Məhkəmə qərarları › İş №2(044)-1342/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1342/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1342/2022 06.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər sakini Cavabdeh X5 və X3 həddi buluğa çatana kimi hər birinin saxlanılması üçün hər ay 250 manat, cəmi 500 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə 09.11.2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmədən ailə qurmuş və nikahlarını 23.10.2012-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 15.09.2012-ci il tarixdə X5 və 21.11.2015-ci il tarixdə X7 adlı iki uşaqları anadan olmuşdur. 01.11.2021-ci il tarixdə faktiki olaraq cavabdehlə ər-arvad münasibətləri tamamilə kəsilmişdir. Cavabdehlə ailə qurduqdan sonra bir neçə il cavabdehin ata mülkündə yaşamışlar, sonra isə onun təkidi və istəyi ilə Bakı şəhərinə köçmüşlər. Həmin vaxtdan yaşayış yerləri olmadığından övladları ilə birgə kirayədə yaşayırlar. Cavabdehlə ailə quran vaxtdan bir müddət mehriban yaşamışlar, sonradan münasibətləri gərginləşmiş və faktiki olaraq onların birgə yaşamaları mümkünsüz olmuşdur. Cavabdeh 01.11.2021-ci il tarixdə onu və övladlarını kirayədə yaşadıqları evdə ataraq getmiş, hazırda cavabdeh qeyri-rəsmi ailə qurmuş, hazırda bir qız övladı da vardır. Bundan sonra onların birgə yaşamaları mümkün deyildir. Cavabdeh bir ata olaraq övladlarının maddi tələbatlarının ödənilməsində maddi köməklik göstərməmiş, uşaqların təlim-tərbiyəsində iştirak etməmişdir. O, uşaqları ilə birgə kirayədə yaşayır, uşaqların hər ikisi məktəblidir və gündən günə maddi tələbatları artır. Cavabdeh hazırda Bakı şəhərində fərdi əməklə məşğuldur, boş vaxtlarında isə şəxsi avtomobili ilə sərnişin daşıma ilə məşğuldur, maddi durumu yaxşıdır və cavabdehin hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat aliment ödəməyə maddi imkanı vardır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 16.03.2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ilə X1 nikahları 23 oktyabr 2012-ci il tarixdə 696 saylı akt qeydi ilə bağlanmışdır. 12.09.2012-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından 15 sentyabr 2012-ci il tarixdə X5 anadan olmuşdur. 12.04.2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından 21 noyabr 2015-ci il tarixdə X8 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, Cavabdeh 15 sentyabr 2012-ci il tarixdə anadan olmuş X2 və 21 noyabr 2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 19.04.2022-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 sentyabr 2012-ci il tarixdə anadan olmuş X2 və 21 noyabr 2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 19.04.2022-ci il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar