Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-208/2022 06.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Cavabdehlər Bank "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Bank "xxxx" ASC-nə, Cavabdeh1nə və Cavabdeh3 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bank "xxxx" ASC-nə, Cavabdeh1nə və Cavabdeh3 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Bank "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildə Cavabdeh3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Onların şəxsi mənzilləri olmadığı üçün atası X5 özünə məxsus Gəncə şəhəri, Mahrasa bağı 22 saylı binanın 25 saylı mənzilini onlara rahat yaşamaları üçün pay vermişdir. Gəncə şəhəri İcra İdarəsi tərəfindən yaşadığı ünvana xx.xx.2021-ci il tarixli məktubla tələbin könüllü icrası haqqında bildiriş gəlmiş və bundan sonra o, evinin Bankda girovda olması barəsində məlumatlı olmuşdur. Bununla yanaşı ona həmin əmlakın banka girova qoyulması ilə razılıq ərizəsi verdiyi bildirilmişdir. Onun böyük oğlu Aslanın autizm xəstəliyindən əziyyət çəkdiyi üçün və müalicəsi Bakı şəhərində aparıldığıından demək olar ki, öz evində yaşamır. O, qeyd olunan yaşayış evini kredit müqaviləsi üzrə təminat kimi ipoteka ilə yüklü edilməsi üçün heç bir ipoteka müqaviləsinə imza atmamış, kredit müqaviləsi bağlanan ərəfədə hər hansı şəxsə, müvafiq etibarnamə verməmişdir. Ona görədə, ona məxsus olan fərdi yaşayış evi üzrə bağlanmış ipoteka müqaqviləsi bağlandığı andan etibarsızdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməyərək, bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixdə 358 saylı kredit müqaviləsinə əsasən Gəncə şəhəri, Mahrasa bağı 22 saylı binanın 25 saylı mənzilininin alınması üçün Cavabdeh3 40000 manat məbləğində kredit verilmiş, kreditin təmini kimi bank ilə Cavabdeh3 və X5 arasında 358 saylı alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı Gəncə şəhəri, Mahrasa bağı 22 saylı binanın 25 saylı mənzilininin alınması və ipotekaya qoyulması barədə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi vermişdir. Cavabdeh3 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə 38199.95 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən borcun könüllü ödənilməsi barədə cavabdehə bildirişlər göndərilmiş, xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Odur ki, Bank "xxxx" ASC-ti tərəfindən cavabdehlərə qarşı kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırılmış, məhkəmənin xx.xx.2019cu il tarixli 2(044)-695/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, bank ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 38199.95 manat pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsinin təmin olunması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 tərəfindən apelyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, bank ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 tutulacaq cəmi borcun məbləğinin 37938.16 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X4 Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra mərhələsindədir. İş üzrə keçirilmiş məhkəmə xəttşünaslıq ekspertizasıın rəyi ilə də razılıq ərizəsinin İddiaçı tərəfindən imzalanması öz təsdiqini tapmışdır. Məhkəmədən iddiaçının iştirakı olmadan məhkəmə iclasının kemirilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavadeh Cavabdeh3 məhkəmə iclasında bildirdi ki, iddiaçının iştirakı olmadan məhkəmə iclasının kemirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmyaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehlər Bank "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(044)- 695/2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC ilə cavabdehlər Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 358 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 xx.xx.2018-ci il tarixinə olan əsas borc üzrə 36964.23 manat, faiz borcu üzrə 1235.72 manat, cəmi 38199.95 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum olaraq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissələrində dəyişdirilmiş, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 21 may 2013-cü il tarixli 358 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh3 tutularaq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməli olan əsas borcun məbləği 36947.98 manat, faiz borcu isə 990.18 manat, cəmi borcun məbləği 37938.16 manat məbləğində müəyyən edilməsi iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutma öhdəliyin təmini kimi Cavabdeh3 məxsus ünvan 2 ünvanda yerləşən mənzilə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması, ilkin satış qiymətinin 51000 manat məbləğində qiymətləndirilmiş ünvan 2 ünvanda yerləşən mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh3 banka olan borcu – cəmi 38199.95 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum olaraq Bank "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-618/2020 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29044)-695/2019 saylı mülki iş üzrə 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə cavabdehlər Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 358 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh3 xx.xx.2018-ci il tarixinə olan əsas borc üzrə 36964.23 manat, faiz borcu üzrə 1235.72 manat, cəmi 38199.95 manat Bank "xxxx" ASCnin xeyrinə ödənilməsi hissələrində dəyişdirilmiş, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 21 may 2013-cü il tarixli 358 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh3 tutularaq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməli olan əsas borcun məbləği 36947.98 manat, faiz borcu isə 990.18 manat, cəmi borcun məbləği 37938.16 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2016/2021 saylı qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-618/2020 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-618/2020 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2012-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə Məmmədova (Əliyeva) Vüsalə İsmayıl qızının nikahları 19 fevral 2012-ci il tarixdə 57 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2013-cü il tarixdə İddiaçı tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədə, ünvan 2 ünvanda yerləşən mənzilin alınmasına və ipotekaya qoyulmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/327 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 80-ci vərəqəsində yerləşən İddiaçı adından olan 16 may 2013-cü il tarixli 7E/044086 reyestr nömrəli razılıq ərizəsində (Gəncə şəhəri, 1-ci Dövlət Notariat Kontoru) “İmza” qrafasında imza və “Məmmədova” yazısı – İddiaçı tərəfindən icra olunmuşdur. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 bankdan kredit götürmüş və kreditin təmini kimi Cavabdeh3 xx.xx.2013-cü il tarixdə "xxxx" ASC ilə satıcı X5 arasında 358 saylı alqı satqı və ipoteka müqaviləsi bağlanmış, Cavabdeh3 məxsus ünvan 2 ünvanda yerləşən mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, İddiaçı ünvan 2 ünvanda yerləşən mənziliin ipoteka ilə yüklü edilməsinə etiraz etməmiş, notarial qaydada razılıq ərizəsi vermişdir. İş materiallarından göründüyü kimi, İddiaçı iddia ərizəsində kredit müqaviləsinin təmini kimi ünvan 2 ünvanda yerləşən mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə ipoteka müqaviləsinə imza atmamasını bildirsə də, xx.xx.2013-cü il tarixdə İddiaçı tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədə ünvan 2 ünvanda yerləşən mənzilin alınmasına və ipotekaya qoyulmasına etiraz etməməsini bildirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/327 saylı rəyi ilə - İddiaçı adından olan 16 may 2013-cü il tarixli 7E/044086 reyestr nömrəli razılıq ərizəsində “İmza” qrafasında imza və “Məmmədova” yazısı – İddiaçı tərəfindən icra olunması öz təsdiqini tapmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). İddiaçı tərəfindən iddia tələbinin təsdiq edilməsinə kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddia ərizəsində göstərilənlər olmuşdur. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bank "xxxx" ASC-nə, Cavabdeh1nə və Cavabdeh3 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 138 manat İddiaçı tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357 və 360-362-ci maddələrini rəhbər tutub QƏT ETDİ: İddiaçı cavabdehlər Bank "xxxx" ASC-nə, Cavabdeh1nə və Cavabdeh3 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 138 manat İddiaçı tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. İş üzrə ödənilmiş 10 (on) manat iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-208/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-208/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver