Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-274/2021 02.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X4 və maraqlı şəxslər Gəncə şəhəri 1 saylı Notariat Kontoruna, Maraqlı şəxs2nə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə, Maraqlı şəxs4 qarşı “torpağa dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, torpağa dair çıxarışın ləğv edilməsinə və pul tələbi”nə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X4 və maraqlı şəxslər Gəncə şəhəri 1 saylı Notariat Kontoruna, Maraqlı şəxs2nə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə, Maraqlı şəxs4 qarşı “torpağa dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, torpağa dair çıxarışın ləğv edilməsinə və pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair onun tərəfindən Cavabdeh1 adına Gəncə şəhər 1 saylı notariat ofisində verilmiş 28.08.2016-cı il tarixli AR-İ №476586 nömrəli etibarnamənin, cavabdeh X3 adına Bakı şəhər 14 saylı notariat ofisində verilmiş 30.09.2016-cı il tarixli 488011 nömrəli etibarnamənin, həmin etibarnamə əsasında Gəncə “ASAN xidmət” Mərkəzinin notariat ofisində 06 oktyabr 2016-cı il tarixdə tərtib edilmiş AN-İ№0553085 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsinə, Maraqlı şəxs4 adına verilmiş çıxarışın ləğv edilməsinə və torpağın əvvəlki vəziyyətinə qaytarılmasına və ya tərəfindən xərclənmiş 15.000 manat pulun alınıb ona verilməsinə və ödənilmiş 30.4 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, X12 (keçmiş Çaparizde) küçəsi, ev 74-də yaşayan X6 adına Daşkəsən rayonu, Quşçu kənd ərazisində yerləşən, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin 28.09.2007-ci il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmiş 0.06 ha torpaq sahəsinə dair Gəncə “ASAN xidmət” Mərkəzinin notariat ofisində ona 23.08.2016-cı il tarixli 7E-358441 nömrəli etibarnamə verilmişdir. Bunun müqabilində X8 7.000 (yeddi min) manat məbləğində pul vermişlər. Sonra iş rejimində vaxt məhdudiyyəti ilə əlaqədar olaraq həmin torpaq sahəsini onun adına keçirmək məqsədilə Gəncə şəhər Memarlıq və şəhərsalma idarəsinin keçmiş məmuru Cavabdeh1 ilə ona məxsus qəbir üstü abidə düzələn sexdə görüşərək torpaq sahəsini onun (iddiaçının) adına sənədləşdirilməsinin Cavabdeh1 tərəfindən həyata keçirilməsinə dair şifahi qaydada razılığa gəlmişlər. Cavabdeh1 ilə görüşməkdə əsas məqsədləri Gəncə şəhəri, Kəpəz rayonu, X12 (keçmiş Çaparizde) küçəsi, ev 74-də yaşayan X6 adına Daşkəsən rayonu, Quşçu kənd ərazisində yerləşən, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin 28.09.2007-ci il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmiş 0.06 ha torpaq sahəsinə dair alqı-satqını sənədləşdirməkdən və rəsmiləşdirməkdən ibarət idi. Bu işləri görmək üçün Cavabdeh1 onlardan 2.000 (iki min) manat tələb etmiş və onlar da həmin pulu Cavabdeh1 vermişlər. Cavabdeh1 bildirmişdir ki, onların heç bir yerə getməməsi üçün ona (Cavabdeh1) etibarnamə versinlər və o (Cavabdeh1) bütün işləri həll edəcək. Onlar Cavabdeh1 inanaraq 2.000 manat pulu ona vermişlər. Bir müddət sonra Cavabdeh1 həmin yeri göstərmiş və onlar da tikinti quraşdırma işlərinə başlamışlar. Xeyli vaxt keçəndən sonra Asəf adlı bir nəfər onlara zəng edərək, həmin torpaq sahəsinin ona aid olduğunu bildirmişdir. Onlar da məsələyə aydınlıq gətirənə kimi tikinti işlərini dayandırmaq məcburiyyətində qalmışlar. Sonra aidiyyəti dövlət qurumlarına verdikləri sorğular əsasında əldə etdikləri sənədlərdən məlum olmuşdur ki, tərtib edilmiş A №121719 saylı torpaq sahəsinin planı və ölçüsü əsasında Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən onların alqı-satqı etdikləri torpaq sahəsinə dair X6 hüquqları Dövlət reyestrində qeydiyyata alınaraq bu barədə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04.10.2016-cı il tarixli, RX seriyalı ******* nömrəli, ********** saylı çıxarış verilmişdir. Sonra isə onların etibarından sui-istifadə edən Cavabdeh1 çıxarış aldıqdan sonra 0.06 ha torpaq sahəsini İddiaçı adına keçirmək əvəzinə Gəncə “ASAN xidmət” Mərkəzinin notariat ofisində 06 oktyabr 2016-cı il tarixdə tərtib olunmuş AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu, Könüllü kənd sakini Maraqlı şəxs4 satmışdır. Cavabdeh1 onunla və əmiləri ilə telefon nömrələri ilə əlaqə qururdu. Onlar aralarında bağladıqları şifahi müqavilədə nəzərdə tutulmuş öhdəliklərini tam və vaxtında yerinə yetirməyinə baxmayaraq, Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək ona məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsini onu aldadaraq mənimsəyərək, başqasına sataraq onun hesabına varlanaraq və onu get-gələ salaraq, onun külli miqdarda pulunu mənimsəyərək ona maddi və mənəvi ziyan vurmuşdur. Qeyd etdiklərinə əsaslanaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair onun tərəfindən Cavabdeh1 adına Gəncə şəhər 1 saylı notariat ofisində verilmiş 28.08.2016-cı il tarixli AR-İ №476586 nömrəli etibarnamənin, cavabdeh X3 adına Bakı şəhər 14 saylı notariat ofisində verilmiş 30.09.2016-cı il tarixli 488011 nömrəli etibarnamənin, həmin etibarnamə əsasında Gəncə “ASAN xidmət” Mərkəzinin notariat ofisində 06 oktyabr 2016-cı il tarixdə tərtib edilmiş AN- İ№0553085 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsinə, Maraqlı şəxs4 adına verilmiş çıxarışın ləğv edilməsinə və torpağın əvvəlki vəziyyətinə qaytarılmasına və ya tərəfindən xərclənmiş 15.000 manat pulun alınıb ona verilməsinə və ödənilmiş 30.4 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 11.06.2020-ci il tarixli **********55 saylı məktubundan görünür ki, X6 adına Daşkəsən rayonu, Quşçu kəndi ərazisində yerləşən Daşkəsən rayon Quşçu bələdiyyəsinin 28.09.2007-ci il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinə dair tərtib edilmiş A №121719 saylı torpaq sahəsinin planı və ölçüsünün , bu sənəd əsasında X8 ünvanı Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi olan 0.06 ha torpaq sahəsinə dair 04.10.2016-cı il tarixli çıxarış verilmişdir. 04.10.2016-cı il tarixli RX ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi X6 adına qeyd edilmişdir. 28.09.2016-cı il tarixli AR-İ №476586 nömrəli etibarnamənin surətindən görünür ki, X10 və Dəmirov X9 rayonu, Quşçu Bələdiyyəsinin 28.09.2007-ci il tarixli 09 saylı qərarına əsasən X8 ayrılmış Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 600 kv.m torpaq səhəsinə və gələcəkdə həmin torpaq səhəsində inşa ediləcək tikililərə dair həmin etibarnamə ilə idarələrdə, təşkilatlarda, müəssisələrdə, bütün dövlət və qeyri-dövlət orqanlarında, yerli bələdiyyə orqanlarında, İcra Hakimiyyətində, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində və müvafiq ərazi idarələrində, Notariat kontorlarında nümayəndəsi olmağını, həmin torpaq sahəsinin sənədləşmə işləri ilə əlaqədar bütün növ işləri görməyi, Çıxarış, Texniki pasport, Torpağın planı və ölçüsü və digər sənədləri almağı, sənədləşdirdikdən sonra həmin torpaq səhəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka qoymağı, ipotekanı qəbul etmək haqqında əqdlər bağlamağı, müqaviləyə dair bütün bank əməliyyatlarını aparmağı, depozitə pul qoymağı və bu işlərlə əlaqədar lazım olan sənədləri təqdim etməyi, sənədləri qəbul etməyi, ərizə verməyi, imza etməyi, dövlət rüsumları və ödənişləri ödəməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. 30.09.2016-cı il tarixli 488015 nömrəli etibarnamənin surətindən görünür ki, X10 və Cavabdeh1 Daşkəsən rayonu, Quşçu Bələdiyyəsinin 28.09.2007-ci il tarixli 09 saylı qərarına əsasən X8 ayrılmış Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 600 kv.m torpaq səhəsinə və gələcəkdə həmin torpaq səhəsində inşa ediləcək tikililərə dair həmin etibarnamə ilə idarələrdə, təşkilatlarda, müəssisələrdə, bütün dövlət və qeyri-dövlət orqanlarında, yerli bələdiyyə orqanlarında, İcra Hakimiyyətində, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində və müvafiq ərazi idarələrində, Notariat kontorlarında nümayəndəsi olmağını, həmin torpaq sahəsinin sənədləşmə işləri ilə əlaqədar bütün növ işləri görməyi, Çıxarış, Texniki pasport, Torpağın planı və ölçüsü və digər sənədləri almağı, sənədləşdirdikdən sonra həmin torpaq səhəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka qoymağı, ipotekanı qəbul etmək haqqında əqdlər bağlamağı, müqaviləyə dair bütün bank əməliyyatlarını aparmağı, depozitə pul qoymağı və bu işlərlə əlaqədar lazım olan sənədləri təqdim etməyi, sənədləri qəbul etməyi, ərizə verməyi, imza etməyi, dövlət rüsumları və ödənişləri ödəməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi X4 etibar etmişdir. 06.10.2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X10 tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsi Maraqlı şəxs4 4000 manata satılmışdır. 06.10.2016-cı il tarixdə X10 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizədə evli olmadığını, subay olduğunu, rəsmi və qeyri-rəsmi nikahının olmadığını və bununla əlaqədar gələcəkdə hər hansı bir anlaşılmazlıq olarsa məsuliyyət daşımağa hazır olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki qanunvericilik daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmənin yollarından biri kimi, mülki hüquq münasibətləri subyektlərinin belə əmlakla bağlı müxtəlif əqdlər, o cümlədən alqı-satqı müqavilələri bağlama imkanlarını nəzərdə tutur. Belə münasibətlərin və ondan doğan nəticələrin qanuniliyini, sabitliyi və davamlılığını təmin etməkdən ötrü qanunverici adı çəkilən əqdlə bağlı bir sıra şərtlər də irəli sürür. Bu şərtlərin məcmu halında mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlak üzərində qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirmiş mülkiyyətçi onu öz iradəsi daxilində digər şəxslərə sərbəst surətdə bağladığı alqısatqı müqaviləsi ilə sata bilər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi elə bir zəruri vasitədir ki, onun köməyilə əmtəə-pul dövriyyəsi sferasında yaranan ictimai münasibətlərin geniş dairəsi qaydaya salınır, tənzimlənir və bu yolla həmin ictimai münasibətlərdəki sabitlik və dayanıqlılıq təmin edilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbini həmin müqavilənin məzmunu aralarındakı şərtə uyğun bağlanmaması ilə əsaslandırmışdır. Bununla bağlı olaraq məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 339-cu maddəsində hansı hallarda əqdin aldatma nəticəsində bağlanmış hesab edilməklə etibarsız sayıla biləcəyi müəyyən olunur. Buna görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələri). Məhkəmə nəzərə alır ki, iddiaçı aldadıldığına istinadla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələblə çıxış etsə də, aldadıldığını təsdiq edən qanunvericiliyin yuxarıda göstərilən müddəalarına uyğun kifayət edən və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bağlanmış alq-satqı müqaviləsinin mətnindən görünür ki, müqavilə tərəflərin iradəsinə uyğun tərtib edildiyinə dair müddəa vardır. İddiaçı həmçinin tələbini onunla da əsaslandırmışdır ki, verdiyi etibarnəmədən Cavabdeh1 sui-istifadə etmişdir. Qeyd edilən hallarla əlaqədar da cavabdehə etibarnamə ilə verilən səlahiyyətlərin ziddinə hər hansı hərəkət etməsinə və ya sui-istifadə etməsinə dair irəli sürdüyü tələblə bağlı iddiaçı istinad etdiyi hallarla əlaqədar hər hansı sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Gəncə “ASAN xidmət” Mərkəzinin notariat ofisində 06 oktyabr 2016-cı il tarixdə tərtib olunmuş AN-İ№0553085 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi üçün sadalanan qüsurlardan heç biri mövcud deyildir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mübahisəli Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair Gəncə “ASAN xidmət” Mərkəzinin notariat ofisində 06 oktyabr 2016-cı il tarixdə tərtib olunmuş AN-İ№0553085 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi mübahisələndirmiş və mübahisəni əsaslı arqumentlərlə izah edə bilməmişdir. Məhkəmə eyni zamanda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi tələbə münasibətdə hesab edir ki, qeyd olunan iddia tələbi iddiaçının istinad etdiyi formal mülahizələrə əsasən təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcələsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X4 və maraqlı şəxslər Gəncə şəhəri 1 saylı Notariat Kontoruna, Maraqlı şəxs2nə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə, Maraqlı şəxs4 qarşı “torpağa dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, torpağa dair çıxarışın ləğv edilməsinə və pul tələbi”nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-274/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-274/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver