Məhkəmə qərarları › İş №2(044)-3016/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(044)-3016/2020

28.09.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № 2(044)-3016/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, Kreditor MMC-nin, Borclu qarşı «borcun ödənilməsi» tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor MMC məhkəməyə ərizə təqdim edərək Borclu 1170 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1190 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsində və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu ilə Kreditor MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli №5637606 saylı müqaviləyə əsasən kredit müqaviləsi ilə Kreditor MMC tərəfindən borcluya 10 ay müddətinə dəyəri 1429 manat məbləğində məişət avadanlığı satılmışdır. Hazırda borclunun banka əsas borc üzrə 1170 manat borcu yaranmışdır. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, Borclu “xxxxxxxxxxxx” MMC-dən hissə-hissə ödəniş şərti ilə 1429 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 129 manatını ilkin ödəniş etmiş, qalan 1300 manat məbləği 10 ay müddətinə aylıq 130 manat olmaqla “xxxxxxxxxxxx” MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Borclu müqavilə üzrə müəyyən ödənişlər etdikdən sonra kreditora 1170 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdim: xx xxxx 1984-cü ildə Gəncə şəhərində doğulmuş və Gəncə şəhəri, A.ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 1170 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1190 manat məbləğində pul vəsaitinin alınaraq “xxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar