Məhkəmə qərarları › İş №2(044)-1649/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1649/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1649/2021 30.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Dəmir Bank ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna, ƏMDKY-da Daşınmaz Əmlakın Dövlət Reyestrinin 3 saylı Ərazi İdarəsinə və 3cü şəxs qismində Gəncə şəhəri 4 saylı Notariat Kontoruna qarşı ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və sahə üzrə əmlakın natural qaydada bölünməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ASC-nin ilə aralarında bağlanmış 16 avqust 2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər məhkəməyə gəlmədiklərindən hazırkı iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Dəmir Bank ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna, ƏMDKY-da Daşınmaz Əmlakın Dövlət Reyestrinin 3 saylı Ərazi İdarəsinə və 3cü şəxs qismində Gəncə şəhəri 4 saylı Notariat Kontoruna qarşı ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və sahə üzrə əmlakın natural qaydada bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar