Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1533/2021 20.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07.08.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək hər ay 100 manat pulun tutulub ona verilməsini, alimentlərin tutulmasının başlanğıc tarixinin 17.03.2020-ci il tarixdən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 05.10.2017-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş,birgə nikahlarından 07.08.2018-ci il tarixdə Səid adlı övladları doğulmuşdur. Aralarında olan narazılıqlara görə 2019-cu ilin oktyabr ayının 25dən cavabdehlə ailə münasibətləri pozulmuş və cavabdeh onu azyaşlı uşağı ilə birlikdə atasının evinə qoymuşdur. Həmin tarixdən hazıradək ayrı yaşayırlar və oğlu Səid onun himayəsindədir. Cavabdeh ona qarşı məhkəmədə nikahın pozulması tələbinə dair iddia qaldırmış və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17.03.2020-cı il tarixli, 2(044)- 302/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, aralarında olan nikah pozulmuş və X2 onun himayəsində saxlanması qət edilmişdir. Lakin məhkəmə nikahın pozulması tələbinə baxıb azyaşlı Səidin onun himayəsində saxlanılarkən, həmin uşağın saxlanması üçün cavabdehdən aliment tutulması məsələsini həll etməmişdir. Odur ki məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 13.04.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, 07.08.2018-ci il təvəllüdlü X1 şəhərində anadan olmuş, ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd edilmişdir; Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2(044)-302/20 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş 07.08.2018-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddia tələbini qəbul etmədiyini və iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı uşağın saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək hər ay 100 manat pulun tutulub ona verilməsini və alimentlərin tutulmasının başlanğıc tarixinin 17.03.2020-ci il tarixdən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Uşağın saxlanması üçün vəsaitin ödənilmə qaydasına dair tərəflər arasında şifahi razılıq əldə edilmədiyindən, məhkəmə uşağın saxlanması üçün aliment tutulmasını zəruri hesab edir və belə hesab edir ki, hər ay 175 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin qazancına münasibətdə məhkəmə onu qeyd edir ki, qeyd edilən Qanunla əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 207 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh “Maxim”taksi sifarişi xidmətində işləməklə gündəlik 15-20 manat qazanca malikdir ki, bu qazancla da cavabdehin özünün də yaşayış minimumu ödənilmiş olur. Məhkəmə alimentin tutulmasının 17.03.2020-ci il tarixdən hesablanmasına dair hissəsinə hüquqi qiymət verərək onu qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı deyildir. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.İddiaçı isə məhkəməyə alimentlə bağlı müraciətini 05 aprel 2021-ci ildə etmişdir. Tərəflər arasında nikahın pozulmasına dair işə baxılarkən məhkəmə alimentlə bağlı məsələni həll etməməsinə dair iddia tələbinə münasibətdə məhkəmə onu qeyd edir ki, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Bunu qətnamədən apellyasiya şikayəti vermək üçün prosessual müddətin buraxılması ilə izah etsə də, o buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə araşdırılması zamanı iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görülməsi, aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmaması halları aşkar edilməmişdir. Məhkəmə iddia tələbinin uşağın 3 yaşına çatanadək cavabdehdən aliment alınmasına dair hissəsini də əsaslı hesab etmir. Belə ki, cavabdehin gündəlik 15-20 manat məbləğində qazancının olması müəyyən edilsə də, iddiaçı onun daha çox qazanca malik olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsasları Ailə Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 85.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 1) hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 2) sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 3) nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 4) ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Ailə Məcəlləsinin 85.2-ci maddəsinə müvafiq olaraq, alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil keçmiş ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan keçmiş ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Məcəllənin 85.1.2-85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, bu maddədə keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olubolmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə hesab edir ki, hər ay 175 manat məbləğində aliment ödəməli olan ərin əlavə olaraq uşağın 3 yaşına çatanadək də aliment ödəməsi onun özünün də maddi vəziyyətini pisləşdirməklə yanaşı bu hal qətnamənin də icrasına mane olacaqdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, 07.08.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05.04.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə alimentə dair hissədə dərhal icra edilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq Q ə t e t d i : İddia qismən təmin edilsin. 07.08.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05.04.2021-ci ildən tutulmağa başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq (tutularaq) İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəlsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-1533/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1533/2021
20.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver