış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Quliyev Hüseynağa Mütəllim oğlunun qeyri-yaşayış binasına və Quliyev Hüseynağa Mütəllim oğlunun, İddiaçı, X1 və X4 fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin qeyri-yaşayış binası və fərdi yaşayış evindən çıxarılmaları və əmlakların boşaldılıb Cavabdeh3 QSC-yə təhvil verilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin Quliyev Hüseynağa Mütəllim oğlu, X5 və X3 müştərək qaydada tutulması, iddianın qalan hissənin təmin edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli 2(104)-64/2019 nömrəli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(044)-920/2017 saylı qətnaməsi qismən, yəni Quliyev Hüseynağa Mütəllim oğlu, X5, X3 müştərək qaydada 83.756 ABŞ dolları əsas borc, 17254.68 ABŞ dolları faiz borcu, cəmi 111010.71 ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə alınaraq Cavabdeh3 QSCnin xeyrinə ödənilməsi, tələbin Quliyev Hüseynağa Mütəllim oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 saylı qeyri-yaşayış binasına (ilkin satış qiyməti 170000 manat müəyyən edilməklə) və Quliyev Hüseynağa Mütəllim oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşıyış evinə (ilkin satış qiyməti 350000 manat müəyyən edilməklə) yönəldilməsi hissələrində dəyişdirilməsi, Cavabdeh3 QSC ilə Quliyev Hüseynağa Mütəllim oğlu arasında bağlanmış 13 aprel 2011-ci il tarixli 06L000003093 saylı kredit razılaşmasına görə 82.419 (səksən iki min dörd yüz on doqquz) ABŞ dolları 39 (otuz doqquz) sent məbləğində əsas kredit borcu, 14.568 (on dörd min beş yüz altmış səkkiz) ABŞ dolları 54 (əlli dörd) sent məbləğində faiz borcu, cəmi 106.987 (bir yüz altı min doqquz yüz səksən yeddi) ABŞ dolları 39 (otuz doqquz) sent məbləğində kredit borcu (82.419,39+14.568,54+10.000) müştərək qaydada Quliyev Hüseynağa Mütəllim oğlundan, X2, X3 alınaraq Cavabdeh3 QSC-nin xeyrinə ödənilməsi, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 saylı qeyri-yaşayış binasının bazar qiyməti 150000( yüz əlli min) manat, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşıyışevinin bazar qiyməti isə 126500 (bir yüz iyirmi altı min beş yüz) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 02.11.2020-ci il tarixli, 2(102)-5141/2020 nömrəli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli 2(104)-64/2019 nömrəli qətnaməsi 10000 ABŞ dolları dəbbə pulu hissəsində dəyişdirilərək, dəbbə pulu 5000 ABŞ dolları müəyyən olunmuşdur. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin sözügedən qərarından sonra iddiaçının məlumatı olmuşdur ki, Quliyev Hüseynağa Mütəllim oğlu ilə onun ümumi əmlakları hesab edilən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 saylı qeyri-yaşayış sahəsini və Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşıyış evini ipoteka ilə yüklü etmişdir. Bütün bu işlərdə iddiaçının heç bir xəbəri olmamışdır. Belə ki, Quliyev Hüseynağa Mütəllim oğlu ilə 1981-ci ildən evli olmalarına baxmayaraq, onların soyuq münasibətləri var və onlar bir ünvanda olsa da ayrı-ayrı, bir-birindən təcrid olunmuş evlərdə yaşayırlar. Bu hadisələri bildikdən sonra iddiaçı notariat kontorlara müraciət etmiş və ipoteka işlərində guya onun hər iki əmlakın ipoteka ilə yüklü edilməsi barədə ərizələrini almışdır. Həmin ərizələr onun tərəfindən imzalanmayıb. Düzdür, Quliyev Hüseynağa Mütəllim oğlu ona mülkləri banka girov qoymaqla kredit götürəcəyini bildirmişdi, ilk vaxtlarda öz razılığını vermiş (qeyri rəsmi), sonradan isə razılıq verməkdən imtina etmişdir. İddia ərizəsinə əlavə edilən ərizələrdə (ipoteka ilə yüklü edilməsi barədə) imzalar onun deyil, həmin imzalar saxtadılar. 16.04.2021-ci il tarixli ərizə ilə digər, tarixi və hara ünvanlandığı bilinməyən ərizə olan imzalar belə bir-birindən fərqlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi, Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh3 QSC-nin etibarnamə üzrə nümayəndəsi X12 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı ipoteka müqaviləsi bağlanılan zaman könüllü olaraq yazılı razılıq ərizələri vermiş və bu zaman kredit müqaviləsinin mövcudluğundan xəbəri olmuşdur. İş materiallarında olan ekspert rəyi də həmin ərizələrin iddiaçı tərəfindən icra edildiyini təsdiq edir. Hazırda iddiaçının iddia qaldırılmasında məqsəd ipoteka predmetinə tutmanın ləngidilməsi xarakteri daşıyır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehlər Gəncə şəhəri 2 saylı Notariat ofisinin və Gəncə şəhəri 3 saylı Notariat ofisinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməmələrin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: 24.11.1981-ci il tarixli İİ ЖГ № 476451 nömrəli nikahın bağlanması barədə şəhadətnamənin surətindən görünür ki, Quliyev Hüseynağa Mütəllim oğlu ilə İddiaçı nikahlarını 24.11.1981-ci il tarixdə Kirovabad şəhərində bağlamışlar, bu barədə nikahın bağlanması barədə akt qeydləri kitabında 24.11.1981-ci il tarixdə 1674 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İpotekasaxlayan Cavabdeh3 QSC-nin Gəncə filialı ilə ipotekaqoyan Quliyev Hüseynağa Mütəllim oğlu arasında bağlanmış 15 aprel 2011-ci il tarixli 06M000000628 saylı ipoteka müqaviləsindən görünür ki, 13.04.2011-ci il tarixli, 06L000003093 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini məqsədi ilə Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsində istifadədə olan 0.0049 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 42.1 m2 ümumi sahədən ibarət 11 saylı qeyri-yaşayış binası (1 saylı Universal emalatxanasının tənəkəçilik sexi) ipoteka ilə yüklü edilmişdir. İpotekasaxlayan Cavabdeh3 QSC-nin Gəncə filialı ilə ipotekaqoyan Quliyev Hüseynağa Mütəllim oğlu arasında bağlanmış 26 aprel 2011-ci il tarixli 06M000000636 saylı ipoteka müqaviləsindən görünür ki, 13.04.2011-ci il tarixli, 06L000003093 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini məqsədi ilə Gəncə şəhəri Nizami rayonu, Ozan küçəsində mülkiyyətində olan 0.064 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 4 otaqlı 106.6 kv.m yaşayış, 257.3 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.11.2020-ci il tarixli 2(102)-5141/2020 saylı qərarının surətindən görünür ki, cavabdeh Quliyev Hüseynağa Mütəllim oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.10.2020-ci il tarixli 2(104)-64/2020 nömrəli qətnaməsi 10000 ABŞ dolları dəbbə pulu (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə) hissəsində dəyişdirilməsi, dəbbə pulunun 5000 (beş min) ABŞ dolları müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında ******* nömrəli MH seriyalı 14.09.2006-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Gəncə şəhəri Nizami rayonu, Ozan küçəsində mülkiyyətində olan 0.064 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 4 otaqlı 106.6 kv.m yaşayış, 257.3 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Quliyev Hüseynağa Mütəllim oğluna məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında ******* nömrəli MA seriyalı 07.04.2011-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsində istifadədə olan 0.0049 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 42.1 m2 ümumi sahədən ibarət 11 saylı qeyri-yaşayış binası (1 saylı Universal emalatxanasının tənəkəçilik sexi) tam mülkiyyət hüququ üzrə Quliyev Hüseynağa Mütəllim oğluna məxsusdur. Notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, İddiaçı əri ipotekaqoyan Quliyev Hüseynağa Mütəllim oğlunun mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsində istifadədə olan 0.0049 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 42.1 m2 ümumi sahədən ibarət 11 saylı qeyri-yaşayış binasının (1 saylı Universal emalatxanasının tənəkəçilik sexi) ipoteka ilə yüklü etməsinə razılıq vermişdir. Notarial qaydada təsdiq edilmiş 26.04.2011-ci il tarixli razılıq ərizəsindən görünür ki, İddiaçı əri ipotekaqoyan Quliyev Hüseynağa Mütəllim oğlunun mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu, Ozan küçəsində mülkiyyətində olan 0.064 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 4 otaqlı 106.6 kv.m yaşayış, 257.3 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü etməsinə razılıq vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24.01.2022-ci il tarixli 4/11 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 97-ci vərəqində İddiaçı adından olan 26.04.2011-ci il tarixli razılıq ərizəsində “İmza:” qrafasındakı imza; mülki işin 99-cu vərəqində İddiaçı adından olan razılıq ərizəsində “İmza:” qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh3 QSC ilə Quliyev Hüseynağa Mütəllim oğlu arasında bağlanılmış 13.04.2011-ci il tarixli, 06L000003093 saylı kredit xətti müqaviləsinə əsasən, sonuncuya 120 (yüz iyirmi) ay müddətinə, 200000 ABŞ dolları məbləğində kredit xətti açılmış, daha sonra Cavabdeh3 QSC ilə Quliyev Hüseynağa Mütəllim oğlu arasında bağlanılmış 12.09.2013-cü il tarixli, 06R000012983 saylı kredit razılşmasına əsasən sonuncuya aylıq 1,5 faizlə 120000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Quliyev Hüseynağa Mütəllim oğlu 15 aprel 2011-ci il tarixli 06M00000628 sayl və 26 aprel 2011-ci il tarixli 06M000000636 saylı ipoteka müqavilələri ilə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 nömrəli qeyri-yaşayış binası və Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Mənzil ipoteka ilə yüklü edilən zaman İddiaçı əri ipotekaqoyan Quliyev Hüseynağa Mütəllim oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 nömrəli qeyri-yaşayış binasının və Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü etməsinə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi vermişdir. Borcalan öhdəliklərini icra etməmiş, kreditor məhkəmə qaydasında pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə ipoteka müqaviləsinin etibarsız sayılması tələbi üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsızlığı ilə bağlı yaranan mübahisədir və bu iddia üzrə mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdlır. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur İş materiallarından aydın olur ki, Cavabdeh3 QSC ilə Quliyev Hüseynağa Mütəllim oğlu arasında bağlanılmış 13.04.2011-ci il tarixli, 06L000003093 saylı kredit xətti müqaviləsi, 12.09.2013-cü il tarixli, 06R000012983 saylı kredit razılşması 15.04.2011-ci il tarixli 06M00000628 sayl və 26.04.2011-ci il tarixli 06M000000636 saylı ipoteka müqavilələri onların könüllü iradə ifadəsində uyğun olaraq qanunvericiliyin tələbləri daxilində qanunauyğun şəkildə tərtib edilmişdir. Hazırda iddiaçı ipoteka müqaviləsinin etibarsızlığını xahiş edir və əsas kimi onun həmin ipoteka müqavilələrinin bağlanmasından məlumatı olmadığını, ipoteka müqavilələri bağlanarkən onun adından yazılmış razılıq ərizələrinin onun tərəfindən imzalanmadığını göstərir. Məhkəmə göstərir ki, müqavilənin etibarsız sayılması tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsidir. Həmin maddədə deyilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə görə də deyilir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdin etibarsızlığı barədə irəli sürülmüş dəlillər, həmin əqdin hüquqi təbiəti nəzərə alınmaqla təhlil oluna bilər. Bu baxımdan məhkəmə göstərir ki, əqd kimi ipoteka Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. İpotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verilməklə müəyyənləşdirilir. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. (Həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 307.1, 307.2, 307.3 və 307.7-ci maddələri). İddiaçının ipoteka müqavilələri bağlanarkən onun adından yazılmış razılıq ərizələrinin onun tərəfindən imzalanmadığına dair dəlilinə məhkəmə tənqidi yanaşır. Çünki məhkəmə baxışı zamanı iddiaçı ipoteka qoyan əri Hüseynağa Quliyevlə birgə nikahda olduqlarına baxmayaraq aralarında narazılıq olduğuna görə həmin müqavilələrdən məlumatı olmadığını, həmin razılıq ərizələrinin onun tərəfindən imzalanmadığını bildirmiş, mübahisənin düzgün həlli məqsədilə məhkəmə tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspert öz rəyində iş materiallarına əlavə edilmiş razılıq ərizələrində olan imzanın iddiaçıya məxsus olmasını qeyd etmişdir. Belə olan halda iddiaçının əsaslandığı dəlil öz təsdiqini tapmamış, eləcə də iddiaçı həmin dəlili təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq iş üzrə tədqiq edilmiş sübutlara mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Gəncə şəhəri 2 saylı Notariat ofisinə, Gəncə şəhəri 3 saylı Notariat ofisinə və Cavabdeh3 QSC-yə qarşı “ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi və ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin qismən ipotekadan azad edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-118/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-118/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver