Məhkəmə qərarları › İş №2(044)-2067/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2067/2021

14.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2067/2021 14.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu İddiaçı cavabdehlər Gəncə şəhəri İcra İdarəsinə və Cavabdeh1 qarşı “yığılmış aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdehlər Əkbərov Gəncə şəhəri İcra İdarəsinə və Cavabdeh1 qarşı “yığılmış aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal rayon Məhkəməsinin 16 avqust 2012-ci il tarixli 2(004)-4479/2012 saylı qətnaməsi ilə 16 avqust 2020-ci il tarixə kimi yığılmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbinə aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsində baxıla bilməz. Belə ki, bu növ iddialarla bağlı ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmənin xüsusiyyətləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsinin məzmunundan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının tələbinin yönəldiyi Cavabdeh1 ünvanı ünvan 1yi Cavabdeh2 isə iddia tələbinə cavab verməli olan şəxs deyildir.Belə ki, iddiaçı iddia ərizəsində həmin cavabdehə qarşı tələbinin nədən ibarət olmasını göstərməmişdir.Halbu ki, MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iş üzrə cavabdehin ünvanının olduğu yer Gəncə şəhəri Nizami rayonunun inzibati ərazisində yerləşməyərək, Bakı şəhəri Səbail Rayonunun inzibati ərazisində yerləşdiyindən hazırki tələbə aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsində baxıla bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 36, 44.2.2, 45.1, 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Əkbərov Gəncə şəhəri İcra İdarəsinə və Cavabdeh1 qarşı “yığılmış aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya hazırki tələblə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar