Məhkəmə qərarları › İş №2(044)-233/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-233/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-233/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nə, Cavabdeh2nə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipotekadan azad edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nə, Cavabdeh2nə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipotekadan azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi 2 saylı binanın 3 saylı mənzilinə dair ipotekaya xitam verilməsi və mənzilin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24.12.2007-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh1 ASC-nin Gəncə filialı ilə X7 arasında illik 23 faizödənilməsi şərti ilə 24 ay müddətinə 70000 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi cavabdeh X6 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi, bina 2, mənzil 3 Cavabdeh1 ASC-nə ipotekaya qoyulmuş, bu barədə tərəflər arasında ipoteka müqaviləsi bağlanmışdır. 08.02.2008-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh1 ASC-nin Gəncə filialı ilə X4 arasında illik 23 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 43000 manat məbləğində kredit verilmiş və həmin kreditin təmini kimi ona məxsus Gəncə şəhəri, Kəpəz rayon, X12 küçəsi bina 2, mənzil 3 Cavabdeh1 ASC-nin Gəncə filialına ipotekaya qoyulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 15.05.2009-cu il tarixli qətnaməsi ilə X3 50107.84 manat kredit məbləği, 5451.61 manat faiz, cəmi 55559.45 manat məbləğində pul vəsaitinin X2 22723.23 manat kredit məbləği,3330.92 manat faiz, cəmi 26054.15 manat pul vəsaiti və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu onların hər ikisindən müştərək qaydada Cavabdeh1 ASC-nin Gəncə filialının xeyrinə tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi, 2 saylı binanın 3 saylı mənzilinə yönəldilmişdir. İddia tələbinin mənzilin açıq hərracda satılması, onun ipoteka predmetinə olan mülkiyyət və istifadə hüququna, X5 istifadə hüququna xitam verilməsi, pasport qeydiyyatında olanların qeydiyyatının ləğv edilməsi, evdə yaşayanların evdən çıxarılmaqla evin boşaldılması və qeyd olunan əmlakın satışından əldə edilən pul vəsaitinin iddia tələbinin təmin edilməsi üçün Cavabdeh1 ASC-nin Gəncə filialına ödənilməsi tələbi əsassız olduğundan rədd edilmiş, qətnamənin icrası Gəncə şəhər Kəpəz rayon Məhkəmə İcraçıları şöbəsinə həvalə edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 15.01.2010-cu il tarixli 2(104)-10/2020 saylı qətnaməsi ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 15.05.2009-cu il tarixli 2(043)-356/2009 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iddia tələbinin qismən təmin edilməsi, 08.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə 22723.23 manat kredit borcu, 3330.92 manat faiz borcu, cəmi 26054.15 manat borcu olması müəyyən edilməsi, ipoteka qoyulmuş yaşayış evinin ilkin dəyəri 75000 manat müəyyən edilməsi, 08.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 26054.15 manatın ödənilməsi üçün tutma xüsusi mülkiyyət hüququ ilə ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsində istifadədə olan 0.09127 ha torpaq sahəsində 2 saylı, 2 mərtəbəli binanın 1-ci gedişində, 1-ci mərtəbəsində yerləşən 68.2 kv.m ümumi, 44.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 saylı mənzilinə yönəldilməsi və həmin mənzil açıq hərracda satılması, əmlakın satışından əldə edilən 26054.15 manat iddiaçı Cavabdeh1 ASC-nin Gəncə filialına ödənilməsi, cavabdehlərdən müştərək qaydada 20 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməsi, cavabdeh X3 50107.84 manat kreditin, 5451.61 manat faizin, cəmi 55559.45 manat məbləğində pul vəsaitiniun tutularaq iddiaçı Cavabdeh1 ASC-nin Gəncə filialının xeyrinə ödənilməsinin təmin edilməsi üçün ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi 2 saylı binanın 3 saylı mənzilinin açıq hərracda satılması, onun ipoteka predmetinə olan mülkiyyət və pasport qeydiyyatında olanların qeydiyyatının ləğv edilməsi, onun evdən çıxarılması və mənzilin boşaldılması hissəsində təmin olunmaması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 15.01.2010-cu il tarixli 2(104)-10/2020 saylı qətnaməsi qanunu qüvvəsini aldıqdan sonra 21.07.2010-cu il tarixli 2(104)-10/2020 saylı icra vərəqəsi icra olunması üçün Gəncə şəhəri Kəpəz rayon İcra Şöbəsinə göndərilmiş, icra şöbəsinin 02.08.2010-cu il tartixli 1026 saylı sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi 2 saylı binanın 3 saylı mənzilinin açıq hərracda satılması "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh2nə ünvanlanmış 09.12.2020-ci il tarixli o/2317 saylı məktubdan müəyyən olunur ki, 1026 saylı 22.02.2011-ci il tarixli sifariş məktubu üzrə ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi 2 saylı binanın 3 saylı mənzilinə dairmövcud qanunvericilinə uyğun olaraq hərraclar keçirilmiş alıcı müraciəti olmadığından hərrac baş tutmamış, tələbkarın əldə etməsi üçün tərəflərindən məktub göndərilmişdir. Qanun vericiliyə uyğun olaraq 30 təqvim günü keçməsinə baxmayraq ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Bu səbəbdən də 1026 saylı 22.02.2011-ci il tarixli sifariş məktubu geri qaytarılmışdır. Göründüyü kimi, iş üzrə cavabdeh, hazırda ləğv prosesində olan Cavabdeh1 ASCqanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində ona məxsus və ipoteka ilə yüklü edilmiş əmlakını almamışdır.Belə olan halda, ipotekaya xitam verilir və ona məxsus ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi 2 saylı binanın 3 saylı mənzili girovdan azad olunmaldıır. Bu haldan məlumatı olan Cavabdeh2 də işin icraatına xitam verilməli və evi ipotekadan azad edilməli olduğu halda bunu etməmişdir. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələri gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin 15.01.2010-cu il tarixli 2(104)-10/2010 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.05.2009-cu il tarixli 2(043)-356/2009 saylı qətnaməsi tamamilə ləğv edilmişdir. İddianın qismən təmin edilməsi, 08.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə 22723.23 manat kredit borcu, 3330.92 manat faiz borcu, cəmi 26054.15 manat borcu olması müəyyən edilmişdir. İpoteka qoyulmuş yaşayış evinin ilkin dəyəri 75000 manat müəyyən edilmiş, 08.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə ödən ilməmiş 26054.15 manatın ödənilməsi üçün tutma xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsində istifadədə olan 0.09127 ha torpaq sahəsində 2 saylı, 2 mərtəbəli binanın, 1-ci girişində, 1ci mərtəbəsində yerləşən 68.2 kv.m ümumi, 44.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 saylı mənzilə yönəldilməsi və həmin mənzili açıq hərracda satılması, əmlakın satışından əldə edilən 26054.15 manat iddiaçı Cavabdeh1 ASC-nin Gəncə filialına ödənilməsi, iddia cavabdeh X3 50107.84 manat kredit, 5451.61 manat faiz, cəmi 55559.45 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh1 ASC-nin Gəncə filialının xeyrinə ödənilməsinin təmin edilməsi üçün ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi, 2 saylı binanın, 3 saylı mənzilinin açıq hərracda satılması, cavabdeh İddiaçı ipoteka predmetinə olan mülkiyyət və istifadə hüququna, Vəliyeva Rulanə bayram qızının istifadə hüququna xitam verilməsi, pasport qeydiyyatında olanların qeydiyyatlarının ləğv edilməsi, İddiaçı evdən çıxarılması və mənzilinboşaldılması hissəsində təmin edilməməsi qət edilmişdir. İddiaçı Cavabdeh1 ASC-nin vəcavabdeh S.Quliyevin apelyasiya şikayətləri qismən təmin edilməsi, cavabdeh İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Kəpəz rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-nə ünvanlanmış 02.08.2010-cu il tarixli 1026 saylı məktubdan görünür ki, 28.07.2010-cu il tarixli qərarla icraata başladığı Gəncə Apelyasiya Məhkəməsinin 21.07.2010-cu il tarixli 2(104)-10 saylı icra sənədi üzrə X1 26054.15 manat alınıb Cavabdeh1 ASC-nin Gəncə filialının xeyrinə ödənilməsi və ödəmə ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi, 2 saylı binanın, 3 saylı mənzilinə yönəldilməsi, adı çəkilən mənzilin ilkin dəyəri 75000 manat müəyyən edilməsi qət olunmuşdur. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədi ilə ünvan 2 ünvanının açıq hərracda satılmasına göstəriş verilməsi xahiş olunmuşdur. 09.12.2020-ci il tarixdə "xxxx" tərəfindən Cavabdeh2nə ünvanlanmış məktubdan görünür ki, 22.02.2011-ci il tarixli 1026 saylı sifariş məktubu üzrə İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsində yerləşən 2 saylı evin 3 saylı mənzilinə dair mövcud qanunvericiliyə uyğun olaraq hərraclar keçirilmiş, alıcı müraciəti olmadığından hərrac baş tutmamış, tələbkarın əldə etməsi üçün tərəflərindən məktub göndərilmişdir. Qanunvericiləyə uyğun olaraq 30 təqvim günü keçməsinə baxmayaraq ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Bu səbəbdən də 1026 saylı 22.02.2011-ci il tarixli sifariş məktubu geri qaytarılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 21.07.2010-cu il tarixli 2(104)-10/2010 saylı icra vərəqəsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.05.2009-cu il tarixli 2(043)-356/2009 saylı qətnaməsi tamamilə ləğv edilmişdir. İddianın qismən təmin edilməsi, 08.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə 22723.23 manat kredit borcu, 3330.92 manat faiz borcu, cəmi 26054.15 manat borcu olması müəyyən edilmişdir. İpoteka qoyulmuş yaşayış evinin ilkin dəyəri 75000 manat müəyyən edilmiş, 08.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə ödən ilməmiş 26054.15 manatın ödənilməsi üçün tutma xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsində istifadədə olan 0.09127 ha torpaq sahəsində 2 saylı, 2 mərtəbəli binanın, 1-ci girişində, 1ci mərtəbəsində yerləşən 68.2 kv.m ümumi, 44.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 saylı mənzilə yönəldilməsi və həmin mənzili açıq hərracda satılması, əmlakın satışından əldə edilən 26054.15 manat iddiaçı Cavabdeh1 ASC-nin Gəncə filialına ödənilməsi, cavabdehlərdən müştərək qaydada 20 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməsi, iddia cavabdeh X3 50107.84 manat kredit, 5451.61 manat faiz, cəmi 55559.45 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh1 ASC-nin Gəncə filialının xeyrinə ödənilməsinin təmin edilməsi üçün ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi, 2 saylı binanın, 3 saylı mənzilinin açıq hərracda satılması, cavabdeh İddiaçı ipoteka predmetinə olan mülkiyyət və istifadə hüququna, Vəliyeva Rulanə Bayram qızının istifadə hüququna xitam verilməsi, pasport qeydiyyatında olanların qeydiyyatlarının ləğv edilməsi, İddiaçı evdən çıxarılması və mənzilin boşaldılması hissəsində təmin edilməməsi qət edilmişdir. İddiaçı Cavabdeh1 ASC-nin vəcavabdeh S.Quliyevin apelyasiya şikayətləri qismən təmin edilməsi, cavabdeh İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə Apelyasiya Məhkəməsinin 21.07.2010-cu il tarixli 2(104)-10/2010 saylı qətnaməsi ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.05.2009-cu il tarixli 2(043)-356/2009 saylı qətnaməsi tamamilə ləğv edilmişdir. İddianın qismən təmin edilməsi, 08.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə 22723.23 manat kredit borcu, 3330.92 manat faiz borcu, cəmi 26054.15 manat borcu olması müəyyən edilmişdir. İpoteka qoyulmuş yaşayış evinin ilkin dəyəri 75000 manat müəyyən edilmiş, 08.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 26054.15 manatın ödənilməsi üçün tutma xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsində istifadədə olan 0.09127 ha torpaq sahəsində 2 saylı, 2 mərtəbəli binanın, 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 68.2 kv.m ümumi, 44.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 saylı mənzilə yönəldilməsi və həmin mənzili açıq hərracda satılması, əmlakın satışından əldə edilən 26054.15 manat iddiaçı Cavabdeh1 ASC-nin Gəncə filialına ödənilməsi, cavabdehlərdən müştərək qaydada 20 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməsi, iddia cavabdeh X3 50107.84 manat kredit, 5451.61 manat faiz, cəmi 55559.45 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh1 ASC-nin Gəncə filialının xeyrinə ödənilməsinin təmin edilməsi üçün ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi, 2 saylı binanın, 3 saylı mənzilinin açıq hərracda satılması, cavabdeh İddiaçı ipoteka predmetinə olan mülkiyyət və istifadə hüququna, X5 istifadə hüququna xitam verilməsi, pasport qeydiyyatında olanların qeydiyyatlarının ləğv edilməsi, İddiaçı evdən çıxarılması və mənzilin boşaldılması hissəsində təmin edilməməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra sənədi üzrə iddiaçıya məxsus əmlak hərraca çıxarılmış, hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi barədə tərəflərə məlumat verilmiş, lakin ipoteka predmeti satılmamış, qeyd olunan əmlaklar tələbkar Cavabdeh1 ASC-nə təklif olunmuş və bank tərəfindən ipoteka predmeti əldə edilmədiyinə və icra müddəti başa çatdığına görə sənədlər geri icra qurumuna qaytarılmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə, hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.2-ci maddəsinə əsasən, Bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. «İpoteka haqqında»Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan qanunun ipotekaya xitam verilməsi hallarından bəhs edən 48.1.5-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Məhkəmə hesab edir ki, adı çəkilən Qanunun 43.8-ci maddəsində göstərilən yuxarıda qeyd olunmuş hal məhz elə 48.1.5-ci maddəsinin nəzərdə tutduğu ipotekaya xitam verilməsi hallarından biridir. Odur ki, məhkəmə hesab edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə istinad etməklə (ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir) ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus əmlakın ipotekasına xitam verilməli, həmin əmlak ipotekadan azad edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 ASC-nin arasında Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi, 2 saylı binanın, 3 saylı mənzilinə dair bağlanmış 08.02.2008-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməli və həmin mənzil ipotekadan azad edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 ASC-nin arasında Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi, 2 saylı binanın, 3 saylı mənzilinə dair bağlanmış 08.02.2008-ci il tarixli ipoteka müqaviləsinə xitam verilsin. Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi, 2 saylı binanın, 3 saylı mənzili ipotekadan azad edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçaıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar