Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2942/2021 30.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu İddiaçılar İddiaçı1 Xali oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüququn qeydiyyatı barədə çıxarışın ləğv edilməsi və İcra məmurunun və hərracın hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək Müəyyən etdim: İssiaçılar İddiaçı1 Xali oğlu və İddiaçı2 məhkəməyə müraciyət edərək cavabdeh "xxxx" Hərrac Mərkəzi MMC ilə Maraqlı şəxs ASC arasında bağlanmış 05.01.2021-ci il tarixli, 09 nömrəli hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin, hərracın keçirilməsinin və yekunlarının etibarsız hesab edilməsinə, digər Cavabdeh1 münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsinə və onlara məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X1 küçəsi 141 və Gəncə şəhəri, X2 küçəsi, 1-ci döngə, ev 20 nömrəli ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq belə hesab edirəm ki, iddiaaya aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsinin məzmunundan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının tələbinin yönəldiyi Cavabdeh1 iddia tələbinə cavab verməli olan şəxs deyildir. Hərracın yekunlarına dair protokol mübahisələndirilərək Belə ki, iddiaçı iddia ərizəsində həmin cavabdehə qarşı tələbinin nədən ibarət olmasını göstərməmişdir. Halbu ki, MPMnin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İş üzrə digər cavabdeh kimi göstərilmiş "xxxx" Hərrac Mərkəzi MMC isə hüquqi şəxs kimi Gəncə şəhəri Nizmai Rayonu ərazisində deyil, Baki Şəhəri Nərimanov Rayonu, Nəcəf Nərimanov, Ev 7 A ünvanında qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iş üzrə cavabdehlərin ünvanlarının olduğu yer Gəncə şəhəri Nizami rayonunun inzibati ərazisində yerləşməyərək, Bakı şəhərində hazırki tələbə aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsində baxıla bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 36, 44.2.2, 45.1, 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldım: İddiaçılar İddiaçı1 Xali oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüququn qeydiyyatı barədə çıxarışın ləğv edilməsi və İcra məmurunun və hərracın hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya hazırki tələblə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2942/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2942/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver