Məhkəmə qərarları › İş №2(044)-1401/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1401/2020

27.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1401/2020 27.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra mətn üzrə iddiaçı) İddiaçı, Qarşıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X14 (bundan sonra mətn üzrə cavabdeh) iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair ilkin, Cavabdeh- İddiaçı qarşı «uşaq» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə vətəndaş nikahlarından doğulmuş xx xxxxxx 2017-ci il təvəllüdlü X4, xx xxxxxx 2019-cu il təvəllüdlü əkizlər X15 və X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 170 manat və uşağın 3 yaşına çatanadək onun tərəfindən saxlanılmasına görə ona hər ay bir uşaq üçün 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı «uşaq» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaq tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsinə, aliment tələbinə dair ilkin iddianın isə əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2016-cı il tarixdə el adəti ilə ailə qurmuş və onların birgə nikahlarından xx xxxxxx 2017-ci il təvəllüdlü X6, xx xxxxxx 2019-cu il təvəllüdlü X15 və X5 əkiz uşaqları anadan olmuşdur. O, uşaqlarla birgə valideyinlərinə məxsus edə yaşayır və uşaqlar azyaşlı olduğu üçün işləyə bilmir. Cavabdeh onun valideyinlərinə məxsus çörək və şirniyyat mağazasında satıcı olaraq yüksək qazancla işləyir, işdən əlavə də gəlirləri də vardır. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, ilkin iddia üzrə İddiaçı Gəncə şəhəri Nizami rayon məhkəməsində ona qarşı qeyri rəsmi nikahımızdan doğulmuş, xx xxxxxx 2017-ci il təvəllüdlü X4, xx xxxxxx 2019-cu ildə anadan olmuş əkizlər X15 və X7inun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər bir uşaq üçün 170 manat, uşaqların üç yaşına çatana kimi hər uşağa görə əlavə olaraq 80 manat olmaqla, cəmi hər ay 510+240=750 (yeddi yüz əlli) manat aliment tələbinə dair iddia qaldırmışdır. İddiaçı ilə 2016-cı ildə nikahdan kənar ailə qursalar da, o ailənin möhkəmlənməsi üçün bu müddət ərzində heç bir addım atmamış, əksinə evləndiyimiz vaxtdan 2019-cu ilin dekabr ayında, öz atası evinə küsüb gedənə qədər hər zaman evdə narazılıq, söz-söhbət yaratmışdır. İddiaçı onunla və digər ailə üzvləri ilə yersiz yerə həmişə mübahisə etmiş və Ruhi-Əsəb xəstəxanasında müalicə olunduğunu bildirmişdir. Əsəb xəstəsi olduğundan heç kimdən qorxmadığını, istədiyini edəcəyini bildirmişdiri. Bir neçə dəfə də uşağını anasının gözü qarşısında ayağından tutub başı aşağı sallamış, öz uşağını lazım gələrsə öldürəcəyini də bildirmişdir. Evləndikləri vaxtdan mütəmadi mübahisələri olmuşdur. Barışmaq üçün heç bir təşəbbüs göstərməmişdir. Axırıncı dəfə İddiaçı tələb kimi onun qarşısına şərt qoymuşdur ki, 10.000 (on min) manat pul tap ver uşaq baxçasına işə qəbul olsun. O isə o qədər pulu olmadığını ona bildirmişdir. Buna görə son günlər hər gün evdə dava-dalaş salmış, hətta onlara acıq edib uşaqlarını stola kəndirlə dolamışdır. Bu səbəbdən də o, 2019-cu ilin dekabr ayında heç bir söz demədən hər şeyini götürüb uşaqları ilə birlikdə atası evinə getmişdir. O, hesab edir ki, uşaqları azyaşlı olsalar da, qanun uşaqların anasının yanında olmasını desə də, uşaqların ruhi-əsəb xəstəsi olan analarının himayəsində yaşaması çox təhlükəlidir. Hər an anaları onlara xətər yetirə bilər. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini, qarşılıqılı iddia tələbinin isə təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahişetdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV 269753 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhərində anadan olmuş və 904 saylı aktla qeyd edilmişdir. Ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd edilmişdir; Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV 269754 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhərində anadan olmuş və 905 saylı aktla qeyd edilmişdir. Ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd edilmişdir; Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İV 011892 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxxxx 2017-ci il tarixdə Gəncə şəhərində anadan olmuş və 4483 saylı aktla qeyd edilmişdir. Ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd edilmişdir; Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ 373163 saylı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh-xx xxxxxx 2019-cu il təvəllüdlü X11 atası hesab edilmiş və 238 saylı aktla qeyd edilmişdir; Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ 373164 saylı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh-xx xxxxxx 2019-cu il təvəllüdlü X1 atası hesab edilmiş və 239 saylı aktla qeyd edilmişdir; Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ 339424 saylı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh-xx xxxxxx 2017-ci il təvəllüdlü X4 atası hesab edilmiş və 238 saylı aktla qeyd edilmişdir; Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxxxx 2020-ci il tarixli 818 saylı rəyindən görünür ki, uşaqların gələcək mənafelərini nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olan xx xxxxxx 2017-ci il təvəllüdlü X4, xx xxxxxx 2019-cu il təvəllüdlü əkizlər X10 və X2 anaları İddiaçı himayəsinə verilməsi məqsədə müvafiq hesab edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmədən iddianın rəddedilməsinədair qətnamə qəbuledilıməsini xahiş etdi. Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X16 cavabdehin halhazırda mövcud vəziyyətlə əlaqədar heç bir yerdə işləmədiyini bildirərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını digər sübutlarla yanaşı yoxlayaraq, iddia və qarşılıqlı iddia ərizəsinin dəlillərini nəzərə ala-raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarı ilə məhkəmələrə izah edilmişdir ki, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Məhkəmə araşdırılması zamanı müəyən edilmişdir ki, tərəflər arasında ailə münasibətləri kəsilmiş, artıq ər-arvad kimi yaşamırlar. Ayrı-ayrı ünvanlarda yaşamaqla müstəqil təsərrüfatı idarə edirlər və uşaqlar ananın himayəsindədirlər. Uşaqların yaşayış yeri ilə bağlı tərəflər arasında mübahisə olduğundan iş materialları müvafiq rəyin alınması məqsədilə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasınagöndərilmiş və həmin rəylə müəyyən edilmişdir ki, uşaqların gələcək mənafeləri nəzərə alınaraq, tərəflərin birgə nikahlarından anadan olan xx xxxxxx 2017-ci il təvəllüdlü X4, xx xxxxxx 2019-cu il təvəllüdlü əkizlər X10 və X2 anaları İddiaçı himayəsinə verilməsi məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə həmin rəyi sübut növü kimi qəbul edərək bu qənaətə gəlir ki, uşaqların ananın himayəsində alınaraq atanın himayəsinə verilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə iddia tələbinin alimentə dair hissəsi ilə bağlı onu qeyd edir ki, uşağın saxlanması üçün vəsaitin ödənilmə qaydasına dair tərəflər arasında şifahi razılıq əldə edilmədiyindən, habelə uşaqlar iddiaçının öhdəsində olduğundan məhkəmə uşaqların saxlanması üçün aliment tutulmasını zəruri hesab edir və belə hesab edir ki, hər ay bir uşaq üçün 90 manat, cəmi 270 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə bir uşaq üçün 170 manat alimentin tutulmasına dair iddia tələbinə münasibət bildirərək onu qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək ananın da borcu olduğundan, bundan başqa da iddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim etmədiyindən iddia tələbi alimentə aid hissədə göstərilən həddə təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə araşdırılması zamanı iddiaçı cavabdehin gəlirləri barədə sübutlar təqdim etməmişdir. Məhkəmə cavabdehin üç uşaq üçün aliment ödəyəcəyini nəzərə alaraq onu da qeyd etməyi zəruri hesab edir ki, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Bu da onu deməyə əsas verir ki, alimentin iddia tələbində göstərilən həddə təmin edilməməsi məhkəmə aktının icra olunmamasına şərait yarada bilər. Məhkəmə uşaqların üç yaşına çatanadək hər ay bir uşağa görə 100 manat məbləğində alimentin tutulmasına da münasibət bildirərək onu qeyd edir ki, iddia tələbi bu hissədə də qismən əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş uşaqlardan biri artıq üç yaşına çatmış, digər iki uşaq isə 2019-cu il təvəllüdlü olmaqla hələ üç yaşları tamam olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə hesab edir ki, əsas diqqət azyaşlı uşağın maddi təminatına yönəldilməli olsa da, uşaq 3 yaşına çatanadək ananın maddi təminatının təmin edilməsi zəruriliyi də nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, xx xxxxxx 2019-cu il təvəllüdlü X15 və X2 üç yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 20 manat,cəmi 40 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə uşaqların 3 yaşınadək saxlanılması üçün hər uşağa görə 100 manat məbləğində alimentin tutulmasının qeyri-mümkünlüyünü onunla izah edir ki, iddiaçı cavabdehin qazancı, gəlirləi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan məhkəmə hesab edir ki, aliment tutulmasına iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxx 2020-ci ildən başlanılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 500 manatdan yuxarı olduğuna görə ondan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğub olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxx 2017-ci il təvəllüdlü X4, xx xxxxxx 2019-cu il təvəllüdlü X10 və X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən tutulmağa başlayaraq, hər ay hər uşaq üçün 90 manat, cəmi 270 manat, həmin vaxtdan tutulmağa başlayaraq xx xxxxxx 2019-cu il təvəllüdlü X10 və X2 3 yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 20 manat, cəmi 40 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamənin “alimentlə bağlı hissəsi” dərhal icraya yönəldilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar