Məhkəmə qərarları › İş №2(044)-2621/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2621/2020

01.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2621/2020 01.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2017-ci il tarixdə, Gəncə ASAN Xidmətində 307 saylı akt qeydi ilə nikah bağlamış, onların birgə nikaharından xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X9 anadan olmuşdur. Cavabdehlə aralarında olan narazılıqlara görə ayrı yaşayırlar. Uşağı saxlamaq valideyinlərin borcu olduğu halda, cavabdeh bu valideyinlik borcunu yerinə yetirmir və uşaqların saxlanılması üçün ona heç bir köməklik etmir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin bildirir ki, cavabdeh diş texniki işləyir, odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 bildirdi ki, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 75 manat sabit pul məbləğində alimentin, cəmi 150 manat aliment ödəməyə maddi imkanı vardır, çünki cavabdeh hal-hazırda heç yerdə işləmir, odur ki, iddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AZ-İİİ № 858788 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxx 2017-ci il tarixdə X7 anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AZ-İV № 143089 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxx 2019-cu il tarixdə X9 anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AZ-İİ № 179153 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Haqverdiyeva (Paşayeva) Vəfa Hümbət qızının nikahları xx xxxxxx 2017-ci il tarixdə 307 saylı akt qeydi ilə bağlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 adına seriya AA ******* saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 adına seriya AA ******* saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Tatarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 248 saylı arayışdan görünür ki, Cavabdeh Şəmkir rayonunun Tatarlı kəndində yaşayır, Tatarlı kənd İƏD-də heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, heç bir təssərrüfatı yoxdur, hal-hazırda işləmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək və uşaqlara qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə cavabdeh X3 xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsini məqsədə uyğun hesab edir. Eyni zamanda məhkəmə alimentin hər ay hər uşağa görə 200 manat məbləğində təyin edilməsinin qeyri-mümkünlüyünü onunla izah edir ki, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. İddiaçının cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməməsi onu deməyə əsas verir ki, alimentin iddia tələbində göstərilən həddə təmin edilməsi məhkəmə aktının icra olunmamasına şərait yarada bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X3 xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh X3 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar