Məhkəmə qərarları › İş №2(044)-2688/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2688/2020

08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2688/2020 08.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2017-ci il tarixdə anadan olmuş X4 saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından iki uşaqları anadan olmuş, lakin onların münasibətləri uyğun gəlmədiyindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və iki uşağın saxlanması üçün aliment qət edilmişdir. O, 2016-cı il tarixdə Cavabdeh ilə barışmış və bir ailə kimi birgə yaşamışlar, qnların xx.xx.2017-ci il tarixdə Raul adlı bir uşaqları anadan olmuş, hazırda Raul yaşayır və atalığı müəyyən olunmuşdur. Bundan sonra onların ailəsi yenidən dağılmış və onlar 2020-ci ilin yanvar ayından yenidən ayrılmışlar. O, azyaşlı övladlarını böyütməkdə maddi çətinlik çəkir, odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəməiddiaçının izahatını dinləyib,iş materiallarını araşdıraraq, hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)- 3380/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Babayeva (Vəliyeva) Lamiə Etibar qızı ilə Cavabdeh arasında xx xxx 2008-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsində 87 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, boşanmadan sonra xx xxxxxx 2007-ci il tarixdə anadan olmuş X5 və xx xxxxxx 2012-ci il tarixdə anadan olmuşVəliyeva Nərmin Orxanovna anası Babayeva (Vəliyeva) Lamiə Etibar qızının yanında saxlanılması, xx xxxxxx 2007-ci il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxx 2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğindəbir uşaq üçün 80 manat olmaqla, iki uşaq üçün cəmi 160 manat miqdarında aliment alınaraq iddiaçı Babayeva (Vəliyeva) Lamiə Etibar qızına verilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamnənin surətindən görünür ki, Cavabdeh qızı ilə X1 nikahları xx xxxxx 2016-cı il tarixdə 85 saylı akt qeydi ilə pozulmuşdur. xx.xx.2017-ci il tarixdə Moskva VVAQ İdarəsinin, Perovo VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxx 2017-ci il tarixdə X6 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh xx xxxx 2017-ci il tarixdə anadan olmuş X4 saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə Cavabdeh xx xxxx 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 80 (səksən) manatsabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar