Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2147/2020 02.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X6, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun birinci uşağı xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxılanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin əvvəlki arvadı X2 ödədiyini nəzərə alaraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-702/2020 saylı qərardadı ilə qərara alınmış xx.xx.2019-cu il tarixdə anadan olmuş azyaşlı uşağı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının 1/4 hissəsi miqdarında aliment tutulması hissəsinə dəyişiklik edərək, hər ay uşağı Fəridin yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan 130-150 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-702/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh ona qarşı olan nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə tərəflərin barışması üçün 3 ay müddət verilmiş və uşağın mənafeyi nəzərə alınaraq xx.xx.2020-ci il tarixdən başlayaraq ondan xx.xx.2019-cu il tarixdə anadan olmuş az yaşlı uşağı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Cavabdeh onun ikinci ailəsidir və o, heç bir səbəb olmadan, onun valideynlərinin yanında yaşamaq istəmədiyindən hamiləliyini bəhanə edib onu tərk edərək çıxıb getmiş və ailəsinə qayıtmamışdır. O, boşanmaq istəmədiyi üçün məhkəmə onlara barışıq üçün 3 ay vaxt vermişdir. Cavabdeh öz anasının öyrətməsi ilə onun ataanasını tərk edib başqa yerdə yaşamağı tələb etmiş, o, isə buna razı olmadığından cavabdeh onu təhqir etmiş, hədələmiş və boşanma üçün məhkəmədə iddia qaldırmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-178/2019 saylı mülki iş üzrə onun xx.xx.2018-ci il təvəllüdlü Mələyin atası olması müəyyən edilmiş, ondan xx.xx.2018-ci il tarixdən etibarən azyaşlı Mələyin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq əvvəlki arvadı X2 verilməsi və Mələyin 3 yaşına çatanadək 50 manat məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qət edilən xx.xx.2018-ci il təvəllüdlü Mələyin 3 yaşına çatanadək 50 manat məbləğində aliment tutularaq, iddiaçı X2 ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir. O, Gəncə Qarnizonu Hərbi Polis İdarəsində patrul nəfəri işləyir və hər ay qazancı 548.05 manat təşkil edir, başqa qazancı və gəlir yeri yoxdur. Məhkəmə birinci uşağına hər ay sabit pul məbləğində 150 manat ödəməyini nəzərə almamışdır. İddiaçının nümayəndəsi, vəkil X8 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, İddiaçı ilə xx.xx.2018-ci il tarixdə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X7 anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmamış və o, nikahın pozulması və aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.2019-cu il tarixdə anadan olmuş az yaşlı uşağı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancının 1/4 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qərara alınmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları xx xxxxxx 2018-ci il tarixdə 2645 saylı akt qeydi ilə bağlanmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-702/2020 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə iş mahiyyəti üzrə həll olunanandək müvəqqəti xarakterli qərardad çıxarılmış, xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı xx.xx.2019-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının 1/4 hissəsi miqdarında alimentin tutularaq, Cavabdeh ödənilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-524/2020 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 178/2019 saylı mülki iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdeh İddiaçı xx.xx.2018-ci il təvəllüdlü Mələyin atası olması hissəsində dəyişdirilmiş, 1989-cu il təvəllüdlü Məmmədova Aynurə Bakır qızından xx xxxxxxxx 2018-ci il tarixdə doğulmuş X5 adlı uşağın atasının 1988-ci il təvəllüdlü İddiaçı olması faktı kimi müəyyən edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 178/2019 saylı mülki iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdeh İddiaçı xx.xx.2018-ci il təvəllüdlü Mələyin 3 yaşına çatanadək 50 manat məbləğində alimentin tutularaq, iddiaçı X2 ödənilməsi hissəsində ləğv edilməsi və hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəsi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X7 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həmdə borcudur. İddiaçı bir uşağa görə ödədiyi aylıq qazancının 1/4 hissəsi miqdarında alimentin azaldılması məqsədəmüvafiq deyildir. Məhkəmə hesab edir ki, İddiaçı bir uşağa görə ödədiyi aylıq qazancının 1/4 hissəsi miqdarında alimentin miqdarının azaldılması azyaşlı xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 fiziki, əqli və mənəvi cəhətdən sağlam inkişaf etməsinə heç də kifayət qədər yetərli olmaz və uşaqların sağlam böyüməsinə çox ciddi təsir göstərər. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» dair iddia tələbi təmin edilməsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2147/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2147/2020
02.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver