Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2798/2021 27.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X4 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyun 2009-cu il təvəllüdlü X5, 29 sentyabr 2010-cu il təvəllüdlü X3 və 07 noyabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdeh X2 tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 07.08.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək hər ay bir uşaq üçün 80 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 ilə aralarında bağlanmış nikah Gəncə şəhər Nizami rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli, 2(044)-821/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından doğulmuş 07 iyun 2009-cu il təvəllüdlü X9, 29 sentyabr 2010-cu il təvəllüdlü X8 və 07 noyabr 2013-cü il təvəllüdlü X10 onun himayəsinə verilmişdir. Ona görə də, aliment tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27.08.2019-cu il tarixli AZ-İİ 297657 saylı doğum haqqında şahadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 07.06.2009-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 965 nömrə ilə qeyd edilmişdir. Ana qrafasında X7, ata qrafasında İddiaçı göstərilmişdir; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.10.2010-cu il tarixli AZ-İİ 470690 saylı doğum haqqında şahadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 29.09.2010-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 1249 nömrə ilə qeyd edilmişdir. Ana qrafasında X7, ata qrafasında İddiaçı göstərilmişdir; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.11.2013-cü il tarixli AZ-İİİ 223986 saylı doğum haqqında şahadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 07.11.2013-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 1723 nömrə ilə qeyd edilmişdir. Ana qrafasında X7, ata qrafasında İddiaçı göstərilmişdir; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.06.2021-ci il tarixli AZ-İ 375363 saylı nikahın pozulması haqqında şahadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X7 arasında bağlanmış nikah pozulmuşdur. Bu barədə akt qeydləri kitabında 210 nömrə ilə qeyd edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli, 2(044)-821/2019cu il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş 07 iyun 2009-cu il təvəllüdlü X9, 29 sentyabr 2010-cu il təvəllüdlü X8 və 07 noyabr 2013-cü il təvəllüdlü X1 Elnur Elbəy oğlunun himayəsində saxlanılmışdır; Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan görünür ki, cavabdeh "UNİTİ COMPANY" Məhdud Məsulı̇ yyətli Ccəmı̇ yyətində işləməklə 718.64 manat əmək haqqı alır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazım qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən telefon vasitəsilə məlumatlandırılarkən o məhkəmə iclaslarında iştirak etmək istəmədiyini bildirmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab emişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iddia tələbində göstərilənləri, iş materiallarında olan iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahları Gəncə şəhər Nizami rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli, 2(044)-821/2019 saylı qətnaməsi ilə pozulmuşdur. 07 iyun 2009-cu il təvəllüdlü X9 və 29 sentyabr 2010-cu il təvəllüdlü X8 və 07 noyabr 2013-cü il təvəllüdlü X10 atanın himayəsinə verilmişdir. Məhkəmə uşaqların atasının himayəsində olmasını, onun təlim və tərbiyəsi ilə nikah pozulduqdan sonra keçən illər ərzində təkcə atanın məşğul olmasını, uşağın saxlanması vəzifəsinin hər iki valideynin vəzifəsi olmasını, həmçinin uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, onların mənafeyini, böyüdükcə artan tələbatlarını, aylıq təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının şərtlərini, iddiaçının uşağın saxlanılması üçün tələbatını təkbaşına ödəyə bilməsinin çətin olmasını, cavabdehin isə rəsmi qazancının 718.64 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək, hər ay hər uşağa 80 manat, cəmi 240 manat sabit pul məbləğində aliment 07 iyun 2009-cu il təvəllüdlü X5, 29 sentyabr 2010-cu il təvəllüdlü X3 və 07 noyabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh X2 tutularaq İddiaçı ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı alimentlə bağlı məhkəməyə 22.07.2021-ci ildə müraciət etdiyindən alimentin tutulmasına həmin tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X2 07 iyun 2009-cu il təvəllüdlü X5, 29 sentyabr 2010-cu il təvəllüdlü X3 və 07 noyabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 28 iyul 2021-ci ildən tutulmağa başlayaraq hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu X2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2798/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2798/2021
27.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver