Məhkəmə qərarları › İş №2(044)-2629/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2629/2020

01.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2629/2020 01.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X9 adlı bir uşaqları anadan olmuşdur. Onlar 2008-ci ilin fevral ayına kimi birgə yaşamışlar. Cavabdehlə aralarında olan narazılıqlara görə qızı altı aylıq olanda o, atası evinə getmişdir. O, cavbabdehdən uşağın saxlanması üçün aliment tələb etməmiş, artıq qızının 13 yaşı var və bu müddət ərzində cavabdeh özü heç vaxt könüllü olaraq uşağına maddi yardım göstərməmişdir. Artıq uşaq böyümüş, onun xərcləri də artmış, övladı dərsləri ilə yanaşı hazırlıqlara da gedir, uşağın məktəb ləvazimatları, geyim əşyaları xeyli maddi vəsait tələb edir. O, isə heç yerdə işləmir, maddi çətinlik çəkir, odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə 15.12. 2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X9 adlı bir uşaqları var. Onların birgə yaşamaları mümkün olmadığından 2008-ci ilin fevral ayına kimi birgə yaşamışlar. O, hazırda başqa qadınla ailə qurmuş və iki uşaqları var. O, Dövlət Miqrasiya Xidmətində işləyir və onun aylıq əmək haqqı 590 manat, onun həyat yoldaşı isə Dövlət Mədəniyyət İdarəsində işləyir və aylıq əmək haqqı 250 manat təşkil edir, onlar banka kredit ödəyirlər, ailəsinin məsrəfləri çoxdur. Onur ki, onun hər ay 100 manat aliment ödəməyə maddi imkanı vardır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaqismən təmin edilməlidir. Belə ki,Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(044)- 42/2009 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında X15 xx xxxxxx 2006-cı il tarixdə vağlanmış 483 saylı nikah qeydi pozulmuş və tərəflərin birgə nikahlarından olan xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 Aytən Rauf qızının himayəsində qalması qət edilmişdir. xx.xx.2007-ci il tarixdə X16 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 birgə nikahlarından xx xxxxxxxx 2007-ci il tarixdə X9 anadan olmuşdur. xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İmamverdiyeva (Vəliyeva) Gül Fəxrəddin qızının nikahları xx xxxx 2011-ci il tarixdə 379 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2015-ci il tarixdə anadan olmuş Xatun İmamverdiyevanın adına Seriya AZE 12342353 saylı şəxsiyyət vəsiqəsi verilmişdir. xx.xx.2012-ci il tarixdə anadan olmuş Zəhra İmamverdiyevanın adına Seriya AZE 12013819 saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar