Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1900/2020 24.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı–İddiaçı, Cavabdeh-Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün aliment məbləğinin hər uşaq üçün 50 manat, ümumilikdə 100 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-579/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçının xeyrinə xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində alimentin tutulması təyin edilmişdir. Qeyd edir ki, o, qətnamə ilə təyin edilmiş alimenti ödəyə bilmədiyini və heç bir yerdə işləmədiyini bildirmişdir. Odur ki, bu tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)- 579/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2016cı ildən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir; Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ 384000 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü ildə Gəncə şəhəeində anadan olmuşdur. Valideyinləri İddiaçı ilə Cavabdehdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, cavabdeh iddia tələbini qəbul edir və uşaqların saxlanılmas üçün iddiaçıyla aralarında razılıq əldə edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı eynilə iddia ərizəsində qeyd olunlara dair izahat verərək, əlavə olaraq bildirdi ki, hazırda heç bir yerdə işləmir, əmək haqqı aldığı heç-bir müəssisə yoxdur. Məhkəmə tərəfindən müəyyən olunmuş 100 manat məbləği ödəməyə imkanı çatmır. Ona görə də alimentin azaldılaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək aliment məbləğinin hər uşaq üçün 50 manat, ümumilikdə 100 manat olmasına etiraz etmir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələ. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin normalara istinadən məhkəmə irəli sürülən iddia tələbi ilə bağlı bütün faktları, o cümlədən alimentin məbləğinin azaldılmasına əsas verən halların, məsələn, tərəflərin aylıq qazancının və digər gəlirlərinin uşaqların normal saxlanılması üçün kifayət etməsini və iddia tələbini ödəyəcək məbləğdə olmamasını, məhkəmə tərəfindən alimentin miqdarı azaldılarkən tərəflərdən birinin, xüsusən də cavabdeh tərəfin ailə və maddi vəziyyətində dəyişiklik olmasını, həmçinin uşağın minimum yaşayış tələbatının təmin olunmasının zəruriliyini, eləcə də cavabdeh tərəfin özünü etirafını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surərdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-579/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində təyin edilmiş alimentin məbləği azaldılaraq, hər bir uşaq üçün 50 manat, ümumilikdə 100 manat məbləğində müəyyən edilsin. Azaldılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli, 2(044)-1900/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hünmətov.
Məhkəmə qərarları › İş №2(044)-1900/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1900/2020
24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver