Məhkəmə qərarları › İş №2(044)-158/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-158/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-158/2021 26.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçılar "xxxx" MMC-nin rəhbəri və İddiaçı3 nümayəndəsi X1, İddiaçı4 və İddiaçı2 nümayəndəsi X3, Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 və Ləğv prosesində olan Cavabdeh3 ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar "xxxx" MMC-nin rəhbəri X1, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdehlər Ləğv prosesində olan Cavabdeh3 ASC-nə, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ipoteka müqavilələrinin və onun qeydiyyatının ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar "xxxx" MMC-nin rəhbəri X4, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdehlər Ləğv prosesində olan Cavabdeh3 ASC-nə, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı Ərazi idarəsinə qarşı “ipoteka müqavilələrinin və onun qeydiyyatının ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC ilə bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 3 saylı Ərazi İdarəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin rəhbəri və İddiaçı3 nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 ASCnin xeyrinə cəmi ******* (bir milyon altı yüz səkkiz min doqquz yüz yetmiş doqquz) manat məbləğində pulun tutulması və tutmanın ipoteka predmetləri olan fərdi yaşayış evinə, mənzilə və qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alandan sonra Gəncə şəhər İcra İdarəsinin sifarişi əsasında ona məxsus qeyri-yaşayış sahələrinə, eləcə də digər cavabdehə məxsus fərdi yaşayış evi Azərbaycan Respublikası Xammal və X12 Mərkəzi "xxxx" tərəfindən hərraca çıxarılmış, Hərrac Mərkəzi tərəfindən 06.05.2019-cu il tarixdə birinci, 27.05.2019-cu il tarixdə ikinci hərrac keçirilmiş, lakin alıcı olmadığına görə fərdi yaşayış evi və qeyri-yaşayış sahələri satılmamış, hərrac təşkilatının 29.11.2019-cu il tarixli məlumatına əsasən fərdi yaşayış evləri, mənzil və qeyri-yaşayış sahələri hərracda satılmadığı üçün Cavabdeh3 ASCnə təklif olunmuş və bank tərəfindən fərdi yaşayış evi və qeyri-yaşayış sahələri balansa götürülməmiş, protokol və alqı-satqı müqaviləsi bağlanmamış, əmlakların bankın mülkiyyətinə keçməsi ilə bağlı çıxarış əldə olunmamışdır. İddiaçı "xxxx" MMC-nin rəhbəri X4 məhkəməyə iddia həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh3 ASC arasında ünvan 1 ünvanda istifadədə olan 0.9029 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına dair bağlanmış 14.06.2006-cı il tarixli, İddiaçı3 ilə Cavabdeh3 ASC arasında Gəncə şəhəri, Gülüstan qəsəbəsində istifadədə olan 0.0825 ha torpaq sahəsində 16 saylı, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 56.9 kv.m ümumi, 36.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 saylı mənzilə dair bağlanmış 08.05.2008-ci il tarixli, İddiaçı4 ilə Cavabdeh3 ASC arasında Gəncə şəhəri, Nizami rayonu, General Əsədov küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı, 107.1 kv.m yaşayış, 147.9 kv.m köməkçi sahədən ibarət 5 saylı fərdi yaşayış evinə dair bağlanmış 08.05.2008ci il tarixli, İddiaçı2 ilə Cavabdeh3 ASC arasında bağlanmış Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsində mülkiyyətində olan 0.0524 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 06 otaqlı, 175.4 kv.m yaşayış, 225.9 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə dair 24.05.2008-ci il tarixli ipoteka müqavilələrinə və 11.08.2011-ci il tarixdə bağlanmış sonrakı ipoteka müqavilələrinə xitam verilməsi, ünvan 2 ünvanda 0.9029 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, Gəncə şəhəri, Nizami rayonu, G.Əsədov küçəsi, 0.04 ha torpaq sahəsində yerləşən 5 saylı fərdi yaşayış evi, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 16 saylı evin 12 saylı mənzili, Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsi 0.0524 ha torpaq sahəsində yerləşən 66 saylı fərdi yaşayış evi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində aparılmış dövlət qeydiyyatının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı4 məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin rəhbəri və İddiaçı3 nümayəndəsi X1 izahatı ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 nümayəndəsi X7 məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin rəhbəri və İddiaçı3 nümayəndəsi X1 izahatı ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC-nin nümayəndəsi X10 məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2016-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər Cavabdeh3 ASC-nə, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair iddia tələbi qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 16.07.2018-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə iddia tələbi qismən təmin edilərək yeni qətnamə çıxarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 16.07.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş, icra mərhələsində ipoteka predmeti hərraca çıxarılmış, lakin alıcı olmadığına görə fərdi yaşayış evləri və qeyri-yaşayış sahəsi satılmamışdir. İddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Cavabdeh1 nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçılar "xxxx" MMC-nin rəhbəri və İddiaçı3 nümayəndəsi X1, İddiaçı4 və İddiaçı2 nümayəndəsi X3, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin və Ləğv prosesində olan Cavabdeh3 ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2016-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər "xxxx" MMC-nə, İddiaçı2, İddiaçı4 və İddiaçı3 qarşı “kredit borcunun tutulması, tələbinm ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 16.07.2018-ci il tarixli 2(104)-92/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilərək, "xxxx" MMC-dən 14.11.2007-ci il tarixli, GF 002 №-li kredit müqaviləsi üzrə 62640.99 manat əsas borc, 25213 manat faiz borcu, ümumilikdə 87853.99 manat, 11.08.2011-ci il tarixli, KFAZ 001 №-li kredit müqaviləsi üzrə 500000 manat əsas borc, 157047 manat faiz borcu, ümumilikdə 657047 manat, 12.12.2011-ci il tarixli, KFAZ 002 №li kredit müqaviləsi üzrə kredit müqaviləsi üzrə 300 000 manat məbləğində əsas borc, 94 188 manat faiz borcu, ümumilikdə 394 188 manat, 06.04.2012-ci il tarixli KFAZ 003 №-li kredit müqaviləsi üzrə 150000 manat əsas borc, 45 138 manat faiz borcu, ümumilikdə 195 138 manat, 08.06.2012-ci il tarixli KFAZ 004 №-li kredit müqaviləsi üzrə 150000 manat əsas borc, 43537 manat məbləğində faiz borcu, ümumilikdə 193537 manat, 25.06.2012-ci il tarixli KBAZ 034 №-li kredit müqaviləsi üzrə 30000 manat əsas borc, 41993 manat faiz borcu, ümumilikdə 71993 manat, cəmi 1599756.99 manat kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərindaşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 124 manat, işin məhkəməyə hazırlanması üçün çəkilmiş notarial xərc kimi 131 manat tutularaq iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi, tutma 14.11.2007-ci il tarixli ipoteka müqaviləsi əsasında yüklü edilmiş, tam mülkiyyət hüququ əsasında "xxxx" MMC-yə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, 2-ci Sənaye qovşağı küçəsi 1 ünvanda istifadədə olan 0,9029 ha torpaq sahəsində yerləşən, 15 girişli, 21 otaqlı 1311,7 kv.metr ümumi, 1040,5 kv.m əsas, 280,2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına, 11.08.2011-ci il tarixli, KFAZ 001 №-li, 12.12.2011-ci il tarixli, KFAZ 002 №-li, 06.04.2012-ci il tarixli KFAZ 003 №-li və 08.06.2012-ci il tarixli KFAZ 004 №-li kredit müqavilələri üzrə, tam mülkiyyət hüququ əsasında İddiaçı4 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, General Əsədov küçəsində mülkiyyətdə olan 0,04 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evinə, tam mülkiyyət hüququ əsasında İddiaçı3 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi bina 16, 12 saylı mənzilinə, tam mülkiyyət hüququ əsasında "xxxx" MMC-yə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, 2-ci Sənaye qovşağı küçəsi 1 ünvanda istifadədə olan 0,9029 ha torpaq sahəsində yerləşən, 15 girişli, 21 otaqlı 1311,7 kv.metr ümumi, 1040,5 kv.m əsas, 280,2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına, tam mülkiyyət hüququ əsasında İddiaçı2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsində mülkiyyətində olan 0,0524 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 66 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetlərinin ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunmuş borcun ödənilməsinə yönəldilməsi və satışdan əldə olunan vəsaitdən ipotekasaxlayanın tələbləri ödənildikdən sonra qalan məbləğin ipotekaqoyanlara qaytarılması, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra bir ay müddətində boşaldılması, ipoteka predmetləri olan Gəncə şəhəri, Nizami rayonu, 2-ci Sənaye qovşağı küçəsi 1 ünvanda istifadədə olan 0,9029 ha torpaq sahəsində yerləşən, 15 girişli, 21 otaqlı 1311,7 kv.metr ümumi, 1040,5 kv.m əsas, 280,2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 500000 manat, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsindəki 16 saylı evin 12 saylı mənzilinin ilkin satış qiymətinin 45000 manat, mülkiyyətində olan 0,0524 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 66 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 350000 manat, Gəncə şəhəri, Nizami rayonu, General Əsədov küçəsində mülkiyyətdə olan 0,04 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 110000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 14.06.2006-cı il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 ASCnin Gəncə filialı ilə "xxxx" MMC-nin müdiri X4 arasında bağlanmış kredit müqaviləsinin təmini kimi bank ilə X4 arasında ipoteka müqaviləsi bağlanmış və ünvan 3 ünvanda istifadədə olan 0.9029 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmiş və 99000 (doxsan doqquz min) manat məbləğində qiymətləndirilmişdir. 08.05.2008-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 ASCnin Gəncə filialı ilə "xxxx" MMC-nin müdiri X4 arasında bağlanmış kredit müqaviləsinin təmini kimi bank ilə İddiaçı3 arasında ipoteka müqaviləsi bağlanmış, İddiaçı3 məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsində istifadədə olan 0.0825 ha torpaq sahəsində 16 saylı, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 56.9 kv.m ümumi, 36.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 saylı mənzil ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti 40000 (qırx min) manat məbləğində qiymətləndirilmişdir. 08.05.2008-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 ASCnin Gəncə filialı ilə "xxxx" MMC-nin müdiri X4 arasında bağlanmış kredit müqaviləsinin təmini kimi bank ilə İddiaçı4 arasında ipoteka müqaviləsi bağlanmış və İddiaçı4 məxsus Gəncə şəhəri, Nizami rayonu, General Əsədov küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı, 107.1 kv.m yaşayış, 147.9 kv.m köməkçi sahədən ibarət 5 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti 120000 (yüz iyirmi min) manat məbləğində qiymətləndirilmişdir. 24.05.2008-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 ASCnin Gəncə filialı ilə "xxxx" MMC-nin müdiri X4 arasında bağlanmış kredit müqaviləsinin təmini kimi bank ilə İddiaçı2 arasında ipoteka müqaviləsi bağlanmış və İddiaçı2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsində mülkiyyətində olan 0.0524 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 06 otaqlı, 175.4 kv.m yaşayış, 225.9 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti 290000 (iki yüz doxsan min) manat məbləğində qiymətləndirilmişdir. 11.08.2011-ci il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmanın surətindən görünür ki, 08.05.2008-ci il tarixli “İpoteka müqaviləsi”nin 3.2. bəndi ilə ipoeka predmeti 34200 manat məbləğində qiymətləndirilməsi barədə Cavabdeh3 ASC-nin Gəncə filialı, "xxxx" MMC-nin müdiri X4 və İddiaçı3 arasında razılaşma imzalanmışdır. 11.08.2011-ci il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmanın surətindən görünür ki, 08.05.2008-ci il tarixli “İpoteka müqaviləsi”nin 3.2. bəndi ilə ipoeka predmeti 373145 manat məbləğində qiymətləndirilməsi barədə Cavabdeh3 ASC-nin Gəncə filialı, "xxxx" MMC-nin müdiri X4 və İddiaçı2 arasında razılaşma imzalanmışdır. 11.08.2011-ci il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmanın surətindən görünür ki, 08.05.2008-ci il tarixli “İpoteka müqaviləsi”nin 3.2. bəndi ilə ipoeka predmeti 81050 manat məbləğində qiymətləndirilməsi barədə Cavabdeh3 ASC-nin Gəncə filialı, "xxxx" MMC-nin müdiri X4 və İddiaçı4 arasında razılaşma imzalanmışdır. 11.08.2011-ci il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmanın surətindən görünür ki, 08.05.2008-ci il tarixli “İpoteka müqaviləsi”nin 3.2. bəndi ilə ipoeka predmeti 467209 manat məbləğində qiymətləndirilməsi barədə Cavabdeh3 ASC-nin Gəncə filialı, "xxxx" MMC-nin müdiri X4 arasında razılaşma imzalanmışdır. 08.06.2006-cı il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0.9029 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası "xxxx" MMC-nin mülkiyyətindədir. 21.08.2006-cı il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, G.Əsədov küçəsi, 0.04 ha torpaq sahəsində yerləşən 5 saylı fərdi yaşayış evi İddiaçı4 adına qeyd edilmişdir. 21.08.2006-cı il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 16 saylı evin 12 saylı mənzili İddiaçı3 adına qeyd edilmişdir. 16.05.2008-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsi 0.0524 ha torpaq sahəsində yerləşən 66 saylı fərdi yaşayış evi İddiaçı2 adına qeyd edilmişdir. 05.04.2019-cu il tarixdə Azərbaycan Respublikası Respublika Xammal və Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Cavabdeh1nə, Cavabdeh3 ASC-nə, "xxxx" MMC-nə, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 02 saylı bildirişin surətindən görünür ki, ünvan 2 ünvanda 0.9029 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, Gəncə şəhəri, Nizami rayonu, G.Əsədov küçəsi, 0.04 ha torpaq sahəsində yerləşən 5 saylı fərdi yaşayış evi, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 16 saylı evin 12 saylı mənzili, Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsi 0.0524 ha torpaq sahəsində yerləşən 66 saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsi 06.05.2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. 10.05.2019-cu il tarixdə Azərbaycan Respublikası Respublika Xammal və Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Cavabdeh1nə, Cavabdeh3 ASC-nə, "xxxx" MMC-nə, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 02 saylı bildirişin surətindən görünür ki, ünvan 2 ünvanda 0.9029 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, Gəncə şəhəri, Nizami rayonu, G.Əsədov küçəsi, 0.04 ha torpaq sahəsində yerləşən 5 saylı fərdi yaşayış evi, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 16 saylı evin 12 saylı mənzili, Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsi 0.0524 ha torpaq sahəsində yerləşən 66 saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsi 27 may 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi bildirilmişdir. 29.11.2019-cu il tarixdə Azərbaycan Respublikası Respublika Xammal və Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, alıcı və ya ipoteka predmetini əldə edən yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödənilməsi bildirilmişdir. 14.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Respublika Xammal və Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Cavabdeh1nə ünvanlanmış 01/88 saylı məktubdan görünür ki, ipopteka saxlayan Cavabdeh3 ASC-ilə hərrac təşkilatı arasında əmlakların əldə edilməsi üçün hərracın yekunları barədə protokol imzalanmış və bu səbəbdən “İpoteka Haqqında“ Azərbaycan Respublikası Qanununa istinad edərək icra müddəti bitdiyinən sənədlər icra olunmadan icra idarəsinə geri qaytarılmışdır. 31.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Respublika Xammal və Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Cavabdeh1nə ünvanlanmış 01/250 saylı məktubdan görünür ki, təkrar hərracın baş tutmaması barədə “İpoteka Haqqında“ Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipopteka saxlayan Cavabdeh3 ASCyə qeyd olunan əmlakın 25 faizdən az olmayan qiymətlə əldə etməsi barədə 01/4400 saylı, 29.11.2019-cu il tarixli təklif məktubu göndərilmiş, ipoteka saxlayan Cavabdeh3 ASC tərəfindən "xxxx" MMC hərrac təşkilatının əmlakların əldə edilməsinə razılıq bildirilmiş, ipopteka saxlayan Cavabdeh3 ASC ilə hərrac təşkilatı arasında əmlakların əldə edilməsi üçün hərracın yekunları barədə protokol imzalanmış, bu səbəbdən mövcud qanunvericiliyə istinad edərək icra müddəti bitdiyindən sənədlər icra olunmadan geri qaytarılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2016-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər "xxxx" MMCnə, İddiaçı2, İddiaçı4 və İddiaçı3 qarşı “kredit borcunun tutulması, tələbinm ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 16.07.2018-ci il tarixli 2(104)-92/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, Gəncə Apellyasiya Məhkəməsinin 16.07.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra sənədi üzrə iddiaçılara məxsus əmlaklar hərraca çıxarılmış, hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi 06.05.2019-cu il və 27.05.2019-cu il tarixlərə təyin olunmuş və hərracın keçirilməsi barədə tərəflərə məlumat verilmiş, lakin ipoteka predmeti satılmamış, qeyd olunan əmlaklar 29.11.2019-cu il tarixdə tələbkar "xxxx" ASC-nə təklif olunmuş və bank tərəfindən ipoteka predmeti əldə edilmədiyinə və icra müddəti başa çatdığına görə sənədlər geri icra qurumuna qaytarılmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə, hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. «İpoteka haqqında»Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan qanunun ipotekaya xitam verilməsi hallarından bəhs edən 48.1.5-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Məhkəmə hesab edir ki, adı çəkilən Qanunun 43.8-ci maddəsində göstərilən yuxarıda qeyd olunmuş hal məhz elə 48.1.5-ci maddəsinin nəzərdə tutduğu ipotekaya xitam verilməsi hallarından biridir. Odur ki, məhkəmə hesab edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə istinad etməklə (ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir) ipoteka ilə yüklü edilmiş iddiaçılıar "xxxx" MMC-nə, İddiaçı3, İddiaçı4, İddiaçı2 məxsus əmlakların ipotekasına xitam verilməli, həmin əmlaklara dair dövlət qeydiyyatı ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin rəhbəri X4 ilə Cavabdeh3 ASC arasında ünvan 1 ünvanda istifadədə olan 0.9029 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binasına dair bağlanmış 14.06.2006-cı il tarixli, İddiaçı3 ilə Cavabdeh3 ASC arasında Gəncə şəhəri, Gülüstan qəsəbəsində istifadədə olan 0.0825 ha torpaq sahəsində 16 saylı, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 56.9 kv.m ümumi, 36.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 saylı mənzilə dair bağlanmış 08.05.2008ci il tarixli, İddiaçı4 ilə Cavabdeh3 ASC arasında Gəncə şəhəri, Nizami rayonu, General Əsədov küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı, 107.1 kv.m yaşayış, 147.9 kv.m köməkçi sahədən ibarət 5 saylı fərdi yaşayış evinə dair bağlanmış 08.05.2008-ci il tarixli, İddiaçı2 ilə Cavabdeh3 ASC arasında bağlanmış Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsində mülkiyyətində olan 0.0524 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 06 otaqlı, 175.4 kv.m yaşayış, 225.9 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə dair 24.05.2008-ci il tarixli ipoteka müqavilələrinə və tərəflər arasında 11.08.2011-ci il tarixdə bağlanmış sonrakı ipoteka müqavilələrinə xitam verilməli, ünvan 2 ünvanda 0.9029 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, Gəncə şəhəri, Nizami rayonu, G.Əsədov küçəsi, 0.04 ha torpaq sahəsində yerləşən 5 saylı fərdi yaşayış evi, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 16 saylı evin 12 saylı mənzili, Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsi 0.0524 ha torpaq sahəsində yerləşən 66 saylı fərdi yaşayış evi ilə bağlı ipotekanın dövlət qeydiyyatı ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-nin rəhbəri X4 ilə Cavabdeh3 ASC arasında ünvan 1 ünvanda istifadədə olan 0.9029 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına dair bağlanmış 14.06.2006-cı il tarixli, İddiaçı3 ilə Cavabdeh3 ASC arasında Gəncə şəhəri, Gülüstan qəsəbəsində istifadədə olan 0.0825 ha torpaq sahəsində 16 saylı, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 56.9 kv.m ümumi, 36.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 saylı mənzilə dair bağlanmış 08.05.2008-ci il tarixli, İddiaçı4 ilə Cavabdeh3 ASC arasında Gəncə şəhəri, Nizami rayonu, General Əsədov küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı, 107.1 kv.m yaşayış, 147.9 kv.m köməkçi sahədən ibarət 5 saylı fərdi yaşayış evinə dair bağlanmış 08.05.2008ci il tarixli, İddiaçı2 ilə Cavabdeh3 ASC arasında bağlanmış Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsində mülkiyyətində olan 0.0524 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 06 otaqlı, 175.4 kv.m yaşayış, 225.9 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə dair 24.05.2008-ci il tarixli ipoteka müqavilələrinə və 11.08.2011-ci il tarixdə bağlanmış sonrakı ipoteka müqavilələrinə xitam verilsin. ünvan 2 ünvanda 0.9029 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, Gəncə şəhəri, Nizami rayonu, G.Əsədov küçəsi, 0.04 ha torpaq sahəsində yerləşən 5 saylı fərdi yaşayış evi, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 16 saylı evin 12 saylı mənzili, Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsi 0.0524 ha torpaq sahəsində yerləşən 66 saylı fərdi yaşayış evi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində aparılmış dövlət qeydiyyatı ləğv olunsun. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar