Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-286/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili X1, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhər 2 saylı Notariat Kontoruna qarşı «bəxşeyiş müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhər 2 saylı Notariat Kontoruna qarşı «bəxşeyiş müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 2 saylı Notariat Kontorunda qeydə alınmış ünvan 1 ünvanda yerləşən mülkün Cavabdeh1 bağışlanmasına dair xx xxxx 2009-cu il tarixli 4Ə-2-135 saylı bəxşeyiş müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 ilə birgə nikah dövründə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini inşa etdirmişlər. Cavabdeh1 mərhum atası Babayev X4 şəhəri, Nizami rayonu, C.Rəfibəyli küçəsi, ev 11 ünvanda yerləşən həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması ilə bağlı 2008-ci ildə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmiş və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən həmin yaşayış sahəsinə mülkiyyət hüququnun təmin edilməsinə dair sənədlərlə təmin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin mülk Babayev Zakir Cəlil oğlunun adına rəsmiləşdirilmişdir. Sonradan Babayev Zakir Cəlil oğlu həmin mülkü Gəncə şəhər 2 saylı X2 xx xxxx 2009-cu il tarixdə 4Ə-2-135 saylı reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş bəxşeyiş müqaviləsi ilə Cavabdeh1 bağışlamışdır. Bundan sonra, qeyd olunan daşınmaz əmlakla bağlı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən mübahisəli bağışlama müqaviləsinin predmeti olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə cavabdehin atası mərhum Babayev Zakir Cəlil oğlunun mülkiyyət hüququnun tanındığı Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(044)-1576/2008 saylı qətnaməsi ləğv edilmişdir. Daha sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(102)-6395/16 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə mübahisəli bağışlama müqaviləsinin predmeti olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilməsi faktı təsdiqlənmiş və həmin mülk birgə nikah dövründə əldə edilmiş mülk hesab edilmişdir. Bununla da, qeyd etdiklərinə əsaslanaraq həmin mülkə cavabdehin atası mərhum Babayev Zakir Cəlil oğlunun mülkiyyət hüququnun tanındığı Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 2(044)-1576/2008 saylı qətnaməsi ləğv edildiyindən Gəncə şəhəri 2 saylı Notariat Kontorunda qeydə alınmış ünvan 1 ünvanda yerləşən mülkün Cavabdeh1 bağışlanmasına dair xx xxxx 2009-cu il tarixli 4Ə-2-135 saylı bəxşeyiş müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh1 ilə birgə nigah dövründə əldə edildiyindən və həmin mülkü Cavabdeh1 bağışlayanın mülkiyyət hüququ ləğv edildiyindən Gəncə şəhəri 2 saylı Notariat Kontorunda qeydə alınmış ünvan 1 ünvanda yerləşən mülkün Cavabdeh1 bağışlanmasına dair xx xxxx 2009-cu il tarixli 4Ə-2-135 saylı bəxşeyiş müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, mərhum atası Babayev Zakir Cəlil oğlu tərəfindən ona ünvan 1 ünvanında yerləşən mülk bağışlanmışdır. Qeyd olunan mülklə bağlı həmin bəxşeyiş müqaviləsi Gəncə şəhəri 2 saylı Notariat Kontorunda xx xxxx 2009-cu il tarixdə 4Ə-2-135 saylı reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Həmin ev, yəni ünvan 1-də yerləşən həmin mülk İddiaçı ilə onun birgə nikah dövründə əldə edilmişdir. Odur ki, Gəncə şəhəri 2 saylı Notariat Kontorunda qeydə alınmış ünvan 1 ünvanda yerləşən mülkün ona bağışlanmasına dair xx xxxx 2009cu il tarixli 4Ə-2-135 saylı bəxşeyiş müqaviləsinin etibarsız hesab edilməsinə və iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Cavabdeh Gəncə şəhəri 2 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Gəncə şəhəri 2 saylı Notariat Kontorununun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin, eləcə də Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli 2(044)- 1576/2008 saylı qətnaməsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə şəhəri Ərazi İdarəsinin Gəncə şəhəri, C.Rəfibəyli küçəsi, 11 saylı mülkdə olan 1-ci mərtəbədə 22,5 kv.m, 24,9 kv.m, 20,2 kv.m üç yaşayış otağı, 44,3 kv.m xidməti otaqdəhlizi, 15,5 kv.m mətbəxi, 4,3 kv.m, 4,6 kv.m hamam, 3,0 kv.m tualeti, 44,9 kvm açıq eyvanı, 2-ci mərtəbədə 22,5 kv.m, 24,9 kv.m, 20,2 kv.m üç yaşayış otağı, 44,3 kvm xidməti otaq dəhlizi, 15,5 kvm mətbəxi, 34,1 kvm, 38,4 kvm açıq eyvanı olan “A” literli yaşayış binasından, 175,7 kvm yarımçıq tikilidən, 34,2 kvm çardaqdan ibarət tikintilərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqdan imtinası Babayev Zakir Cəlil oğlunun mülkiyyət hüququnun məhdudlaşdıran hərəkət hesab edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə şəhəri Ərazi İdarəsinin Gəncə şəhər C.Rəfibəyli küçəsi, 11 saylı mülkdə olan 1-ci mərtəbədə 22,5 kv.m, 24,9 kv.m, 20,2 kv.m üç yaşayış otağı, 44,3 kvm xidməti otaq-dəhlizi, 15,5 kvm mətbəxi, 4,3 kvm, 4,6 kvm hamam, 3,0 kvm tualeti, 44,9 kvm açıq eyvanı, 2-ci mərtəbədə 22,5 kvm, 24,9 kvm, 20,2 kvm üç yaşayış otağı, 44,3 kvm xidməti otaq dəhlizi, 15,5 kvm mətbəxi 34,1 kvm, 38,4 kvm açıq eyvanı olan “A” literli yaşayış binasından, 175,7 kvm yarımçıq tikilidən 34,2 kvm çardaqdan ibarət tikililərə hüquqların tanınması və mülkiyyət hüququna dair sənədlərlə təmin edilməsi həvalə edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2 (104)-1417/2016 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(044)-1576/2008 saylı qətnaməsi ləğv edilmişdir. İddiaçı Babayev Zakir Cəlil oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2 (102)-6395/16 saylı qərarından görünür ki, iddiaçı Babayev Zakir Cəlil oğlunun hüquqi varisi Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2 (104)-1417/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Babayev Zakir Cəlil oğluna məxsus ünvan 2 ünvanda yerləşən ev Babayev Zakir Cəlil oğlunun adından Cavabdeh1 bağışlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə də, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 mərhum atası Babayev X4 şəhəri, Nizami rayonu, C.Rəfibəyli küçəsi, ev 11 ünvanda yerləşən evə mülkiyyət hüququnun tanınması üçün 2008-ci ildə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciəti ilə bağlı Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi qəbul edilmiş və həmin qətnaməyə əsasən həmin yaşayış sahəsinə mülkiyyət hüququnun təmin edilməsinə dair sənədlərlə təmin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə həvalə edilmiş və həmin mülk Babayev Zakir Cəlil oğlunun adına rəsmiləşdirilmişdir. Sonradan Babayev Zakir Cəlil oğlu həmin mülkü Gəncə şəhər 2 saylı X2 xx xxxx 2009-cu il tarixdə 4Ə-2-135 saylı reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş bəxşeyiş müqaviləsi ilə Cavabdeh1 bağışlamışdır. Bundan sonra, qeyd olunan daşınmaz əmlakla bağlı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə cavabdehin atası mərhum Babayev Zakir Cəlil oğlunun mülkiyyət hüququnun tanındığı Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(044)-1576/2008 saylı qətnaməsi ləğv edilmişdir. Daha sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(102)-6395/16 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarından və məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından göründüyü kimi, ünvan 1 ünvanda yerləşən evə cavabdehin atası mərhum Babayev Zakir Cəlil oğlunun mülkiyyət hüququ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(044)-1576/2008 saylı qətnaməsi əsasında yaranmışdır. Həmin daşınmaz əmlaka Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(044)-1576/2008 saylı qətnaməsi əsasında Babayev Zakir Cəlil oğlunun mülkiyyət hüququ yarandığından Babayev Zakir Cəlil oğlunun həmin əmlakı Cavabdeh1 bağışlaması mümkün olmuşdur. Lakin sonradan qeyd olunan həmin daşınmaz əmlaka Babayev Zakir Cəlil oğlunun mülkiyyət hüququnun tanındığı Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(044)-1576/2008 saylı qətnaməsi ləğv edildiyindən, bununla da həmin əmlaka Babayev Zakir Cəlil oğlunun mülkiyyət hüququ olmadığından onun tərəfindən həmin mülkün Cavabdeh1 bağışlandığı Gəncə şəhər 2 saylı X2 xx xxxx 2009cu il tarixdə 4Ə-2-135 saylı reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş bəxşeyiş müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 2 evin Cavabdeh1 bağışlanmasına dair Gəncə şəhəri 2 saylı X2 bağlanmış xx xxxx 2009-cu il tarixli 4Ə-2-135 saylı bəxşeyiş müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-286/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-286/2021
10.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver