Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2496/2021 10.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulmasının dayandırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlndan doğulmuş X1 ödəniləcək alimentin dayandırıllmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanılmış nikah pozulmuş və hər ay 140 manat məbləğində alimentin ondan alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. Alimentlə bağlı məhkəmə qətnaməsi qəbul edilən gündən hazırki vaxtadək o uşağı ilə ünsiyyətdə ola bilməmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2(044)-2689/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra 13.12.2008-ci il təvəllüdlü X2 anasının himayəsində saxlanılmaqla, hər ay 140 manat alimentin İddiaçı tutulması qət edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı izahatında göstərdi ki, o uşağı ilə ünsiyyətdə ola bilmir. Dəfələrlə müxtəlif orqanlara müraciət etsə də o cavabdehin və uşağın olduğu yeri tapa bilməmişdir.Odur ki, uşağın tapılmasına və uşaq tapılanadək alimentin ödənilməsinin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı uşağın axarılmasını və uşaq tapılanadək alimentin dayandırılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 148.1-ci maddəsinə əsasən dövlət mənafeyi ilə əlaqədar irəli sürülən, habelə aliment alınması, şikəstetmə və ya səhhəti zədələmə, yaxud ailəni dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqında tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsi ilə cavabdehin axtarışını elan etməyə borcludur. Hazırki işdən də göründüyü kimi cavabdeh aliment ödəməli şəxs deyildir.Odur ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. İddia tələbinin alimentin dayandırılmasına dair hissəsi ilə bağlı məhkəmə onu qeyd edir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2(044)- 2689/2019 nömrəli qətnaməsi alimentə dair hissədə icra edilməsi üçün icra şöbəsinə göndərilmiş və bu fakt iddiaçının izahatı ilə də öz təsdiqini tapmışdır. İddiaçının uşaqla ünsiyyətdə ola bilməməsi mülki mühakimə icraatı qaydasında alimentin dayandırılması üçün əsas deyildir. Bununla bağlı məhkəmə onu da qeyd edir ki, iddiaçı uşaqla ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı məhkəməyə müraciət etmədən bu hüququnun pozulması ilə bağlı alimentin dayandırılmasını xahiş etməkdə haqlı deyildi. Məhkəmə iddiaçıya izah edir ki, o uşaqla ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı məhkəməyə müraciət etməli, müvafiq məhkəmə aktı qəbul edilib icra edildikdən sonra cavabdehin borclu statusunu almadan onun və ya uşağının axtarışını həyata keçirmək mümkün deyildir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Mülki Məcəllənin 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. İddiaçının Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2(044)-2689/2019 nömrəli qətnaməsi ilə aliment ödəmək kimi vəzifəsi əmələ gəlsə də, həmin qətnamə ilə hər hansı hüquqları yaranmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq Q ə t e t d i : İddia əmin edilməsin. 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2496/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2496/2021
10.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver