Məhkəmə qərarları › İş №2(044)-2309/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2309/2020

10.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2309/2020 10.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı X1 üçün hər ay 300 manat onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, o, Cavabdeh ilə nikahda olmuş və boşanmışdır. Onların birgə nikahlarından olan xx.xx.2012-ci il tarixdə X6 adlı bir uşaqları anadan olmuş və uşaq onun himayəsindədir. Cavabdeh topdansatış ticarətlə məşğuldur və uşağın saxlanmasında maddi köməklik göstərməmişdir. Cavabdehin hər ay uşağına 300 manat məbləğində aliment ödəməyə maddi imkanı vardır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəməiddiaçının izahatını dinləyib,iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaqismən təmin edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixdə X8 şəhəri Bardımsk VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxxx 2012-ci il tarixdə X9 anadan olmuşdur. İş materiallarında olan seriya AZE ********* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 2012-ci il tarixdə X3 Federasiyasının Perm şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X4yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar