Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1692/2021 18.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bağırzadə (Musayeva) Dilbər Dəmir qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bağırzadə (Musayeva) Dilbər Dəmir qızına qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bağırzadə (Musayeva) Dilbər Dəmir qızına tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Bağırzadə (Musayeva) Dilbər Dəmir qızından 27.09.2005-ci il tarixdə anadan olmuş Fəridin, 29.06.2007-ci il tarixdə anadan olmuş Aylinin saxlanmaları üçün yetkinlik yaşına çatana qədər hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, cavabdehlərin oğlu X7 ilə 2004-cü il tarixdə ailə qurmuş və onların birgə nikahlarından 27.09.2005-ci il tarixdə anadan olmuş Fərid və 29.06.2007-ci il tarixdə anadan olmuş Aylin adlı iki uşağı var. Cavabdehlə ailə münasibətləri pozulduğundan rəsmi olaraq ayrılmışlar, X3 iki uşağa görə 80 manat alimentin onun xeyrinə tutulması qət edilmiş, bundan sonra o, alimentin artırılmasına dair iddia qaldırmış və hər uşağa 70 manat, cəmi 140 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. X2 birinci qrup əlil olduğundan, ondan hər ay 50 manat məbləğində alimentin alınaraq ona verilmiş, sonradan onun pensiyası artdığından hər ay 100 manat aliment alınaraq ona verilmişdir. O, hazırda ayda 105 manat aliment alır. Hazırkı iş üzrə cavabdehlər onun qaynanası və qaynatasıdırlar, onlar yaxşı pensiya alırlar. O, orta məktəbdə operator işləyir, 200 manat əmək haqqı alır, bu məbləğlə və aldığı alimentlə uşaqların saxlanmasında çətinlik çəkir, uşaqların tələbatlarını ödəyə bilmir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bağırzadə (Musayeva) Dilbər Dəmir qızı məhkəmə iclasında bildirdi ki, İddiaçı onun oğlu Bağır-zadə Pərviz Ramiz oğlunun keçmiş həyat yoldaşıdır və onların birgə yaşamaları mümkün olmadığından məhkəmə qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, birgə nikahlarından olan uşaqlar iddiaçının himayəsində qalmış, uşaqların saxlanması üçün Bağır-zadə Pərviz Ramiz oğlundan hər ay cəmi 140 manat aliment alır. Onun oğlu sağdı, uşaqlarına aliment verməli olan şəxsdir, o, və onun həyat yoldaşı isə təqaüdçüdürlər. Məhkəmədən iddia tələbinin təmin olunmaması məhkəmənin mülhizəsinə buraxdığını bildirdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və cavabdeh Bağırzadə (Musayeva) Dilbər Dəmir qızının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli 2(044)- 3750/2016 saylı qətanməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli 2(044)-2036/2015 saylı qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləği artırılaraq, cavabdeh X3 27 sentyabr 2005-ci il tarixdə anadan olmuş X4 və 29 iyun 2007ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 70 (yetmiş) manat, cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Nəsibova (Bağırzadə) Səbinə Şahsuvar qızına verilməsi qət edilmişdir. 09.11.2005-ci il tarixdə Gəncə şəhər Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Bağır-zadə Pərviz Ramiz oğlu ilə X1 birgə nikahlarından 27 sentyabr 2005-ci il tarixdə Bağır-zadə Fərid Pərviz oğlu anadan olmuşdur. 18.07.2007-ci il tarixdə Gəncə şəhər Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Bağır-zadə Pərviz Ramiz oğlu ilə X1 birgə nikahlarından 29 iyun 2007-ci il tarixdə X8 anadan olmuşdur. Məhkəmə cavabdehlər Cavabdeh1 və Bağırzadə (Musayeva) Dilbər Dəmir qızından 27.09.2005-ci il tarixdə anadan olmuş Fəridin, 29.06.2007-ci il tarixdə anadan olmuş Aylinin saxlanmaları üçün yetkinlik yaşına çatana qədər hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat miqdarında alimentin tutularaq, iddiaçıya verilməsini məqsədə uyğun hesab etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə iclasında iddiaçı X5 cavabdehlərin zəruri vəsaitə malik olmaları barədə məhkəməyə sübut təqdim etməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Bağır-zadə Səbinə Şahsuvar qızının cavabdehlər Cavabdeh1 və Bağırzadə (Musayeva) Dilbər Dəmir qızına qarşı «aliment» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Bağırzadə (Musayeva) Dilbər Dəmir qızına qarşı «aliment» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1692/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1692/2021
18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver