Məhkəmə qərarları › İş №2(044)-2290/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2290/2020

05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2290/2020 05.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq 40 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh ilə aralarında olan nikah qeydi pozulmuş, xx.xx.2012-ci il tarixdə anadan olmuş qızı X2 cavabdehin himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq ondan hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir. O, X13 ilə ailəli olduğu müddətdə xx.xx.2016-cı il tarixdə Dəniz və xx.xx.2019-cu il tarixdə Tuncay adlı oğlu vardır. Himayəsində olan 3 nəfər ailə üzvünü maddi cəhətdən təmin etməyə çətinlik çəkdiyi bir vaxtdan o, qızı Zəhranın saxlanılması üçün cavabdehə hər ay 100 manat məbləğində aliment ödəmək iqtidarında deyildir. O, İİ dərəcəli nəlil kimi 130 manat sosial müavinət alır və başqa yerdən gəliri yoxdur, əmək qabiliyyətinin olmaması səbəbindən işləyə bilmir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və notarial qaydada təsdiq olunmuş ərizədə, İddiaçı oğlunun xx.xx.2012-ci il təvəllüdlü azyaşlı övladı X1 üçün ödədiyi aliment pulunun azaldılmasına etiraz etmir, razıdır. İddiaçı qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən isə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)- 827/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx xxxx 2012-ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində 209 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş X4 nikahın pozulmasından sonra iddiaçı Cavabdeh himayəsində saxlanılması, cavabdeh İddiaçı xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxx 2018-ci il tarixdən başlayaraq, hər ay 100 manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. xx.xx.2019-cu il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X5 anadan olmuşdur. xx.xx.2019-cu il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X6 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahından xx.xx.2012-ci il tarixdə X4 anadan olmuş və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən aralarında olan nikah qeydi pozulmuş və cavabdeh İddiaçı xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxx 2018-ci il tarixdən başlayaraq, hər ay 100 manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hazırda İddiaçı X13 ilə ailə qurmuş və onların xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 adlı iki uşaqları vardır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-827/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı azaldılaraq, hər ay sabit pul məbləğində 40 (qırx) manat məbləğində aliment tutularaq, Cavabdeh xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin olunsun. İddiaçı xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-827/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı azaldılaraq, hər ay sabit pul məbləğində 40 (qırx) manat tutularaq, Cavabdeh ödənilsin. Azaldılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(044)-2290/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar