Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2474/2020 24.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərclərin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərclərin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin, həmçinin X1 3 yaşına çatanadək saxlanılması üçün əlavə xərc olaraq hər ay 150 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahlarından xx xxxx 2020-ci il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə onu hamilə vəziyyətdə qoyaraq getmiş, uşağın saxlanılması üçün hər hansı maddi köməklik göstərməmişdir. Hal-hazırda azyaşlı uşağı onun himayəsindədir. Odur ki, xx xxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və əlavə xərc olaraq uşağın 3 yaşına çatanadək hər ay 150 manat məbləğində pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, İddiaçı ilə xx xxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahlarından xx xxxx 2020-ci il təvəllüdlü X2 anadan olmuşdur. O, iddia tələbi ilə qismən razıdır. Belə ki, xx xxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. İddia tələbinin qalan hissədə təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AZ-İİ №341753 saylı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Qasımova (Hüseynova) Azadə Həsən qızının nikahları xx xxxx 2019-cu il tarixdə bağlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AZ-İV № 486055 saylı Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxx 2020-ci il tarixdə X2 anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxx” ASC-nin xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh aylıq əmək haqqı 400 manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, xx xxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə uşağın anasının himayəsində olmasını, onun təlim və tərbiyəsi ilə təkcə ananın məşğul olmasını, iddiaçının uşaqla qalmasını, həmçinin uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, onun mənafeyini, böyüdükcə artan tələbatlarını, aylıq təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının şərtlərini, iddiaçının uşağın saxlanılması üçün tələbatını təkbaşına ödəyə bilməsinin çətin olmasını nəzərə alır və hesab edir ki, iddia tələbi alimentə dair hissədə 170 manat sabit pul məbləğində aliment xx xxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin əlavə xərclərlə bağlı hissəsinə dair qeyd edir ki, iddiaçı 150 manat əlavə xərcin ödənilməsini tələb etsə də, məhkəməyə bu xərclərin hazırda və yaxud gələcəkdə konkret olaraq nədən ibarət olduğunun təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Ancaq buna baxmayaraq, məhkəmə işin hallarını, tərəflərin diqqətəlayiq olan digər hallarını nəzərə alaraq cavabdeh tərəfindən uşaq 3 (üç) yaşına çatanadək 30 manat əlavə xərc ödəməklə əlavə xərclərdə iştirak etməyə cəlb olunmasını zəruri hesab edir. Məhkəmə cavabdehi azyaşlı övladı üçün 30 manat əlavə xərc ödəməklə əlavə xərclərdə iştirak etməyə cəlb olunmasını iddiaçı və onun saxladığı azyaşlı uşağın zəruri (minimal) tələbatlarına uyğun hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə də, məhkəmə Cavabdeh xx xxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, hər ay 170 manat sabit pul məbləğində alimentin, eləcə X1 3 (üç) yaşına çatanadək saxlanılması üçün əlavə xərclərlə bağlı hər ay 30 manat məbləğində pulun tutularaq İddiaçı verilməsini məqsədə uyğun hesab edir. Bundan başqa, «Dövlət rüsumu» haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 233-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx xxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. xx xxxx 2020-ci il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək saxlanılması ilə əlaqədar Cavabdeh əlavə xərclərə cəlb olunsun və xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay 30 (otuz) manat sabit pul məbləği Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin “aliment və əlavə xərclə bağlı hissəsi” dərhal icraya yönəldilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2474/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2474/2020
24.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver