Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2598/2020 02.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı «xxxxxxxxxxx» MMC-nin cavabdeh Borclu qarşı “məhkəmə əmrinin çıxarılması” tələbinə dair ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyən etdim: Kreditor «xxxxxxxxxxx» MMC-nin cavabdeh Borclu qarşı “məhkəmə əmrinin çıxarılması” tələbinə dairməhkəməyə müraciət edərək 2426 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisənin olması məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Belə ki, ərizəyə əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, müqavilə 15 ay müddətinə bağlanılmış, 2020-ci il 21 dekabr ayı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin son günü kimi şərtləşdirilmişdir. Kredit müqaviləsinin müddəti bitmədən borclu öhdəliyin şərtlərini pozsa da, kreditor mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət etmədən məhkəməyə müraciət etmişdir. Bu da onu deməyə əsas verir ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə mövcuddur və belə olduğu halda bu qənaətə gəlirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. AR MPM-nin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276-279-cu maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldım: İddiaçı «xxxxxxxxxxx» MMC-nin cavabdeh Borclu qarşı “məhkəmə əmrinin çıxarılması” tələbinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər kreditora geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim : Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2598/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2598/2020
02.09.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver