Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1958/2021 06.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03.07.2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehdən 80 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh Cavabdeh ilə nikahları 21.04.2020-ci il tarixdə pozulmuş və bu barədə Gəncə şəhəri Nizami rayonu VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə də vermişdir. Cavabdehlə birgə nikahlarından 01.04.2012-ci il təvəllüdlü X3, 23.01.2015-ci il təvəllüdlü X6 və 03.07.2020-ci il təvəllüdlü X9 adlı üç övladları dünyaya gəlmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(044)-612/2020 saylı qətnaməsi ilə övladlarından X1 və X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 60 manat, cəmi 120 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Üçüncü övladları X9 nikahın pozulmasından sonra doğulduğu üçün bu övladının maddi ehtiyaclarını qarşılamaq üçün cavabdeh heç bir maddi köməklik göstərmir. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. İddiaçı İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı qızına övladı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat məbləğində aliment verməyə razıdır. İddianın təmin ediməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(044)-612/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Bayramova (Məmmədrzayeva) Səbinə Güloğlan qızı ilə Cavabdeh arasında 17.06.2011-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 355 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 01.04.2012-ci il tarixdə anadan olmuş X1 və 23.01.2015-ci il tarixdə anadan olmuş X4 nikahın pozulmasından sonra iddiaçı Bayramova (Məmmədrzayeva) Səbinə Güloğlan qızının himayəsində saxlanılması, Cavabdeh 01.04.2012-ci il tarixdə anadan olmuş X1 və 23.01.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 13.02.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 60 manat, cəmi 120 manat sabit pul məbləğində alimentin iddiaçı Bayramova (Məmmədrzayeva) Səbinə Güloğlan qızının xeyrinə tutulması qət edilmişdir. 21 aprel 2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahları 21 aprel 2020-ci il tarixdə 71 saylı akt qeydi ilə ləğv edilmişdir. 10 iyul 2020-ci il tarixdə Gəncə “ASAN” xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 03 iyul 2020-ci il tarixdə X9 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, 03 iyul 2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 500 manatdan artıq olduğuna görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03 iyul 2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulmasının əvvəli 31.05.2021-ci il tarixdən başlanılsın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-1958/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1958/2021
06.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver