Məhkəmə qərarları › İş №2(044)-1488/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1488/2021

16.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1488/2021 16.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mollayev Fəxrəddin oğlu məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə 2004-cü ildə ailə qurmuş və onların birgə nikahlarından xx xxxx 2005-ci il tarixdə anadan olmuş X3 və xx xxxxxx 2007-ci il tarixdə anadan olmuş X4 adlı iki uşaqları var. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən onların nikah qeydi pozulmuş, uşaqlar cavabdehin himayəsində saxlanılmış və ondan hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir. O, hazırda rəsmi olaraq heç yerdə işləmir, təqaüd almır, fərdfi əməklə məşğul olur və cüzi olan aylıq gəliri dəyişkəndir, stabil qazanc mənbəyi yoxdur. Məhkəmə qətnaməsi ilə iki uşağa görə müəyyən olunmuş 300 manat məbləğində alimenti vaxtı-vaxtında ödəyə bilmir. Lakin o, imkanı daxilində uşaqların bütün maddi ehtiyaclarını qarşılayır və uşaqlarına mənəvi dəstək olur. Məhkəmədən iddia tələbinin təmin olunması və ondan hər ay hər uşaq üçün 40 manat, cəmi 80 (səksən) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1544/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə, Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2005-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 anaları Cavabdeh himayəsində saxlanılmaları, xx.xx.2005-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları cavabdeh İddiaçı hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması qət edilmişdir. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları xx.xx.2020-ci il tarixdə 246 saylı akt qeydi ilə pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il tarixdə X3 və xx.xx.2007-ci il tarixdə X4 anadan olmuş və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah qeydi pozulmuş və İddiaçı xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1544/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı azaldılaraq, hər ay, hər uşaq üçün sabit pul məbləğində 40 manat, cəmi 80 manat məbləğində aliment tutularaq, Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin olunsun. İddiaçı xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1544/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı azaldılaraq, hər ay, hər uşaq üçün 40 (qırx) manat, cəmi 80 (səksən) manat sabit pul məbləğində tutularaq, Cavabdeh ödənilsin. Azaldılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2021-ci il tarixli 2(044)-1488/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar