Məhkəmə qərarları › İş №2(044)-2634/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2634/2020

19.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2634/2020 19.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödədiyi 1350 manat pulun onun adına Bank Respublika ASC MXD KOD: 505668 VÖEN:********** Müxbir hesab №AZ80NABZ******************** SWİFT:BRESAZ22 alan; İddiaçı İBAN: AZ63BRES******************** hesaba köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 272 ədəd adi səhm almaq məqsədi ilə Cavabdeh X1 vasitəsilə 1350 manat pul göndərmişdir. Cavabdeh 1350 manat pulu aldıqdan sonra razılaşdıqları kimi həmin səhmlərin alqı-satqısının və digər səlahiyyətlərin ona verilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Lakin ona verilmiş səlahiyyətlərdən istifadə edib səhimlərin alqısatqısını yerinə yetirmək istəyərkən məlum olmuşdur ki, onun Milli Depozit Mərkəzindəki depo hesabında qeyd edilən səhm yoxdur. Cavabdeh aldığı 1350 manat pulun ona qaytarılmasına kömək edilməsi ilə bağlı Gəncə şəhəri Kəpəz rayon polis idarəsinə müraciət etmiş, Gəncə şəhəri Kəpəz rayon polis idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda ona müvafiq məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, Cavabdeh ödədiyi 1350 manat pulun onun adına Bank Respublika ASC MXD KOD: 505668 VÖEN:********** Müxbir hesab №AZ80NABZ******************** SWİFT:BRESAZ22 alan; İddiaçı İBAN: AZ63BRES******************** hesaba köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmənin əvvəlki iclasında iddianı qismən etiraf edərək, dəymiş ziyanın 1240 manat təşkil etdiyini və hissə-hissə ödəyə biləcəyini bildirmiş, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir,gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olanmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçının izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixdə Gəncə ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş ƏN-İ 744411 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 05 il müddətinə bütün səlahiyyətli orqanlarda, Milli Depozit Mərkəzində nümayəndəsi olmağı, adından hər növ sənədləşmə işlərini aparmağı, Milli Depozit Mərkəzinin Depo hesabından çıxarışlar almağı, səhmdarların, payçıların ümumi yığıncağında iştirak etməyi, onun adından səs verməyi, cəmiyyətlərdən sənədlər tələb etməyi, səhmlərin alqı-satqısına və rəsmiləşdirilməsi ilə bağlı əvəzindən imza etməyi, səhmlərin, payların satılması ilə əlaqədar ona çatası pul vəsaitini, divedendləri almaq üçün bank və bank olmayan kredit təşkilatlarında öz adına olan hesaba qəbul etməyi, hər növ ərizə verməyi, əvəzindən imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi, həmin etibarnamənin dublikatını almaq hüququ ilə etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə görə, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Eyni zamanda iddiaçı ona 1350 manat məbləğində maddi ziyan dəydiyini bildirsə də, bu xüsusatı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək iddia tələbini qismən əsaslı sayır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1240 (min iki yüz qırx) manat alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1240 (min iki yüz qırx) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar