Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2191/2020 27.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X6 və xx.xx.2014-cü il tarixdə X8 adlı iki uşaqları anadan olmuşdur. Onlar ailə qurduqları ilk vaxtlar normal ailə münasibətində yaşamışlar, cavabdeh daima ailəsinə qayğı göstərmiş və ailənin qayğısına qalmışdır. Lakin son zamanlar hansısa səbəbdən cavabdeh ailəsi və uşaqları ilə maraqlanmamış, evə gecə yarı gəlir, soruşanda isə davadalaş salır və bundan sonra isə günlərlə evə gəlmir. Uşaqlar cavabdehi axtarmasa, cavabdeh uşaqları ilə bir ata kimi maraqlanmır, uşaqların yeməyi, geyməyi cavabdehi maraqlandırmır. Cavabdeh “X12” Törəmə ASC-də işləyir və onun nə qədər aylıq əmək haqqı almasını bilmir, hətta evə çörək pulunu belə çətinliklə verir. O, uşaqlarının maddi tələbatlarını valideynlərinin maddi yardımı sayəsində təmin edir. Onun heç yerdən gəliri yoxdur və uşaqların maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, “X12” Törəmə ASC-də işləyir və hər ay hər uşaq üçün 140 manat aliment ödəyə bilər. Məhkəməiddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib,iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaqismən təmin edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixdə X11 tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Həsənova (Məmmədova) Aynurə Fərrux qızının nikahları xx xxxxxxxx 2009-cu il tarixdə 267 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı birgə nikahlarından xx xxxx 2014-cü il tarixdə X8 anadan olmuşdur. xx.xx.2012-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı birgə nikahlarından xx xxxxxx 2011-ci il tarixdə X6 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia tələbə qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2191/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2191/2020
27.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver