Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2285/2020 10.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün gər ay 200 manat və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 3 yaşına çatanadək hər ay cavabdehdən onun xeyrinə 200 manat, cəmi 400 manat alimentin sabit pul məblğində onun xeyrinə tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə el adəti ilə faktiki olaraq ailə qurmuş, nikahlarını xx xxx 2019-cu il tarixdə rəsmiləşdirmişlər və onların birgə nikahlarından xx xxx 2020-ci il tarixdə X4 adlı bir uşaqları anadan olmuşdur. O, cavabdehin ikinci ailəsidir, onlar ailə qurduqdan sonra bir müddət normal ailə münasibətlərində yaşamışlar, sonradan aralarında baş verən narazılıqlar səbəbindən ayrılmışlar. Onlar ayrıldıqdan sonra cavabdeh birinci ailəsinin yanına qayıtmışdır. O, uşağı ilə birlikdə atası evində yaşayır. Cavabdeh Göygöl rayonu Yeni Qızılca kəndinin yaxınlığında “Şebel” zavodunda traktorist işləyir və onun aylıq əmək haqqı 450 manat təşkil edir. Cavabdeh ilə ayrıldıqları vaxtdan azyaşlı uşağının saxlanması üçün heç bir yardım etməmişdir. O, özü isə uşağın azyaşlı olmasına görə o, heç yerdə işləmir və uşağın saxlanmasında maddi çətinlik çəkir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi, vəkil X5 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun aylıq əmək haqqı 235 manat təşkil edir, bundan 165 manatını birinci ailəsindən olan iki uşağa görə aliment ödəyir, uşaqlarından birinin 18 yaşının tamam olmasına 5 ay qalmışdır. O, hər ay 120 manat məbləğində aliment ödəməyə razıdır. Məhkəməiddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib,iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaqismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Quluyeva (Əliyeva) İradə Bəxtiyar qızının nikahları xx xxx 2019-cu il tarixdə 1084 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2020-ci il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X4 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən köməyin göstərilməsindən imtina etdikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 3 yaşına çatanadək hər ay cavabdehdən onun xeyrinə 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması hissəsinə qiymət verərək, hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən kömək göstərilməsinin tələb edilməsi və cavabdehin həmin köməyin göstərilməsindən imtina etməsini subut edən faktları iddiaçı məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbinin həmin hissədə təmin olunması istisnadır. Məhkəmə Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2285/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2285/2020
10.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver