Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2547/2020 22.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx xxxx 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulacaq alimentin Cavabdeh əmək haqqının 2/3 hissəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri X17 rayon VVAQ şöbəsində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikah dövründə xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx xxxx 2017-ci il təvəllüdlü X9 anadan olmuşdur. Artıq uzun müddətdir ki, cavabdehlə ayrılmışdır və uşaqlar onun himayəsində yaşayırlar. Ümumiyyətlə cavabdeh uşaqlarının saxlanmasına heç bir maddi köməklik etməmişdir. Cavabdeh “xxxxxxxx” ASCdə növbətçi elektrik mantyoru vəzifəsində işləyir və əmək haqqı 500 manat təşkil edir. Odur ki, məhkəmədən xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx xxxx 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulacaq alimentin Cavabdeh əmək haqqının 2/3 hissəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixdə ərizə ünvanlayaraq işi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, alimentlə bağlı iddianı qəbul etdiyini və təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İ 363628 saylı nikah haqqında şahadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş, AZ-İİ 261139 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X2 şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, AZ-İİ 705478 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə “ASAN xidməti“ mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, AZ-İİİ 910478 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 2017-ci il təvəllüdlü X3 şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci və 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.5-ci maddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Yuxarıda göstərilən hallardan və qeyd olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehiniddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə uşaqların anasının himayəsində olmasını, onun təlim və tərbiyəsi ilə təkcə ananın məşğul olmasını, uşağın saxlanması vəzifəsinin hər iki valideynin vəzifəsi olmasını, həmçinin uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, onların mənafeyini, böyüdükcə artan tələbatlarını, aylıq təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının şərtlərini, iddiaçının uşaqların saxlanılmaları üçün tələbatını təkbaşına ödəyə bilməsinin çətin olmasını və cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx xxxx 2017-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 2/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icraya yönəldilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirib, iddia tələbi üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx xxxx 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 2/3 (üçdə iki) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X17 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-2547/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2547/2020
22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver