Məhkəmə qərarları › İş №2(044)-2228/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2228/2020

01.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2228/2020 01.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Babaxanova (Ələkbərova) Ruhiyyə Nuruş qızına qarşı «alimentin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Babaxanova (Ələkbərova) Ruhiyyə Nuruş qızına qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(052)-157/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin azaldılaraq, xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ondan cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq Babaxanova (Ələkbərova) Ruhiyyə Nuruş qızına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Naftalan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(052)-157/2018 saylı qətnaməsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 75 manat, cəmi 300 manat sabit pul məbləğində ondan alınaraq Babaxanova (Ələkbərova) Ruhiyyə Nuruş qızına verilməsi qət edilmişdir. Onun hər ay 300 manat aliment pulunu ödəməyə maddi imkanı çatmır. O, hazırda başqa qadınla ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X6 adlı bir uşaqları vardır. O, heç yerdə işləmir, hər ay 300 manat aliment ödədiyindən himayəsində olan ailəsini dolandırmaq maddi cəhətdən çətinlik yaradır. O, cavabdehə məhkəmə qaydası ilə ev vermiş və həmin vaxt cavabdehlə razılığa gəlmişlər ki, o, evi cavabdehə verəcək və bunun müqabilində ona 300 manat deyilhər ay cəmi 100 manat alimenti ödəyəcəkdir, hazırda isə cavabdeh sözünün üstündə durmamış, ondan yenə də 300 manat aliment tələb edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Babaxanova (Ələkbərova) Ruhiyyə Nuruş qızı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(052)-157/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh Babaxanova (Ələkbərova) Ruhiyyə Nuruş qızı araında xx xxxx 2003-cü il tarixdə Naftalan şəhər VVADQ şöbəsində 33 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X4 Babaxanova (Ələkbərova) Ruhiyyə Nuruş qızının yanında saxlanılmaları və xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 75 manat, cəmi 300 manat sabit pul məbləğində İddiaçı alınaraq Babaxanova (Ələkbərova) Ruhiyyə Nuruş qızına verilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 nikahları xx xxxx 2019-cu il tarixdə 27 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2020-ci il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 birgə nikahlarından xx xxxxxx 2019-cu il tarixdə X6 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həmdə borcudur. İddiaçı dörd uşağa görə ödədiyi 300 manat miqdarında alimentin azaldılması məqsədəmüvafiq deyildir. Məhkəmə hesab edir ki, dörd uşağa görə müəyyən edilmiş 300 manat miqdarında alimentin miqdarının azaldılması azyaşlı xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 fiziki, əqli və mənəvi cəhətdən sağlam inkişaf etməsinə heç də kifayət qədər yetərli olmaz və uşaqların sağlam böyüməsinə çox ciddi təsir göstərər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Babaxanova (Ələkbərova) Ruhiyyə Nuruş qızına qarşı «alimentin azaldılması» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdeh Babaxanova (Ələkbərova) Ruhiyyə Nuruş qızına qarşı «alimentin azaldılması» dair iddia tələbi təmin edilməsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar