Məhkəmə qərarları › İş №2(044)-2141/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(044)-2141/2021

21.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № 2(044)-2141/2021 21.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, Kreditor: Kreditor MMC-nin, Borclu: Borclu qarşı «kredit» tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsində və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 854 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 315 manat borcu qalıb. Odur ki, borcludan 315 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 335 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. İş materiallarında olan 13 iyul 2015-ci il tarixli, ******* saylı kredit müqaviləsinin şərtlərinə əsasən borclu bankdan götürdüyü 854 (səkkiz yüz əlli dörd) manat məbləği 12 ay müddətinə müqavilə ilə müəyyən edilən son ödəmə tarixinədək Kreditor MMC-yə ödəməlidir. Kreditor MMC-nin kredit müqaviləsində göstərilən ödəniş şərtləri kredit alan tərəfindən pozularsa, Kreditor MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Borclu müqavilənin bu şərtlərini pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx xxxxxx 1959-cu ildə Tovuz şəhərində anadan olmuş və Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli Yaşayış sahəsi, məhəllə-B, sahə 11 ünvanında qeydiyyatda olan Borclu 315 (üç yüz on beş) manat məbləğində əsas borc və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat, cəmi 335 manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar