Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1187/2022 24.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş 11.09.2009-cu il təvəllüdlü X4 və 16.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanlması üçün hər ay bir uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh gəlir və qazancından onun xeyrinə tutulması və ilkin mediasiya keçirilməsi üçün ödədiyi 50 manat məbləğində mediasiya xərcini Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh ilə rəsmi nikaha girməklə ailə qurmuş, birgə nikahlarından 11.09.2009-cu il təvəllüdlü X6 və 16.10.2010-cu il təvəllüdlü X5 doğulmuşdur. Ailə münasibətləri ilk vaxtlar normal olmuş, lakin sonradan Cavabdeh ilə münasibətləri pozulduğundan aralarında olan nikahın pozulması, uşaqların himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə 21 yanvar 2014-cü il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 27.02.2014-cü il tarxli, 2(044)- 383/2014 saylı qətnaməsi ilə iddia təmin edilmiş 11 sentyabr 2009-cu il tarixdə anadan olmuş X6 və 16 oktyabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 21 yanvar 2014-cü il tarixdən başlayaraq Cavabdeh İsmayılova (Həsənova) Sima Həmid qızının xeyrinə hər ay hər uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Lakin, borclu Cavabdeh dəfələrlə onlara gələrək uşaqlar üçün darıxdığını və uşaqlar üçün əlindən gələni edəcəyini deyib onu aldadaraq, alimentlə bağlı tələbi olmadığı və icra sənədinin xitam olunması barədə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət etməyini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli 8(044)-383/2014 saylı qərardadı ilə 27.02.2014-cü il tarxli, 2(044)-383/2014 saylı icra sənədinə xitam verilmişdir. X1 ilə yenidən ailə münasibətləri pozulduğundan o, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli 8(044)-383/2014 saylı qərardadının ləğv olunmasını və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.02.2014-cü il tarixli, 2(044)-383/2014 saylı qətnaməsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 yanvar 2015-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.02.2014-cü il tarixli, 2(044)-3 83/2014 saylı qətnaməsi üzrə icraata xitam verilməsinənə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-450/2014 saylı qərardadı ləğv edilmiş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 27.02.2014-cü il tarixli, 2(044)-383/2014 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdr. Həmin qərardaddan sonra borclu Cavabdeh yenə uşaqlar üçün darıxdığını və uşaqlar üçün əlindən gələni edəcəyini deyib onu yenidən aldadaraq, alimentlə bağlı tələbinin olmadığı və icra sənədinin xitam olunması barədə Gəncə şəhər üzrə İcra İdarəsinə ərizə verməyini xahiş etmişdir. Buna görə də o, yenidən ərizə ilə müraciət edib icra sənədinin xitam olunmasını xahiş etmişdir. Hal-hazrda birgə nikahlarından doğulmuş 11.09.2009-cu il təvəllüdlü X6 və 16.10.2010-cu il təvəllüdlü X5 onun himayəsində olmaqla onunla birlikdə yaşayır. O, övladlarının saxlanılması üçün hər ay uşağa iki yüz manatdan çox xərc çəkir. Başqa bir tərəfdən isə uşaq üçün çəkilən bütün əlavə xərcləri də, xəstəlik xərclərini və digər əlavə xərclərdə o, təkbaşına çəkməli olur. Cavabdeh heç bir əlavə xərcdə heç bir maddi köməklik göstəmir. Cavabdeh əmək qabiliyyətlidir və aliment ödəmək iqtidarındadır, gəliri çox yüksəkdir. Sonda o, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, ikinci qrup əlildir, aldığı pensiya aylıq kommunal ödənişlərinə və kommunal ödənişlərinə kifayət etmir. Odur ki, o, ayda hər uşaq üçün cəmi 50 manat aliment ödəyə bilər. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, oğluna kömək edib hər ay iki uşağa cəmi 150 manat aliment tutulmasını və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 08.04.2014-cü il tarixdə pozulmuşdur. - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan 11.09.2009-cu il təvəllüdlü X6 və 16.10.2010-cu il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. - X3 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin tərəflər X3 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. - DSMF Publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının verdiyi arayışdan görünür ki, Cavabdeh ailə başçısını itirməyə görə müddətsiz 281.35 manat əmək pensiyası təyin olunmuş və qanuna müvafiq ödəniş aparılır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı iddia ərizəsində yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 193 manat, cəmi 386 manat məbləğində aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Buna görə də məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafelərini, onların normal, yəni qida rassionuna uyğun şəkildə qidalanmaqlarını, fiziki, əqli, sosial cəhətdən sağlam böyümələrini və inkişafını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği hər ay hər uşaq üçün 120 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 05.04.2022-ci il tarixdən tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiklərini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini, tələb olunan aliment üzrə 1 illik ödəmənin məcmusunun 4632 manat olduğunu, iddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manatın 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 48,80 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından olan 11.09.2009-cu il təvəllüdlü X4 və 16.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli 05.04.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. İlkin mediasiya sessiyasına ödənilmiş 50 manatın 25 (iyirmi beş) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun və Cavabdeh 48 (qırx səkkiz) manat 80 (səksən) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1187/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1187/2022
24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver