Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2102/2020 20.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərc» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat aliment və uşağın üç yaşına çatanadək hər ay əlavə olaraq 100 manat pul tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X5 anadan olmuşdur. Onlar ailə qurduqdan sonra bir müddət normal ailə kimi yaşamışlar, lakin sonradan cavabdeh tamam dəyişmiş, ailəsinə qarşı laqeyd olmuş, uşağı ilə maraqlanmamış və bu səbəblərdən də faktiki olaraq ailə dağılmışdır. O, hazırda azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Onun atası əlildir və heç yerdə işləmir, təqaüd alır. Onun uşağı körpə olduğundan o, heç yerdə işləyə bilmir və uşağını saxlamağa məcburdur. Cavabdeh ilə aralarında uşağın saxlanmasına dair saziş yoxdur, cavabdeh fərdi əməklə məşğuldur, qaynaqçı işləyir, onun aylıq gəliri 600-800 manat olmaqla dəyişkəndir. İddiaçının nümayəndəsi, vəkil X6 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X5 anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmamış və faktiki olaraq ayrılmışlar, o, 1-ci ailəsindən olan uşağına hər ay 80 manat aliment ödəyir. O, İddiaçı ev alıb vermişdir, özü “Gepatit C” xəstəsidir. Onun aylıq əmək haqqı 350 manat təşkil edir və o, uşaqların saxlanması üçün 100 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaqismən təmin edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları xx xxxxxxx 2017-ci il tarixdə 59 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxxx 2018-ci il tarixdə X5 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 1318 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Xroniki “B” virus hepatiti, qara ciyər funksiyasının mülayim dərəcədə pozulması ilə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır və o, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən köməyin göstərilməsindən imtina etdikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə iddia tələbinin uşağın üç yaşına çatanadək hər ay əlavə olaraq cavabdehdən 100 manat pul tutularaq ona verilməsi hissəsinə qiymət verərək, hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən kömək göstərilməsinin tələb edilməsi və cavabdehin həmin köməyin göstərilməsindən imtina etməsini subut edən faktları iddiaçı məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbinin həmin hissədə təmin olunması istisnadır. Məhkəmə Cavabdeh xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmas üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2102/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2102/2020
20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver