Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2098/2021 02.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı Bəhrəm oğlunun iştirakı ilə, İddiaçı Bəhrəm oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «aliment tələbinə» dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bəhrəm oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 150 manat və Cavabdeh2b 150 manat miqdarında alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bəhrəm oğlu məhkəmə iclasında bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun övladlarıdır. Qızım Cavabdeh22014-cü ildə ailə qurmuş və həmin vaxtdan başqa ünvanda yaşayır. Onun həyat yoldaşı uzun müddət ağır ankoloji xəstə olmuş və cavabdehlər onun qulluğunda durmamışlar və onun həyat yoldaşı 2020-ci ilin sentyabr ayında vəfat etmişdir. Onun qızı Cavabdeh2 hərdən anasına baş çəkmiş, lakin həyat yoldaşı vəfat edəndən sonra qızı onunla maraqlanmamış, heç telefonla da əlaqə saxlamamışdır. Cavabdeh1 isə tüfeyli həyat sürür, oğlunun tüfeyli həyat sürməsi ilə bağlı dəfələrlə onunla söhbət etmiş, lakin heç bir nəticə çıxartmamışdır. Hətta o, oğlunun belə davranışına son qoyması üçün 2020-ci ilin mart ayında evləndirmiş, lakin oğlu arvadını həmin ilin avqust ayının 22-də evdən qovmuş, özü isə xəstə anasının ölümcül vəziyyətdə olmasına məhəl qoymadan, hər iki valideynlərini evdə tək qoyub evdən çıxıb getmiş, həmin vaxtdan oğlu ilə heç bir əlaqəsi yoxdur. O, İİ qrup kardioloji xəstədir, daim dərman qəbul edir, əmək qabiliyyəti yoxdur, onun xəstə kimi həm mənəvi, həmdə maddi qayğıya ehtiyacı vardır. O, övladlarının ona kömək etmələrini həsrətlə gözləmişdir. Onun övladları olmasına baxmayaraq o, həyatda tənha yaşayır. Məhkəmədən iddianın təmin olumasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan SER TSE-02 276747 saylı arayışdan görünür ki, 1959-cu il tarixdə anadan olmuş İddiaçı müddətsiz İİ qrup əlildir və ona əlilliyinə görə 26.09.2002-ci il tarixdə 219384 saylı vəsiqə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə, onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 91.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqları faktiki tərbiyə etmiş və saxlamış əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan şəxslər, öz yetkinlik yaşına çatmış övladlarından və ya ərlərindən (arvadlarından) təminat ala bilmədikdə, yetkinlik yaşına çatmış öz əmək qabiliyyətli yetirmələrindən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 91.1-ci maddəsinə əsasən 29 may 1959-cu il tarixdə anadan olmuş İddiaçı xeyrinə 11.06.2021-ci il tarixdən başlayaraq, Cavabdeh1 hər ay 50 manat və Cavabdeh2 hər ay 50 manat, cəmi 100 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29 may 1959-cu il tarixdə anadan olmuş İddiaçı xeyrinə 11.06.2021-ci il tarixdən başlayaraq, Cavabdeh1 hər ay 50 manat və Cavabdeh2 hər ay 50 manat, cəmi 100 manat məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2098/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2098/2021
02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver