Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2472/2020 03.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxx” ASC-nin ləğvedicisi X2, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Gəncə şəhəri 4 saylı Notariat Kontoruna qarşı «ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və natural qaydada bölünməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxx” ASC-nin ləğvedicisi X2, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Gəncə şəhəri 4 saylı Notariat Kontoruna qarşı «ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və natural qaydada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsinin ərazi aidiyyəti düzgün seçilməmişdir, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə müəyyən edildi ki, cavabdeh “xxxxxxxxxx” ASC-ti ləğv prosesindədir və hüquqi şəxsin ləğvedicisi X1 ünvanı Bakı şəhəri, Bül-bül prospekti 40-dır. Digər cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin ünvanı, ünvan 2 ünvanı Gəncə şəhəri Kəpəz rayonunun ərazisidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsi ərazi aidiyyətinə görə Gəncə şəhəri Nizami Rayon məhkəməsinə aid olmadığına görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı izah edilməlidir ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla aidiyyəti məhkəməyə müraciət edə bilərlər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263- 264, 266-269, 395-396-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxx” ASC-nin ləğvedicisi X2, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Gəncə şəhəri 4 saylı Notariat Kontoruna qarşı «ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və natural qaydada bölünməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla aidiyyatı məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2472/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2472/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver