Məhkəmə qərarları › İş №2(044)-185/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-185/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-185/2022 07.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Maraqlı şəxs ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2nə və Maraqlı şəxs ASC-nə qarşı «hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2nə və Maraqlı şəxs ASC-nə qarşı «hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,hərrac təşkilatının X20 edilməsi üçün Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 30 aprel 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin noyabr ayında Maraqlı şəxs ASC ona, X3, X12, X6 və X13 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə maraciət edərək, borclu onun müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 107038.26 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin, 60 manat dövlət rüsumunun ondan tutulması, tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsinə və s dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ondan xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 74175.06 manat əsas borc, 17803.20 manat faiz borcu, 500 manat dəbbə pulu, cəmi 92478.26 manat borc, o cümlədən iddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ədazi İdarəsində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 60 manat pulun alınaraq iddiaçı Maraqlı şəxs ASC-nə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə tələb tam mülkiyyət hüququ ilə ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, 2-ci döngə, 47A saylı fərdi yaşayış evinə yönəldilmiş, evin ilkin satış qiyməti 135000 dəyərində müəyyən edilərək açıq hərracdan satılması və evin satışından əldə olunmuş pul vəsaiti hesabına onun xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cəmi 92478.26 manat borcun və ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun iddiaçı Maraqlı şəxs ASC-nə ödənilməsinin təmin edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və hərrac vasitəsi ilə satıldıqdan sonra bir ay müddətində mənzildə yaşayan X1, X7, X4, X8 və X9 həmin evdən çıxarılaraq evin boşaldılması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(104)-1625/2020 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044) - 190/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin sonradan icra edilməsindən onun məlumatı olmamışdır. Cavabdeh2 icra məmuru ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərraca göndərilməsi və sonradan hərracı təşkil edən cavabdeh "xxxx" MMC tərəfindən ona heç bir bildiriş göndərilməmişdir. Hətta məhkəmə çəkişmələri zamanı Maraqlı şəxs ASC-nin nümayəndəsi də nə ona, nə də məhkəməyə artıq qətnamə üzrə tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin artıq açıq hərracda satıldığını bildirməmişlər. Sonradan ona məlum olmuşdur ki, hərrac təşkilatının X20 edilməsi üçün hərracın yekunları barədə 21/3 saylı 3.04.2018-ci il tarixli protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilə əsasında Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsi, 2-ci döngədə yerləşən 47A saylı fərdi yaşayış evi 86062.50 manata Maraqlı şəxs ASC-əldə etmişdir. Göründüyü kimi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-190/2017 saylı qətnaməsindən apelyasiya şikayəti verildiyindən və apelyasiya şikayəti üzrə icraat başlandıqda sözü gedən qətnamə qanuni qüvvədən düşmüşdür. Həmin qətnamə üzrə yeni icra vərəqəsi verilmişdir. Hərrac sadalanan qanun pozuntusu ilə keçirildiyindən hərracın nəticələri etibarsız hesab edilib ləğv edilməlidir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, hərrac təşkilatının X20 edilməsi üçün hərracın yekunları barədə 21/3 saylı xx.xx.2018-ci il tarixli protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilkənin etibarsız hesab edilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, 2-ci döngə, 47A saylı fərdi yaşayış evinin yeni ilkin satış qiymətinin 636636.0 manat dəyərində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 3-cü şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi X16 məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs ASC-nin iddia tələbi qismən təmin edilmiş və İddiaçı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 74175.06 manat əsas borc, 17803.20 manat faiz borcu, 500 manat dəbbə pulu, cəmi 92478.26 manat borc, o cümlədən iddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ədazi İdarəsində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 60 manat pulun alınaraq iddiaçı Maraqlı şəxs ASC-nə ödənilməsi, tələb tam mülkiyyət hüququ ilə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, 2-ci döngə, 47A saylı fərdi yaşayış evinə yönəldilmiş, evin ilkin satış qiyməti 135000 dəyərində müəyyən edilərək açıq hərracdan satılması və evin satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cəmi 92478.26 manat borcun və ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun iddiaçı Maraqlı şəxs ASC-nə ödənilməsinin təmin edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və hərrac vasitəsi ilə satıldıqdan sonra bir ay müddətində mənzildə yaşayan X1, X7, X4, X8 və X9 həmin evdən çıxarılaraq evin boşaldılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(104)-1625/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qanuni qüvvəsini almış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və icra mərhələsində hərrac vasitəsi ilə satışa çıxarılmış, hərrac baş tutmadığından ipoteka predmetini Maraqlı şəxs ASC-ti əldə etmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələri gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2 nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının və Maraqlı şəxs ASC-nin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli 21/03 saylı Hərrac Təşkilatının ipoteka saxlayana X20 Edilməsi üçün hərracın yekunları barədə 21/03 saylı protokoldan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, 2-ci döngə, 47A saylı fərdi yaşayış evini 86062.50 manat qiymətlə tələbkar Maraqlı şəxs ASC-nin nümayəndəsi X5 əldə etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-190/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2016cı il tarixli GNC-2082 ip-RES saylı kredit müqaviləsi üzrə əsas borc 74175.06 manat,faiz borcu üzrə 17803.20 manat, cərimə 500 manat, cəmi 92478.26 manat, bildirişin qeydə alınması üçün öpdənilmiş 30 manat, ödənilmiş 30 manat rüsum alınaraq iddiçı Maraqlı şəxs ASC-nə ödənilməsi, tələb tam mülkiyyət hüququ ilə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, 2-ci döngə, 47A saylı fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satı. Qiymətinin 135000 manat dəyərində müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdeh İddiaçı cəmi 92478.26 manat borc və ödənilmiş cəmi 60 manat məbvləğində dövlət rüsumunun iddiaçı Maraqlı şəxs ASC-nə ödənilməsi təmin olunması, ipoteka predmeti, tam mülkiyyət hüququ ilə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, 2-ci döngə, 47A saylı fərdi yaşayış evinə tutma yönəldikdən və hərrac vasitəsi ilə satıldıqdan sonra bir ay müddətində mənzildə yaşayan İddiaçı, X3, X17, X10, X14, X18 həmin evdən çıxarılaraq mənzilin boşaldılması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollagiyasının 19 iyun 2020-ci il tarixli 2(104)- 1625/2020 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-190/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1905/2021 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollagiyasının 19 iyun 2020-ci il tarixli 2(104)-1625/2020 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh2 tərəfindən "xxxx" Hərrac Mərkəzinə, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə, Maraqlı şəxs ASC-nə, İddiaçı, X3, X12, X15, X10, X14, X11 ünvanlanmış məktubdan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2018-ci il tarixli 329302/17 saylı sifariş məktubu icra olunması üçün "xxxx" Hərrac Mərkəzinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli 01/517 saylı açıq hərracın keçirilməsinə dair 01 saylı bildirişin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, 2-ci döngə, 47A saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. xx.xx.2018-ci il tarixli 01/688 saylı açıq hərracın keçirilməsinə dair 01/2 saylı bildirişin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, 2-ci döngə, 47A saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. xx.xx.2018-ci il tarixli 01/916 saylı açıq hərracın keçirilməsinə dair 02 saylı bildirişin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, 2-ci döngə, 47A saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. xx.xx.2018-ci il tarixli 01/1020 saylı açıq hərracın keçirilməsinə dair 02/2 saylı bildirişin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, 2-ci döngə, 47A saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. xx.xx.2018-ci il tarixli xx.xx.2018-ci il tarixli 01/1270 saylı məktubdan görünür ki, Maraqlı şəxs ASC-nə, İddiaçı, X3, X12, X15, X10, X14, X11 ünvanlanmış məktubdan görünür ki, tərəflərindən 329302/17 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, döngə 2, 47A saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü satılması ilə bağlı mövcud qaunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 20 aprel 2018-ci il tarixli nömrəsində dərc edilməsi, ipoteka qoyan və saxlayana hərracın baş tutmaması haqda kütləvi informasiya orqanları vasitəsi ilə məlumat verilməsi bildirilmiş, məhkəmə qərarının yekunlaşdırarkən ipoteka saxlayana ipoteka predmeti haqqında qəbul etdiyi son qərarla hərrac təşkilatının tanış edilməsi xahiş olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 25 saylı hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, döngə 2, 47A saylı fərdi yaşayış evinin hazırkı dövrdə olan dəyəri 640000 (altı yüz qırx min) manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli müstəqil Audit rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, döngə 2, 47A saylı fərdi yaşayış evinin qiymətləndirmə cədvəli üzrə cəmi dəyəri 636636.0 (altı yüz otuz altı min altı yüz otuz altı) manat təşkil edir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə görə, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). İddiaçı tərəfindən iddia tələbinin təsdiq edilməsinə kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddia ərizəsində göstərilənlər olmuşdur. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2nə və Maraqlı şəxs ASC-nə qarşı «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsinə» dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357 və 360-362-ci maddələrini rəhbər tutub QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2nə və Maraqlı şəxs ASC-nə qarşı «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsinə» dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar